Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-236/2020 28.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə vəçıxarışın qismən ləğv edilməsi” tələbinə dair iddiasıüzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Salahlı kəndində yerləşən cavabdehə məxsus fərdi yaşayış evinə köçürülməsi, eyni zamanda həmin yaşayış evinə dair verilmişçıxarışın onun payına münasibətdə qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən fərdi yaşayış evi onun valideynləri Xudayar Nəsibovun və Familə Nəsibovanın mülkiyyətində olmuşdur. O və cavabdeh həmin fərdi yaşayış evində doğulmuşdur. O, 2015-ci ildə həbs olunana qədər həmin yaşayış evində yaşamışdır. Etdiyi cinayət əməlinə görəŞəki Ağır Cinayətlər Məhkəməsinin hökmünəəsasən cəza çəkmiş, Azərbaycan Respublikası Prezidentinin əfv fərmanı ilə xx.xx.2019-cu ildəəfv edilmişdir. Yaşadığı evə qayıdarkən həmin evin bacısı, yəni Cavabdeh mülkiyyətinə keçdiyini bilmişdir. Cavabdeh onu yaşadığı evə daxil olmağa qoymamış, evə girəcəyi təqdirdə onu yenidən həbs elətdirəcəyi ilə hədələmişdir. Doğulduğu evdə yaşamaq onun da haqqıdır, o, atasının birinci növbə vərəsəsidir. Atasıölən vaxt o, həbsdə olduğu üçün mirası qəbul edə bilməmişdir. Onun miras əmlakda məcburi pay hüququ var və hesab edir ki, mübahisələndirilən fərdi yaşayış evinə dair cavabdehin adına tam mülkiyyət hüququ iləçıxarış verilməsi əsassız və qanunsuzdur. (iddia tələbinin həcmi artırılmışdır) Əvvəlki məhkəmə iclasında İddiaçıiddianı müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin olunmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirdi ki, mübahisələndirilən fərdi yaşayıv evinin mülkiyyətçisidir. Həmin yaşayış evi ona qədər atasının mülkiyyətində olmuş və atası yaşayış evini ona vəsiyyət etmişdir. İddiaçının istəyi və razılığı ilə mərhum atası tərəfindən iddiaçıya 1300 manat kompensasiya verilməklə iddiaçının mübahisələndirilən yaşayış evinə istifadə hüququna xitam verilmişdir. Bu barədə Yevlax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qəbul edilmişdir və həmin qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmədən iddia tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasının xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Fərhad Məmmədov iddia ərizəsinə etiraz edərək və cavabdehin izahatına uyğun izahat verərək bildirdi ki, iddiaçı mirasda məcburi pay hüququnu mübahisələndirməsi üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmədən iddia tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasının xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu, Salahlı kəndində 0.23 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 163.2 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrəCavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********37-10301; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2013-cü il tarixdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2013 tarixli, 2(039)-966/2013 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı 1300 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbi təmin edilmiş və X3 məxsus Yevlax rayonu, Salahlı kəndində yerləşən yaşayış evindən İddiaçı istifadə hüququna xitam verilmişdir. İş materiallarında olan İddiaçı Yevlax rayon İcraçılar Bölməsinə ünvanladığı ərizəsindən görünür ki, İddiaçı 1300 manat kompensasiyanı aldığını bildirərək istifadə hüququna xitam verilməsini xahiş etmiş, gələcəkdə atasına məxsus evə heç bir halda iddia və tələbinin olmayacağını bildirmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, X1 rayonu, Salahlı kəndində yerləşən 0.26 ha torpaq sahəsindəyerləşən ümumi sahəsi 163.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evini qızı Cavabdeh bağışlamışdır. İş materiallarında olan Yevlax rayon Salahlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 837853 №li ölüm haqqında şəhadətnamdən görünür ki, X4 xx.xx.2017ci il tarixdə ölmüşdür. Məhkəmə iddia tələbinin “fərdi yaşayış evinə köçürülməsi hissəsi” ilə bağlı qeyd edir ki, iddiaçının mübahisələndirilən fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitam verilmişdir və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki işüzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddia tələbinin “mübahisələndirilən fərdi yaşayış evinə mirasda məcburi pay hüququnun olmasını nəzərə almaqla mülkiyyətə dair çıxarışın qismən ləğv edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Qeyd olunan maddədən görünür ki, mirasda məcburi pay almaq hüququ yalnız miras qoyan tərəfindən vəsiyyətnamə qoyulduğu və vəsiyyət üzrə vərəsəlik həyata keçirildiyi halda mümkündür. Hazırkı işdə isə mərhum X4 tərəfindən vəsiyyətnamə yazılmamış və vəsiyyət üzrə vərəsəlik mövcud deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və çıxarışın qismən ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-236/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-236/2020
28.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver