Məhkəmə qərarları › İş №2(039)-2420/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2420/2022

15.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2420/2022 15.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladı Gülnarın xx.xx.1992-ci il tarixdə Yevlax rayonu, Kövər kəndində anadan olması, anasının o və atasının X5 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, X5 ilə xx.xx.1988-ci il tarixdə Bərdə rayonu, Güloğular kənd icra nümayəndəliyində nikah bağlayıb ailə qurmuşlar. Birgə nikahlarından üç övladları anadan olmuşdur. Həyat yoldaşı X5 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Övladlarından Gülnar xx.xx.1992-ci il tarixdə ev şəraitində anadan olmuş, onun doğumu qeydiyyat orqanında qeydə alınmadığı üçün hal-hazıradək şəxsiyyət vəsiqəsi ala bilmir. Övladı Gülnara doğum haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsndə doğumun qeyd olunmasından imtina edilmişdir. Ərizəçi də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs Ərizəçi ünvanladığı 2116 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən ərizəçinin xx.xx.1992-ci ildə anadan olmuş qız övladına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş nikah akt qeydindən görünür ki, X5 ilə Ərizəçi arasında bağlanmış nikah 1988-ci ilin iyul ayının 15-ci günündə Bərdə rayonu, Güloğular kənd icra nümayəndəliyinin akt qeydləri kitabında 51 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada isə Əhmədova soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum akt qeydindən görünür ki, xx.xx.1992-ci il tarixdə anadan olmuş X2 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs 1989-1995-ci illər ilkin və bərpa akt qeydləri üzrə arxivində habelə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ 248559 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Əhliman Bayramov, Yeganə Əsədova və Starə Şirinova tərəfindən tərtib edilmiş aktdan görünür ki, Ərizəçi xx.xx.1992-ci ildə Yevlax rayonu, Kövər kəndində ev şəraitində bir qız övladı doğulmuş, lakin həmin uşağa-hal-hazır qədər doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi alınmamış və həmin qız hal-hazıra kimi Yevlax rayonu, Kövər kəndində yaşayır yaxınları və qonşuları onu X1 tanıyırlar. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən də Yevlax rayonu, Kövər kəndində yaşayır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X7 və X3 ifadəsində bildirmişdir ki, ərizəçininonların bacısıdır. Ərizəçi Gülnar adlı uşağını xx.xx.1992-ci il tarixdə öz evində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, Ərizəçi Yevlax rayonu Kövər kəndində, xx.xx.1992-ci il tarixdə bir qız uşağı doğmuşdur, lakin bununla bağlı tibbi şəhadətnamə mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə Yevlax rayonu Kövər kəndində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. MPM-in 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1992-ci il tarixdə bir qızı uşağını Yevlax rayonu Kövər kəndində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar