Məhkəmə qərarları › İş №2(039)-2328/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2328/2022

02.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2328/2022 02.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi maraqlı şəxs olaraq Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, faktiki olaraq mirası qəbul etdiyi üçün bu barədə notariat ofisinə qanunla müəyyən olunmuş müddətdə müraciət etmədiyini üzürlü sayaraq və eyni zamanda həmin mirası açıldığı gündən idarə etdiyini nəzərə alaraq mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, X2 xx.xx.2000-ci il tarirxdə və nənəsi X15 isə xx.xx.2009-cu il tarixdə vəfat etmiş, onların Yevlax rayonu, Qoyunbinəsi kəndində mövcud olan miras qalmış əmlaklara dair vərəsəlik işinin açılması üçün ərizə ilə Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmiş, həmin ərizəyə cavab olaraq ona bildirmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürülmüşdür. Həmin mirasın qəbul edilməsi müddətinin uzadılması üçün Yevlax rayon məhkəməsinə müraciət etməyini tövsiyyə edilmiş, mərhum nənə və babası vəfat etdikdən sonra bu əmlakı faktiki olaraq qəbul edərək bu işlərlə bağlı qanunla müəyyən olunmuş hüquqlarından istifadə etməklə həmin əmlakları idarə etmiş, lakin hüquqi savadsızlığın və uzunmüddət hərbi xidmətdə olması səbəbindən mərhum X2ndan və mərhum nənəsi X5 miras qalmış əmlaklara dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün notariat orqanına vaxtında müraciət etməmişdir. Ərizəçinin nümayəndəsi X13 məhkəmə baxışı zamanı ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs, Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, notariat kontorunun nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Notariat kontorunun xüsusi notariusu T.Atakişiyeva tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1984 və 1985 saylı məktublarda qeyd edilir ki, ərizəçinin mərhum nənəsi X15 xx.xx.2009-cu il tarixdə, mərhum babası X1 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mirasın qəbul müddətinin uzadılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. xx.xx.2006-cı il tarixli vəsiyyətnamədən görünür ki, X6 və həyat yoldaşının adlarına olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 1,04 ha pay torpaqlarını D/A JN-364 KOD 90100028 ona məxsus 0.22 ha həyətyanı torpaq sahəsini və 6 otaqlı, iki mərtəbəli daş evini nəvəsi Ərizəçi vəsiyyət etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 14 aprel 2022-ci il tarixdə verilmiş 1015/1 №-li, ölüm akt qeydindən görünür ki, X15 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 14 aprel 2022-ci il tarixdə verilmiş 1015 №-li, ölüm akt qeydindən görünür ki, X14 xx.xx.2000-cu il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 10 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İİ 099785 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 16 iyul 2020-ci il tarixdə verilmiş AZ-İİ 099397 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mingəçevir regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən 17 dekabr 2018-ci il tarixdə verilmiş AZ-İ 966326 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 19 avqust 2015-ci il tarixdə verilmiş 11 №li, ölüm haqqında akt qeydindən görünür ki, X18 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Yevlax rayonu, Qoyunbinəsi kən sovetliyi tərəfindən verilmiş 12 dekabr 1989-cu tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə Yevlax şəhərində anadan olmuş, atası X13, anası X19r. Bərdə regional “ASAN xidmət” mərkəsində notariat ofisinin xüsusi notariusu Tamaşa Atakişiyeva tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X3 mərhum anası X15 08.04. 2009-cu il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötmülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmiş, mirasın tərkibinə daxil olan əmlakların istifadə və idarə etməmiş buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyətinə deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Notarius tərəfindən ona izah edildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09/İS048451 №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2019-cu ilədək daxil edilmiş bütün X15 və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; əri X20 xx.xx.1924-cü il tarixdə (vəfat edib), oğlu X18 xx.xx.1954-cü ildə vəfat edib, oğlu xx.xx.1956-ci il təvəllüdlü X23 və xx.xx.1961ci il təvəllüdlü X17. JN-364 KOD 90100028 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X8 və X9 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı ilə Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,04 ha torpaq sahəsi verilmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1978-cü il tarixdə verilmiş 78 №-li, doğum akt qeydindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X10 atası X14 anası X11r. Mülki Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Maddə 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki Məcəllə: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1146 Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, şahid ifadələri və təqdim edilmiş digər sübutlarla təsdiq olunur ki, ata babası Əbülhəsən İbrahimov xx.xx.2000-ci il tarixdə və ata nənəsi Mülayim İbrahimova xx.xx.2009-cu il tarixdə öldükdən sonra Ərizəçi mülki qanunvericiliklə miras əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş müddətdə birinci növbədə vərəsə olaraq ana nənəsinə məxsus əmlakların bir hissəsinə sahiblik etməklə onlara aid olan miras əmlakı tamamilə qəbul etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2000-ci il tarixdə ölən ata X2na və xx.xx.2009-cu il tarixdə ölən ata nənəsi X12 məxsus miras əmlaklarını qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar