Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2388/2025 09.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: Ərizəçi (maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd edilməklə), Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 13 aprel 2018-ci il təvəllüdlü X1, 09 avqust 2020ci il təvəllüdlü X6, 23 sentyabr 2021-ci il təvəllüdlü X7 və 16 fevral 2023-cü il təvəllüdlü X4 Yevlax şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X2 ilə ailə quraraq evlənmişlər. Aralarında rəsmi nikah bağlanmamışdır. Onların birgə evliliyindən 13 aprel 2018-ci il təvəllüdlü X8, 09 avqust 2020-ci il təvəllüdlü X13, 23 sentyabr 2021-ci il təvəllüdlü X14, 16 fevral 2023-cü il təvəllüdlü X11 adlı dörd övladları doğulmuşdur. Lakin müəyyən səbəblərdən o vaxtında uşaqlara doğum haqqında şəhadətnamə ala bilməmişdir. Övladları onunla birlikdə yaşayırlar. Hazırda o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət edərək uşaqlara doğum haqqında şəhadətnamələrin verilməsini xahiş etsə də, şöbənin 30 iyul 2025-ci il tarixli məktubu ilə bundan imtina edilmişdir. Məhkəmə prosesi: Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs rəis vəzifəsini icra edən X12 Rayon Məhkəməsinə məktub göndərərək, Ərizəçi doğum faktının faktının müəyyən edilməsi tələbinə dair mülki işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, Leyla onun qonşusudur. Ərizəçinin dörd uşağı olduğunu, Mehriban, Zəhra, Aytən və Səbinə adlı qız uşaqlarının ev şəraitində doğulduğunu və uşaqların atalarının Zakir olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyərək, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 1743 №-li, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən 13 aprel 2018-ci il tarixdə anadan olmuş X1, 09 avqust 2020-ci il tarixdə anadan olmuş X6, 23 sentyabr 2021-ci il tarixdə anadan olmuş X7 və 16 fevral 2023-cü il tarixdə anadan olmuş X5 doğumlarını təsdiq edən sənədlərin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizələrinin təmin edilməsi mümkün deyildir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-9- 1/2-1927/2025 saylı xx.xx.2025-ci il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Şövkət Abdullayeva, Məlahət Əhmədova, Elnarə Zabitova, Sahibə Hüseynova və Gözəl Zabitovanın iştirakları ilə akt tərtib edilərək X8 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X3 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2018-cı il tarixdə X8 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-9- 1/2-1930/2025 saylı xx.xx.2025-ci il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Şövkət Abdullayeva, Məlahət Əhmədova, Elnarə Zabitova, Sahibə Hüseynova və Gözəl Zabitovanın iştirakları ilə akt tərtib edilərək X13 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X3 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə X13 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-9- 1/2-1928/2025 saylı xx.xx.2025-ci il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Şövkət Abdullayeva, Məlahət Əhmədova, Elnarə Zabitova, Sahibə Hüseynova və Gözəl Zabitovanın iştirakları ilə akt tərtib edilərək X14 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X3 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə X14 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-9- 1/2-1929/2025 saylı xx.xx.2025-ci il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Şövkət Abdullayeva, Məlahət Əhmədova, Elnarə Zabitova, Sahibə Hüseynova və Gözəl Zabitovanın iştirakları ilə akt tərtib edilərək X11 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X3 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə X11 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 18-1- 82/2-979/2025 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi övladları X8, X13, X14 və X11 xx.xx.2025-ci il tarixdə tibbi arayışlar Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən tərtib edilmişdir. Yevlax şəhər icra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-9-1/2-475/2025 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli aktlar həqiqətən qonşuların iştirakı ilə 1 saylı nümayəndəlik tərəfindən tərtib edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2018-ci il tarixdə bir qız uşağı, xx.xx.2020-ci il tarixdə bir qız uşağı, xx.xx.2021-ci il tarixdə bir qız uşağı və xx.xx.2023-cü il tarixdə bir qız uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşaqlarını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi doğum faktının tənınması hissəsində əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Yevlax şəhərində xx.xx.2018-ci il tarixdə bir qız cinsli uşağı, xx.xx.2020-ci il tarixdə bir qız cinsli uşağı, xx.xx.2021-ci il tarixdə bir qız cinsli uşağı və xx.xx.2023-cü il tarixdə bir qız cinsli uşağı doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №2(039)-2388/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2388/2025
09.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver