Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2275/2022 20.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X5 və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, faktik olaraq mirası qəbul etdiyi üçün bu barədə notariat ofisinə qanunla müəyyən olunmuş müddətdə müraciət etmədiyini üzürlü sayaraq və eyni zamanda həmin mirasın açıldığı gündən idarə etdiyini nəzərə alaraq mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan məhkəmə iclası zamanı iddia tələbini dəqiqləşdirərək mirasın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, atası X17 xx.xx.2001-ci il tarixdə və anası X20 isə xx.xx.2002-ci il tarixdə vəfat etmiş, onların Yevlax rayonu, Qoyunbinəsi kəndində mövcud olan miras qalmış əmlaklara dair vərəsəlik işinin açılması üçün ərizə ilə Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmiş, həmin ərizəyə cavab olaraq ona bildirmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürülmüşdür. Həmin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün Yevlax rayon məhkəməsinə müraciət etməyini tövsiyyə edilmiş, mərhum atası və anası vəfat etdikdən sonra bu əmlakı faktiki olaraq qəbul edərək bu işlərlə bağlı qanunla müəyyən olunmuş hüquqlarından istifadə etməklə həmin əmlakları idarə etmiş, lakin hüquqi savadsızlığın səbəbindən mərhum atası X3 və mərhum anası X6 miras qalmış əmlaklara dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün notariat orqanına vaxtında müraciət etməmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs, Mingəçevir Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, notariat kontorunun nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Maraqlı şəxs1 məhkəməyə teleqram göndərərək, xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə prosesində iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Maraqlı şəxs X7 məhkəməyə teleqram göndərərək, səhhəti ilə bağlı xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə prosesində iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs X5 məhkəmə iclasında iştirakını təmin etmədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 və X9 ifadələrində Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşadıqlarını, Ərizəçi onun həmkəndlisi olduğunu bildirmiş mərhum atası Kamil Əsgərovun və mərhum anası X25 rayonu Qoyunbinəsi kəndində qalmış mirası oğlu Ərizəçi istifadəsində olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Notariat kontorunun xüsusi notariusu E.B.Həsənov tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1496 və 1497 saylı məktublarda qeyd edilir ki, ərizəçinin mərhum atası Ərizəçi qızı xx.xx.2001-ci il tarixdə, mərhum anası X21 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mirasın qəbul müddətinin uzadılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 31 may 2022-ci il tarixdə verilmiş 1400 №li, arayışdan görünür ki, mərhum atası X17 adına Yevlax rayon Qoyunbinəsi icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il tarixli 12 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri Yevlax rayon Qoyunbinəsi kənd qeyd edilmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 25 fevral 2022-ci il tarixdə verilmiş AZ-İİ 249251 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon Qoyunbinəsi icra nümayəndəli tərəfindən 25 fevral 2022-ci il tarixdə verilmiş AZ-İİ 249252 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2002ci il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 31 may 2022-ci il tarixdə verilmiş doğum akt qeydindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X4 anası X14r. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 31 may 2022-ci il tarixdə verilmiş doğum akt qeydindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X10 atası X17, anası Əsgərova AlmaSəyid qızıdır. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 31 may 2022-ci il tarixdə verilmiş doğum akt qeydindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X1 atası X17, anası X14r. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 31 may 2022-ci il tarixdə verilmiş doğum akt qeydindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X11 atası X17, anası X14r. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 31 may 2022-ci il tarixdə verilmiş ölüm akt qeydindən görünür ki, X22 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 31 may 2022-ci il tarixdə verilmiş ölüm akt qeydindən görünür ki, X23 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş N 602 saylı nikah haqqında akt qeydindən görünür ki, X17 ilə X26 arasında bağlanmış nikah 1962-ci ilin noyabr ayının 06-cı günündə 29 saylı Yevlax rayonu, Malbinəsi kənd icra nümayəndəlinin akt qeydləri kitabında 602 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əsgərov, arvada isə Əsgərova soyadı verilmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsinin 1400 №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün X17 və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; həyat yoldaşı X21 xx.xx.1931-ci ildə vəfat etmiş, qızı xx.xx.1959cü il təvəllüdlü Əsgərova (Kərimova) Dilqəm Kamil qızı, oğlu xx.xx.1961-ci il təvəlldlü Maraqlı şəxs1, oğlu X23 xx.xx.1962-ci ildə (vəfat etmiş), qızı xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2, oğlu xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi və oğlu X22 xx.xx.1967-ci ildə (vəfat etmiş). Yevlax rayonu Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 936 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, həqiqətəndə X13 vəfat edəndə kimi Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşayıb vəfatından sonra onun təsərrüfatında onunla birgə yaşayan ailə üzvləri X21, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Ərizəçi qızı. Yevlax rayonu Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 938 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, həqiqətəndə X21 vəfat edəndə kimi Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşayıb vəfatından sonra onun təsərrüfatında onunla birgə yaşayan ailə üzvləri Maraqlı şəxs1, Maraqlı şəxs2 və Ərizəçi qızı. Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu Hafiz Hacızadə tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxs1 atası X13 xx.xx.2001ci il tarixdə vəfat etmişdir. X2 miras qalmış əmlakdan ona düşən vərəsəlik payı qəbul etməmiş və etmək fikirində deyil. Adının vərəsəlik şəhadətnaməsində göstərilməsini istəmir. Bu barədə gələcəkdə heç bir iddia qaldırmayacaq, məhkəməyə müraciət etməyəcəkdir. Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu Hafiz Hacızadə tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxs2 atası X13 xx.xx.2001ci il tarixdə vəfat etmişdir. X2 miras qalmış əmlakdan ona düşən vərəsəlik payı qəbul etməmiş və etmək fikirində deyil. Adının vərəsəlik şəhadətnaməsində göstərilməsini istəmir. Bu barədə gələcəkdə heç bir iddia qaldırmayacaq, məhkəməyə müraciət etməyəcəkdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəsində notariat ofisinin xüsusi notariusu Xuraman Əliyeva tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxs1 anası X21 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. X8 miras qalmış əmlakdan ona düşən vərəsəlik payı qəbul etməmiş və etmək fikirində deyil. Adının vərəsəlik şəhadətnaməsində göstərilməsini istəmir. Bu barədə gələcəkdə heç bir iddia qaldırmayacaq, məhkəməyə müraciət etməyəcəkdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəsində notariat ofisinin xüsusi notariusu Xuraman Əliyeva tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxs2 anası X21 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. X8 miras qalmış əmlakdan ona düşən vərəsəlik payı qəbul etməmiş və etmək fikirində deyil. Adının vərəsəlik şəhadətnaməsində göstərilməsini istəmir. Bu barədə gələcəkdə heç bir iddia qaldırmayacaq, məhkəməyə müraciət etməyəcəkdir. Ağdaş rayon notariat ofisinin xüsusi notariusu Ayaz Salehov tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X15 anası X21 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra miras qalmış əmlakı faktiki qəbul etməmiş, vərəsəlik hüququnu rəsmiləşdirmək niyətinə deyil. Mirasın qəbul edilmə müddətinin uzadılması və miras əmlakının bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. Ağdaş rayon notariat ofisinin xüsusi notariusu Ayaz Salehov tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X15 atası X17 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra miras qalmış əmlakı faktiki qəbul etməmiş, vərəsəlik hüququnu rəsmiləşdirmək niyətinə deyil. Mirasın qəbul edilmə müddətinin uzadılması və miras əmlakının bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. Mülki Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Maddə 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki Məcəllə: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1146 Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, şahid ifadələri və təqdim edilmiş digər sübutlarla təsdiq olunur ki, atası Kamil Əsgərov xx.xx.2001-ci il tarixdə və anası Alma Əsgərova xx.xx.2002-ci il tarixdə öldükdən sonra Ərizəçi mülki qanunvericiliklə miras əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş müddətdə birinci növbədə vərəsə olaraq ata və anasına məxsus əmlakların bir hissəsinə sahiblik etməklə onlara aid olan miras əmlakı tamamilə qəbul etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2001-ci il tarixdə ölən atası X12 və xx.xx.2002-ci il tarixdə ölən anası X16 məxsus miras əmlaklarını qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2275/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2275/2022
20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver