Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2380/2023 12.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 32.4 və 32.5-ci maddələrinin tələbinə görə, aidiyyət haqqında məsələ qalxdıqda hakim əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-nin 37-ci maddəsinə əsasən Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Azərbaycan Respublikası MPM-nin 45.2-ci maddəsinə əsasən Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Azərbaycan Respublikası Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanununun 3-cü maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Yaşayış yeri müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilir ki, “Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materialları ilə müəyyən olunur ki, ərizəçi Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, ərizəçi Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olduqlarından və yaşayış qeydiyyatda olduğu yeri əhatə etdiyindən, hazırkı mülki iş aidiyyəti üzrə Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1, 263-264, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2380/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2380/2023
12.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver