Məhkəmə qərarları › İş №2(039)-2325/2024

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-2325/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2325/2024 07.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqının etibarlı hesab olunması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alqı-saqı müqaviləsinin bağlanmış hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə aralarında bağlanmış əqdin (alqı-satqı müqaviləsinin) bağlanmış hesab edilməklə, həmin alqı-satqıya əsasən aldığı və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin (daşınmaz əmlaka) mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə verərək, cavabdeh X5 ilə aralarında ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili dəyərini ödəməklə almış və 1995-ci ildə həmin mənzili cavabdehin adına rəsmiləşdirmişlər. Lakin həmin vaxt mənzili notariat qaydasında öz adına rəsmiləşdirə bilməmişlər. Belə ki, həmin mənzili cavabdehdən aldıqdan sonra cavabdeh yaşayış ünvanını dəyişmiş və həmin tarixdən sonra onunla əlaqə yarada bilməmişdirlər. Həyat yoldaşı (iddiaçının) birinci Qarabağ müharibəsində şəhid olduğuna görə sonradan cavabdehi axtarıb ğapmaqları da mümkün olmamışdır. Mənzili aldıqları vaxtdan həmin mənzildə yaşayırlar və bütün kommunal xərclər də onun (ididaçı) tərəfindən ödənilmişdir. Ötən müddət ərzində həmin mənzilə dair nə mülkiyyətçi, nə də digər şəxslər tərəfindən ona heç bir maneçilik yaradılmamış və mənzil mübahisələndirilməmişdir. Cavabdehlə aralarında notarial qaydada müqavilə bağlanmadığına görə həmin mənzilə dair mülkiyyət hüququ haqqında çıxarış ala bilmir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun bacısıdır. İddiaçı ilə cavabdeh öz aralarında alqı-satqı etmiş və cavabdeh özünə məxsus mənzili iddiaçıya satmışdır. İddiaçı uzun illərdir ki, həmin mənzildə yaşayır və həmin mənzilə faktiki sahiblik edir. Cavabdeh mənzilin alqı-satqısının rəsmiləşdirilməsinə dair söz versə də, buna əməl etməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 şahid X6 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan 25 dekabr 1995-ci il tarixli qeydiyyat vəsiqəsindən surətindən görünür ki, Yevlax şəhəri 31-ci məhəllə11 saylı binanın 32 saylı mənzili X2 mülkiyyətindədir. İşdə olan 1995-ci il dekabr tarixli texniki pasportdan görünür ki, Yevlax şəhəri 31-ci məhəllə 11 saylı binanın 32 saylı mənzili X3 məxsusdur. İşdə olan 1995-ci il dekabr tarixli texniki pasportda aparılmış qeyddən görünür ki, X1 şəhəri 31-ci məhəllə 11 saylı binanın 32 saylı mənzilini İddiaçı altı min manata satdığını və pulu aldığını göstərmişdir. İşdə olan Yevlax şəhəri İcra Hakimiyyəti 3 saylı Mənzil-Təmir İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 1991-ci ildən həqiqətən də ünvan 3 ünvanda yaşayır. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş kommunal ödənişlərə dair qəbzlərdən görünür ki, ünvan 3 ünvanda yerləşən mənzilə aid kommunal ödənişlər İddiaçı tərəfindən həyata keçirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh X5 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən mənzili İddiaçı satmış və həmin mənzilin müqabilində altı min manat almışdır. Həmin vaxt mənzilə dair tərəflər arasında notariat qaydasında alqısatqı müqaviləsi bağlanmamış və sonradan cavabdeh yaşayış ünvanını dəyişdiyinə görə həmin mənzilə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Buna görə də ididaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin qeyd edilən normasının tələbi baxımından tərəflər arasındakı mübahisəyə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənoəşdirilməlidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notariat) formada bağlanır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu hal da əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına görə tərəflər arasında həqiqətən mənzilin alqı-satqısına dair razılaşma olmuş, İddiaçı notariat qaydasında təsdiqlənməsi tələb olunan həmin əqdi tamamilə icra etmiş, lakin cavabdeh əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Yevlax rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 25 dekabr 1995-ci il tarixli qeydiyyat vəsiqəsinə və fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportuna əsasən X2 mülkiyyətində olan Yevlax şəhəri Q.Əşrəfbəyov küçəsi 11 saylı binanın 32 saylı mənzilinə dair İddiaçı ilə cavabdeh X5 arasında alqı-satqı bağlanmış (etibarlı) hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar