Məhkəmə qərarları › İş №2(039)-2419/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2419/2022

26.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2419/2022 26.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, qardaşı X4 xx.xx.1997-ci il tarixdə doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda ünvan 1 ünvanında yaşayır. Onun qardaşı X10 xx.xx.1997-ci ildə Yevlax şəhərində anadan olmuşdur. Lakin ona bu günə kimi doğum haqqında şəhadətnamə verilməmişdir. Ağəli Yusubovun atası (yəni hər ikisinin atası) X7 vəfat etmişdir. Ağəli Yusubovun anası (onun ögey anası) Olya adlı qadın isə milliyyətcə rusdur. Onun da heç bir sənədi yoxdur. X12 doğum haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsndə doğumun qeyd olunmasından imtina edilmişdir. Ərizəçi də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax rayon Qeydiyyat X1 ünvanladığı 2547 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edildikdən sonra verilə bilər. Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2307 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 şəhəri Neftkəməri küçəsində yaşayır və şəkil X6 məxsusdur. Yevlax şəhər 8 saylı küçə müvəkkili tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən də ünvan 1-da yaşayır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X8 və X3 ifadəsində bildirmişdir ki, ərizəçi onların qonşusudur. Ərizəçinin qardaşı Ağəli Yusubov xx.xx.1997-ci il tarixdə doğmuş, Ağəlini də uşaq vaxtlarından tanıyırlar onların qonşuluğunda yaşayır. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, Ərizəçi qardaşı X10 xx.xx.1997-ci il tarixdə Yevlax şəhərində doğmuşdur, lakin bununla bağlı tibbi şəhadətnamə mövcud olmadığından ərizəçi qardaşının adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin qardaşı yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. MPM-in 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qardaşı X10 xx.xx.1997-ci il tarixdə Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar