Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2318/2023 27.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(039)-1086/2021 saylı qətnaməsinə əsasən, xəbərsiz itgin düşmüş hesab edilmiş oğlu 04 dekabr 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş X2 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, oğlu Suriya Respublikasında vəfat edib. Döyüş vaxtı minaya düşmüşdür. Onun uşaqları dövlət tərəfindən geri gətirilmişlər. Qəyyumluq ona verilmişdir. Maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən 28 fevral 2023-cü il tarixdə verilmiş 498 saylı arayışından məlum olur ki, Ərizəçi ölüm faktı ilə əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(039)-1086/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, 04 dekabr 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş X3 xəbərsiz itkin düşməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Yevlax RPŞ-nin 15 noyabr 2023-cü il tarixli 3-13-117/2-20175/23 saylı cavabından məlum olur ki, X3 barəsində Yevlax RPŞ-də itkin düşmüş şəxs kimi və ya axtarışda olması barədə hər hansı bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 oktyabr 2023-cü il tarixdə verilmiş 5-9-1/2-542/2023 saylı arayışdan məlum olur ki, X2 ölməsi barədə nümayəndəlikdə məlumat yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Yevlax Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(039)-1086/2021 saylı qətnaməsi ilə X2 itkin düşməsi faktı müəyyən edilmişdir. X3 barəsində icra nümayəndəliyində və Yevlax RPŞ-də məlumat yoxdur. Ərizəçi məhkəməyə müraciət edərək, X2 ölmüş elan edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.4-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək və qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizəçinin oğlu X1 Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(039)-1086/2021 saylı qətnaməsi ilə xəbərsiz itkin düşmüş elan edildiyindən ərizə təmin edilməli, X2 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməlidir. X2 ölüm günü hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 315.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 ölmüş elan edilsin. X2 ölüm günü məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2318/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2318/2023
27.11.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver