Məhkəmə qərarları › İş №2(039)-24/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-24/2024

25.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-24/2024 25.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş daşınmaz əmlakın (0.05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş iki yarımçıq tikilinin) əvəzi olaraq 30 000 manat pul vəsaitinin və dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş daşınmaz əmlakın (0.05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş iki yarımçıq tikilinin) əvəzi olaraq 30 000 manat pul vəsaitinin və dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən təsbit edilmiş Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş iki yarımçıq tikilinin dəyərinin 30 000 manat pul vəsaitinin əsassız varlandığı və dövlət rüsmu hesabına ödədiyi 180 manat pul vəsaitinin Cavabdeh1 alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan müvafiq vəsatət əsasında Cavabdeh2 da cavabdeh qismində işə cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun doğma bacısı oğludur və son vaxtlaradək onunla onunla münasibəti tam səmimi olmuş və cavabdehin ona münasibətdə hər hansı haramçılığa yol vermək fikri olmamışdır. Hazırda isə cavabdeh faktiki olaraq ona məxsus olan, lakin Yevlax rayonu Malbinəsi kəndində onun adına sənədləşdirilmiş, 0.05 ha həyətyanı torpaq sahəsində yerləşməklə, 30 000 manat dəyəri olan iki yarımçıq tikilini (mişar daşından tikilmiş) mənimsəmək istəyir və ona bildirir ki, onun maddi vəsaitin hesabına inşa edilməsinə baxmayaraq həmin tikililəri ona verməyəcəyini bildirir. Yevlax rayonu Malbinəsi kəndində 0.05 ha yaşayış məntəqələrinin torpaqlarında o, 2013-cü ildə kürsülü 2 otaq, 1 zal, mətbəxt və hamamdan ibarət fərdi yaşayış evi inşa etdirmişdir. Fərdi yaşayış evinin bütöv hörgü və beton işləri tamamilə hazırdır, həmin işlər görülüb başa çatmışdır. Yalnız evin dam örtüyünün vurulması qalmışdır. Eyni zamanda, qeyd edilən 0.05 ha həyətyanı torpaq sahəsinin içərisində 12 mişar daşı ilə hörülmüş 3 otaq (mağaza binası üçün nəzərdə tutulmuşdur) tikili də tikdirmişdir. 0.05 ha yaşayış məntəqələrinin torpaqlarını o satın almış və bütün xərclər tərəfindən ödənilmişdir. Lakin həmin torpaq sahəsi Cavabdeh1 adına sənədləşdirilmiş və xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə cavabdehin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Yaşadığı ərazi üzrə bütün kənd camaatı bilir ki, hazırda mübahisə edilən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş iki tikili onun maddi vəsaiti hesabına başa gəlmiş və bu işin mübahisə edilməyən halıdır və son günlərədək cavabdeh özü də ona sifariş göndərirdi ki, istənilən an qeyd edilən daşınmaz əmlakı onun adına keçirməyə hazırdır. İnsafən desək, son vaxtlaradək, cavabdehin özünün adına olmasına baxmayaraq onun haqqı olan halal malını mənimsəmək fikri yox idi. Hazırda isə, o, təsir və hədə altında olan ona qarşı yuxarıda təsvir edilən qaydada haqsızlıq və ədalətsizlik edir. Behbudov Elşən, Yusifov Azər, Yusifov Famil, Şükürov Nurəddin adlı ümumi qohumları ona mənfi mənada təsir edirlər. Famil Yusifov onun qardaşı, o cümlədən qızı Türkanın sabiq qaynatasıdır. Qızı X1 boşanmış və qızı Türkanın hər iki sonuncu şəxsə qarşı mənzilə köçürülmə tələbinə dair Yevlax Rayon Məhkəməsində mübahisə açmışdır. Yuxarıda adları çəkilən hər dörd şəxsin Behbudov Elşən, Yusifov Azər , Yusifov Famil və Şükürov Nurəddinin təsirləri və planları ilə cavabdeh ona qarşı qeyd edilən ədalətsizliyi həyata keçirmişdir. O, Məhkəməyə müraciət etməmişdən öncə, yenə də cavabdehə müraciət edərək haqqı olanı, yəni mübahisə predmeti olan, Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş iki yarımçıq tikilini rəsmi müqavilə əsasında ona bağışlanmasını təklif etmişdir. Hansıki son vaxtlaradək cavabdeh özü bunu ona təklif edir. Lakin o, və digər ailə üzvləri Ukraynada yaşadığı üçün, cavabdehə bildirmişdir ki, arxayın vaxtda bağışlama ilə bağlı müqaviləni rəsmiləşdirilər. Onun və ailə üzvlərinin Yevlax rayonu Malbinəsi kəndində geniş, rahat və tam hazır evi vardır. Hazırda mübahisə edilən 0.05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş iki yarımçıq tikili də onların öz evinə yanaşı qonşudur. Hazırda həmin tikilidə yaşamaq və oradan istifadə etmək mümkün olmadığına görə (tikilib tam başa çatmadığı üçün) istifadəsizdir. Mübahisə predmeti olan daşınmaz əmlakın – Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən iki ədəd yarımçıq tikilinin cavabdeh tərəfindən ona bağışlanması ilə bağlı heç bir təsir tədbiri görə bilmədiyi, o cümlədən hüquqi cəhətdən iddia tələbi irəli sürə bilmədiyi (əqdlərin bağlanması tərəflərin iradə ifadəsi əsasında həyata keçirilməlidir) üçün hazırkı iddia tələbini irəli sürərək, cavabdehin əsassız varlanmaqla əldə etdiyi 30 000 manat pul vəsaitini cavabdehdən tələb edir. Cavabdehin əsassız varlanmaqla əldə etdiyi 0.05 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş iki yarımçıq tikilinin dəyərini 30 000 manat pul vəsaitni Cavabdeh1 tələb edir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etmədini bildirmiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, 2013-cü ildə kürsülü fərdi yaşayış evinin hörgü və beton işlərinin usta kimi o görmüş, işin pulunu isə Mənsurə və Arzumandan almışdır, təkcə hörgü işi üçün 2000 manat zəhmət haqqı almışdır, Cavabdeh1 həmin evlə bir əlaqəsinin olduğundan məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 hər iki tərəf ilə qohumluq münasibətlərində olduğunu, mübahisəli torpaq sahəsinin Umudun adına olduğunu və həmin torpaq sahəsində isə 2013-cü ildə hörülmüş yarımçıq tikili olan ev və digər tikili Mənsurə tərəfindən tikildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11, X9 və X6 iddiaçı ilə qonşuluqda yaşadıqlarını, mübahisəli torpaq sahəsi xalası Mənsurə tərəfindən Umudun adına alınsa da, yarımçıq tikili olan ev və digər tikilinin Mənsurə tərəfindən inşa etdirildiyini bildirmişlər. Məhkəmə iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəxsinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 yaşayış məntəqələrinin torpaqları mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3232 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, Yevlax rayonu, Malbinəsi kəndində yerləşən həyətyanı torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi (yarımçıq tikili) və mağaza binası (yarımçıq tikili) inşası üçün tikinti-təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 9783 manat məbləğində olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8279 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, Yevlax rayonu, Malbinəsi kəndində ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin üzərində inşa edilmiş yarım tikililərin (fərdi yaşayış evi və mağaza) tikintisinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 11488 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi; 157.6-cı maddəyə əsasən İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəyə əsasən Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 560.1-ci maddəyə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.1-ci maddəyə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1091.1-ci maddəyə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəyə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəyə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1-ci maddəyə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2-ci maddəyə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəyə əsasən Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, mübahisə predmeti olan daşınmaz əmlak – Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur, lakin həmin torpaq sahəsinin üzərində inşa edilmiş yarım tikililər (fərdi yaşayış evi və mağaza) İddiaçı vəsaiti hesabına tiklilmiş, habelə həmin yarım tikililərin tikintisinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 11488 manat məbləğindədir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş yarımçıq tikilinin dəyəri 11488 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 125 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh1 Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş yarımçıq tikilinin dəyəri 11488 manat pulu və ödənilmiş 125 manat dövlət rüsumun İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar