Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2324/2024 19.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı 13 saylı X4 Mərkəzinin Cavabdeh qarşı özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi barədə iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 13 saylı X4 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu, Qaraoğlan kəndi sakini Cavabdeh Qaraoğlan meşəbəyliyinin 4 saylı meşə dolayının özbaşına tutduğu (zəbt etdiyi) 11.20 hektar meşə fondu torpağının istifadəsinə qadağan qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 13 saylı X4 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə Qaraoğlan meşəbəyliyinin 4 saylı meşə dolayının meşə gözətçisi Bayram İlyasovun xx.xx.2020-ci il tarixdə yazılı məlumatına əsasən Qaraoğlan meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təminatında kənar istifadə halları yoxlayarakən Yevlax rayonu, Qaraoğlan kəndi sakini X3 tərəfindən Mərkəzin Qaraoğlan meşəbəyliyinin 4-cü dolayında 11.20 ha torpaq sahəsi zəbt olunaraq çəpərlənmə və qeydiqanuni olaraq kənd təsərrüfatı bitkilərinin əkib beçərməsi faktı müəyyən edilmişdir. Həmin fakt əsasında Mərkəzi əməkdaşlarının iştirakları ilə xx.xx.2020-ci il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozduğu üçün adıçəklən sahənin könüllü boşaldılması barədə onun ünvanına məktub göndərilmisinə baxmayaraq, X9na aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını nümayəndəsinin dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Bərdə X4 Mərkəzinin əməkdaşları və Cavabdeh iştirakları ilə tərtib edilmiş 23 may 2020-ci il tarixli nömrəli aktından görünür ki, Yevlax rayonu, Qaraoğlan kənd sakini Cavabdeh keçmiş illərdən bəri meşə əkinləri əkilmiş sahəni çəpərləmiş, onun içərisində 2018-ci ildə yonca əkmiş, bu il isə 1 hektar qarpız bostanı əkmişdir. Cavabdeh verdiyi xx.xx.2020-ci il tarixli izahata əsasən əkdiyi 2 hektar yonca sahəsinə görə icarə puluda ödəməmiş heç vaxt, heç kimdə pul verməmişdir. 13 saylı X4 Mərkəzinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Qaraoğlan meşəbəyliyinin 4 saylı dolayın 8-ci kvartalında X9 Torpağını zəbt edərək özistifadəsi üçün əkib becərmişdir. Bu barədə Mərkəz tərəfindən xx.xx.2021-ci il tarixdə 71 nömrəli bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur(maddə 152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın(maddə 152.5). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər(maddə 157.4). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər(maddə 165) Sadalanan əsaslarla məhkəmə hesab edir ki, iddiaçı, meşə fonduna məxsus torpaq sahəsinin boşaldılıb əvvəlki vəziyyətinə ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsini, cavabdehin meşə fondu torpağının istifadəsinə qadağan qoyulmasını tələb etməkdə haqlıdır. Çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Qaraoğlan meşəbəyliyinin 4 saylı meşə dolayında özbaşına tutduqları (zəbt etdiyi) meşə fondu torpağını boşaltmalı və əvvəlki vəziyyətinə qaytararaq 13 saylı X4 Mərkəzinə təhvil verməliməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. X8 X1 Meşəbəyliyinin 4 saylı meşə dolayında Cavabdeh özbaşına tutduqları (zəbt etdiyi) 11,2 ha sahəsi olan meşə fondu torpağını boşaltsın və əvvəlki vəziyyətinə qaytararaq 13 saylı X4 Mərkəzinə təhvil versin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2324/2024
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-2324/2024
19.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver