Məhkəmə qərarları › İş №2(039)-2278/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2278/2023

22.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2278/2023 22.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı İsrəfil qızının nümayəndəsi və vəkili X1 Cavabdeh iştirakı ilə İddiaçı İsrəfil qızının Cavabdeh qarşı «cehiz əşyalarının mənzildən çıxarılması» tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsrəfil qızı Cavabdeh qarşı «cehiz əşyalarının mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1nında yerləşən xüsusi mülkiyyətində olan mənzildən Cavabdeh məxsus 1 ədəd şifonerin, 1 ədəd termonun, 1 ədəd taxt çarpayının, 1 ədəd künc divanın, 1 ədəd stolun, 6 ədəd stulun, 1 ədəd televizorun, 1 ədəd soyuducunun, 1 ədəd döşəyin, 1 ədəd yorğanın, 1 ədəd paltaryuyan maşının və 1 ədəd uşaq çarpayısının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsrəfil qızı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, xüsusi mülkiyyətində olan ünvan 1nında yerləşən mənzildən Cavabdeh məxsus digər cehiz əşyaları pərdə, tül, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd servant, 1 ədəd künc divanı, üstü altı heykəlli olan 1 ədəd stol, 1 ədəd divar saatı, 1 ədəd qarfinka, 26 ədəd rumka, 1 ədəd servis (çaşkalı, boşqablı), çəkəcəyində mətbəx qaşıqları olan 1 ədəd çərəz qabı, 2 ədəd meyvə qabı, 1 ədəd 5 tağlı meyvə-çərəz qabı, 1 ədəd gül qabı, 4 ədəd meyvə qablı, 2 ədəd qənd qablı, 1 ədəd çıraq, 2 ədəd şam qabı, 1 ədəd mebel sandığı, 2 ədəd tumbuçka, 1 ədəd lüstur, 1 ədəd duracaq (stul), termo üzərində 1 ədəd güzgü, 1 ədəd şam qabı, 2 ədəd uşaq döşəyi, dəsmal, 1 ədəd ev ayaqqabısı, 2 cüt ayaqqabı, 1 ədəd yarımçəkmə, 2 ədəd sumka, 7 ədəd paltar, 5 ədəd ev paltarı, 1 ədəd yun don, 1 ədəd idman paltarı, 1 ədəd sviter, 1 ədəd nazik hökumət yorğanı, 1 ədəd döşək, 8 ədəd balınc, 2 ədəd mütəkkə, 1 ədəd mətbəx mebeli, 1 ədəd ventilyator, 1 ədəd qaz piltəsi, 1 ədəd ətçəkən maşın, 1 ədəd lüstur, 1 ədəd tozsovran, qazanlar və ləyənlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsrəfil qızının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək izah etdi ki, ünvan 1nında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehin cehiz əşyaları hazırda həmin mənzildədir. Cavabdehə əşyaların çıxarılması bildirilsə də, cavabdeh əşyalarını çıxarmaqdan imtina etmişdir. İddiaçı İsrəfil qızının nümayəndəsi və vəkili X3 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izah etdi ki, ərə gedəndə kəndə köçmüşdür. Cehiz əşyalarını şəhərdə olan evə yığmışdır. Onları şəhərdə yaşamağa qoymadılar. Bütün əmlakları şəhər evindədir. Kənddə olan evdə onun heç bir əşyası yoxdur. Siyahıda çox əşyaları yoxdur. Əşyaları nikahı pozulduqdan sonra çıxaracaq. Hazırda əmlakları çıxarmaq istəmir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 15 fevral 2017ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi bina 14, mənzil 28 İddiaçı İsrəfil qızına məxsusdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 06 mart 2022ci il tarixli AZ-ll 480318 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 ilə X2 06 mart 2022-ci il tarixdə evlənmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, X4 ilə Cavabdeh evlənmişlər. Evləndikdən sonra Cavabdeh özünə məxsus cehiz əşyalarını iddiaçıya məxsus Yevlax şəhəri, Q.Quliyev küçəsi bina 14, mənzil 28 yerləşdirmişdir. X4 ilə Cavabdeh ayrılmışlar. Cavabdeh əmlakları iddiaçıya məxsus evdə qalmışdır. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus və ünvan 1nında yerləşən İddiaçı İsrəfil qızına məxsus mənzildən 1 ədəd şifoner, 1 ədəd termo, 1 ədəd taxt çarpayı, 1 ədəd künc divan, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd döşək, 1 ədəd yorğan, 1 ədəd paltaryuyan maşın və 1 ədəd uşaq çarpayısı, pərdə, tül, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd servant, 1 ədəd künc divanı, üstü altı heykəlli olan 1 ədəd stol, 1 ədəd divar saatı, 1 ədəd qarfinka, 26 ədəd rumka, 1 ədəd servis (çaşkalı, boşqablı), çəkəcəyində mətbəx qaıqları olan 1 ədəd çərəz qabı, 2 ədəd meyvə qabı, 1 ədəd 5 tağlı meyvə-çərəz qabı, 1 ədəd gül qabı, 4 ədəd meyvə qablı, 2 ədəd qənd qablı, 1 ədəd çıraq, 2 ədəd şam qabı, 1 ədəd mebel sandığı, 2 ədəd tumbuçka, 1 ədəd lüstur, 1 ədəd duracaq (stul), termo üzərində 1 ədəd güzgü, 1 ədəd şam qabı, 2 ədəd uşaq döşəyi, dəsmal, 1 ədəd ev ayaqqabısı, 2 cüt ayaqqabı, 1 ədəd yarımçəkmə, 2 ədəd sumka, 7 ədəd paltar, 5 ədəd ev paltarı, 1 ədəd yun don, 1 ədəd idman paltarı, 1 ədəd sviter, 1 ədəd nazik hazır alınmış yorğan, 1 ədəd döşək, 8 ədəd balınc, 2 ədəd mütəkkə, 1 ədəd mətbəx mebeli, 1 ədəd ventilyator, 1 ədəd qaz piltəsi, 1 ədəd ətçəkən maşın, 1 ədəd lüstur, 1 ədəd tozsovran, qazanlar və ləyənlər adlı əşyaları çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus və ünvan 1nında yerləşən İddiaçı İsrəfil qızına məxsus mənzildən 1 ədəd şifoner, 1 ədəd termo, 1 ədəd taxt çarpayı, 1 ədəd künc divan, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd döşək, 1 ədəd yorğan, 1 ədəd paltaryuyan maşın və 1 ədəd uşaq çarpayısı, pərdə, tül, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd servant, 1 ədəd künc divanı, üstü altı heykəlli olan 1 ədəd stol, 1 ədəd divar saatı, 1 ədəd qarfinka, 26 ədəd rumka, 1 ədəd servis (çaşkalı, boşqablı), çəkəcəyində mətbəx qaıqları olan 1 ədəd çərəz qabı, 2 ədəd meyvə qabı, 1 ədəd 5 tağlı meyvə-çərəz qabı, 1 ədəd gül qabı, 4 ədəd meyvə qablı, 2 ədəd qənd qablı, 1 ədəd çıraq, 2 ədəd şam qabı, 1 ədəd mebel sandığı, 2 ədəd tumbuçka, 1 ədəd lüstur, 1 ədəd duracaq (stul), termo üzərində 1 ədəd güzgü, 1 ədəd şam qabı, 2 ədəd uşaq döşəyi, dəsmal, 1 ədəd ev ayaqqabısı, 2 cüt ayaqqabı, 1 ədəd yarımçəkmə, 2 ədəd sumka, 7 ədəd paltar, 5 ədəd ev paltarı, 1 ədəd yun don, 1 ədəd idman paltarı, 1 ədəd sviter, 1 ədəd nazik hazır alınmış yorğan, 1 ədəd döşək, 8 ədəd balınc, 2 ədəd mütəkkə, 1 ədəd mətbəx mebeli, 1 ədəd ventilyator, 1 ədəd qaz piltəsi, 1 ədəd ətçəkən maşın, 1 ədəd lüstur, 1 ədəd tozsovran, qazanlar və ləyənlər adlı əşyaları çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar