Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-235/2020 21.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh Bədirxan qızına (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yevlax şəhər İcra Hakimiyyəti) qarşı “azyaşlı uşaqlara verilən müavinətin onların saxlandığı ünvana yönəldilməsinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı nəvələri xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 atalarının ölümü ilə bağlı onlara ödənilən müavinətin uşaqların yaşadığı yerə, yəni onlara ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, Cavabdeh həyat yoldaşı- onların oğlu X7 2018-ci ildə vəfat etmişdir. Bundan sonra Cavabdeh dörd övladı ilə onların yanında yaşamışdır. Gəlinləri Cavabdeh uşaqlara daim diqqətsizlik göstərdiyi, uşaqları baxımsız və xəstə saxladığı, bu baxımdan da nəvələrinin həyatını çətin vəziyyətə saldığı üçün nəvələri analarının yanından qaçaraq onların yanına gəlmişlər. Bu gün onların yanında öz atalarının nəfəsini alırlar. Onların yanında nəvələrinin maraq və mənafeləri üstün şəkildə təmin edilir. Onlar analarının ərə getməsi ilə əlaqədar ona qarşı nifrət və kin hissi ilə yaşayırlar. Uşaqlarını bu vəziyyətdə tərk edib çətin vəziyyətə salmaq bir ana maraqlarına uyğun hesab edilə bilməz. Onlar nəvələrini ən yüksək səviyyədə saxlamış, onlara ata boşluğunu hiss etdirməmişlər. Ataları vəfat etdikdən sonra hazırkı cavabdehin başqa şəxsə ərə getməsi nəvələrinin psixikasına, əxlaq və tərbiyyəsinə ciddi mənfi təsir edir. Analarının yanından qaçıb onların yanına pənah gətirmiş nəvələri iki ilə yaxındır ki, onların yanındadırlar. X5 4 yaşı, X2 6 yaşı, X4 9 yaşı və X3 10 yaşı vardır. Onlar bu gün yüksək səviyyədə qida, geyim, yaşayış və qulluqla təmin olunmuşlar. Artıq onlardan ikisi məktəbə gedirlər. Nəvələri 4 saylı orta məktəbdə oxuyurlar. Nəvələri həm təhsil, həm əxlaq, həm qida və sanitariya qaydaları ilə tam əhatə olunubdur. Ancaq nəvələri onların yanında qalmasına baxmayaraq atalarının ölümü ilə bağlı verilən müavinəti uşaqların anası, yəni Cavabdeh alır. Halbuki uşağa verilən bu müavinət uşağa məxsusdur. Həmin müavinət nəvələri sosial vəziyyətini, yaşayış tərzini qaldırmaq üçün nəzərdə tutulmuş, həmin müavinəti hazırkı cavabdeh könüllü qaydada uşaqlarına yönəltməlidir. Uşaqların üçün bu müavinətin xüsusi əhəmiyyəti vardır. Bu onların həm saxlanılmasına, həm qidasına, həm geyiminə xüsusi təsir edir. Himayələrində olan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cii il təvəllüdlü X6 atalarının ölümü ilə bağlı ödənilən müavinətin uşaqların yaşadığı yerə, onlara ödənilməsinə dair qərar qəbul edilməsini istəyirlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar və onların vəkili Fərhad Məmmədov iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Bədirxan qızı məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yevlax şəhər İcra Hakimiyyətinun nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflərin izahatları və mülki işdə olan doğum haqqında şəhadətnamələrlə müəyyən olunur ki, cavabdeh iddiaçıların keçmiş gəlinidir, iddiaçıların oğlu ilə cavabdehin 4 (dörd) uşağı vardır. İddiaçıların oğlu X7 xx.xx.2018-ci ildə vəfat etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-1161/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh Bədirxan qızına qarşı nəvələri Samirə, Səxavət, Mirvəli və Güləlinin onların himayəsinə verilməsi barədə tələbləri təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2522/2019 saylı iş üzrə çıxartdığı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-1161/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2 və 49.3-cü maddələrinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 49.4-cü maddəsinə görə valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi bu Məcəllənin 18-ci fəslində müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. (58.3-cü maddə) Qeyd olunanlardan göründüyü kimi uşaqlar öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir və valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. İddiaçılar cavabdeh tərəfindən valideynlik vəzifələrinin yerinə yetirilmədiyini iddia etsələr də, iddialarını mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh Bədirxan qızına qarşı “azyaşlı uşaqlara verilən müavinətin onların saxlandığı ünvana yönəldilməsinə” dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-235/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-235/2020
21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver