Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2258/2025 25.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Yevlax rayon Qeydiyyat şöbəsini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 15 mart 2020-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X1 doğum faktının müəyyən olunmasına, atası X8 və anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı X15 ilə 2019-cu il tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənmişlər. Onların birgə yaşadıqları dövründə üç övladı anadan olmuşdur. Hər birinin doğum haqqında şəhadətnaməsi var. Lakin onların baş qarışdığından 15 mart 2020-ci il tarixdə Bərədə şəhərində anadan olmuş X3 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda onlar övladına doğum haqqında şəhadətnamə almaq istəyir. Övladının doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, onun övladının tibbi sənədi olmadan ona doğum haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olduğunu və ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, Fatimə onun gəlinidir. Oğlu və gəlini faktiki nikaha girməklə ailə qurmuşlar. 3 övladları var. 15 mart 2020-ci il təvəllüdlü Mələk həqiqətən onun oğlu Xanbalanın qızıdır və onun nəvəsidir, Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 3-16-5/8-15-477/2025 №-li, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi övladının doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bərədə rayon X2 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi deməsinə görə X8 ilə birgə yaşayış dövründə olan xx.xx.2020-ci il tarixdə anadan olmuş Sabirova ....... Xanbala qızı Bərədə RMX-nin Ailə Sağlamlıq Mərkəzində xx.xx.2025-ci il tarixdə qeydiyyata götürüldü. Həkim pediatr tərəfindən müayinə olundu və pratktik sağlam olması təsdiq olundu. Bərdə rayon X2 Hüquqi Şəxsinin tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş Ərizəçi qızı hal-hazırda yaşayır və həkim pediatr müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2014 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 həqiqətən Bərdə şəhəri Füzuli küçəsi 6/22 saylı evdə yaşayır və həyat yoldaşı Ərizəçi, qızı X6, qızı X7 və oğlu X4 adlı ailə üzvləri vardır. “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarına görünür ki, Bərdə şəhər sakini X8 ailə qurduqdan sonra X9 ilə hal-hazırda qeyri-rəsmi evli kimi bir yerdə yaşadığından hazırda onun hamilə olduğunu belə olan halda toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərar alınmışdır. Bərdə rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 18-1- 28/2-2141/2025 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə anadan olmuş övladı Əzizova ....... Fatimə qızı müayinə olunmaq üçün Bərdə RMX-nin 1 saylı Ailə Sağlamlıq Mərkəzinə atası və anası tərəfindən gətirilmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Bərdə şəhərində xx.xx.2020-ci il tarixdə bir qız uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşağın adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə Bərdə şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi doğum faktının tənınması hissəsində əsaslıdır və təmin olunmalıdır. İddia tələbi “atası X8 və anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair” hissədə isə rədd edilməlidir. Belə ki, valideynlərin öz aralarında nikah olmadıqda uşağın anası haqqında qeydin ananın ərizəsi, atası haqqında qeydin isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında qeydiyyat şöbəsində aparılması mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi Bərdə şəhərində xx.xx.2020-ci il tarixdə bir qız cinsli uşaq doğması faktı müəyyən edilsin. Qalan hissədə iddia rədd edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №2(039)-2258/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2258/2025
25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver