Məhkəmə qərarları › İş №2(039)-230/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-230/2020

21.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-230/2020 21.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və 3-cü şəxs Yevlax rayon Polis Şöbəsinə qarşı “cavabdehin evdən istifadə hüququna xitam verilməsi və pasport qeydinin ləğvinə” dair iddiası üzrə mülki işə Yevlax rayonunda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin evdən istifadə hüququna xitam verilməsi və pasport qeydinin ləğvinə” dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi və pasport qeydinin ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən evin mülkiyyətçisidir və hazırda həmin ünvanda yaşayır. Cavabdeh hal-hazırda onun evində pasport qeydiyyatında olsa da uzun müddədir ki, həmin ünvanda faktiki olaraq yaşamır. Onun qeydiyyatı formal xarakter daşıyır. O, hazırda cavabdehin onun mülkiyyətində olan evdən istifadə hüququna xitam verilməsi və pasport qeydinin ləğvini istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh onun gəlinidir, cavabdeh onun oğlu Samir İsgəndərovla rəsmi nikaha daxil olduqdan sonra çox qısa müddət ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşamış və sonradan oğlu ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Hazırda oğlu və cavabdeh Bakı şəhərində özlərinə məxsus özbaşına tikilidə yaşayırlar. Qızı xəstə olduğu üçün o, özünə məxsus mənzili satıb onun müalicə xərclərinə sərf etmək istəyir. Lakin cavabdehin həmin evdə qeydiyyatda olması onun mülkiyyəti barədə sərbəst sərəncam verməsinə mane olur. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi idarəsi tərəfindən verilmiş MH seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri, Q.Quliyev küçəsində istifadədə olan 0.0943 ha torpaq sahəsində yerləşən 7A nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində, 58,89 kv.m ümumi, 40,48 kv.m yaşayış sahəindən ibarət 3 otaqlı 9 nömrəli mənzil tam mülkiyyəy hüququ üzrə İddiaçı adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsininin təsdiq olunmuş surətindən görünür ki, satıcı X1 şəhəri Q.Quliyev küçəsi bina 7A/9 ünvanında yerləşən evi alıcı İddiaçı satmışdır. İş materiallarında olan AZ-İ seriyalı 151635 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, İskəndərov Samir Rövşən oğlu və X2 arasında 2005-ci ilin mart ayının 02-də nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə İskəndərov, arvada isə İskəndərova soyadı verilmişdir. İş materiallarında olan Yevlax şəhəri 1 saylı Mənzil Təmir-İstismar sahəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh göstərilən ünvanda yəni, Q.Quliyev 7A/9 qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, həmin ünvanda yaşamır. İş materiallarında olan Yevlax Rayon Polis Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, 195-25346İ-3219 saylı məktubundan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən mümkündür. Hazırda İddiaçıCavabdehin evdən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azяrbaycan Respublikası Mülki Mяcяllяsinin 228.5-ci vя Azяrbaycan Respublikası Mяnzil Mяcяllяsinin 30.4-cü maddяlяrinin şяrh edilmяsinя dair” Azяrbaycan Respublikası Konstitusiya Mяhkяmяsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qяrarında deyilir ki, yaşayış sahяsinin mülkiyyяtçisi ilя ailя münasibяtlяrinя xitam verildikdяn sonra onun keçmiş ailя üzvünün hяmin sahяdяn istifadя hüququ ilя bağlı mяsяlяlяrя baxılarkяn 2009cu il oktyabrın 1-dяk yaranmış münasibяtlяrя Azяrbaycan Respublikası Mülki Mяcяllяsinin 228-ci maddяsinin, hяmin tarixdяn sonra yaranan münasibяtlяrя isя Azяrbaycan Respublikası Mяnzil Mяcяllяsinin 30.4-cü maddяsinin müddяaları tяtbiq edilmяlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətlərinin 2000-ci il sentyabrın 1-dən sonra yarandığını, yəni S.İskəndərov və N.Mirzəyeva(İskəndərova) arasındakı nikahın 2005-ci ildə bağlanıldığını və Cavabdeh həmin ildə mübahisəli mənzilə köçdüyünü və bir müddət orada yaşadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi Azяrbaycan Respublikası Mülki Mяcяllяsinin 228-ci maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki,hazırki iş üzrə cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh gəlinidir, 2005-ci ildə həmin mənzilə gəlin köçmüş və müəyyən müddət orda yaşamışdır. Qeyd olunan normaların tələblərindən göründüyü kimi Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün o, iddiaçının ailə üzvü olmalı və ya iddiaçı ilə notarial qaydada təsdiqlənən yazılı razılaşması olmalıdır ki, hazırkı halda da Cavabdeh iddiaçının ailə üzvü hesab olunmur, habelə onunla bağlanmış notarial qaydada təsdiqlənən yazılı razılaşması yoxdur. Bununla da, aydın olur ki, Cavabdeh iddiaçının yuxarıda qeyd edilən normalara əsasən həmin mənzilə hər hansı hüququ yoxdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh istifadə hüququ olmadığı halda, mövcud olmayan hüququn itirilməsi barədə tələb irəli sürülməsi əsassızdır və təmin edilə bilməz. Cavabdeh mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması faktına dair isə məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat əmlak hüquqlarını yaratmır. Çünki qeydiyyatın məqsədi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmış və həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmişşəxs qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırır. Ona görə də cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məqsədi baxımından iddiaçının tələbi əsasında cavabdehin səlahiyyətli dövlət orqanları tərəfindən iddiaçının mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar