Məhkəmə qərarları › İş №2(039)-2430/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2430/2025

13.01.2026 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2430/2025 13.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X15 icraatında olan xx.xx.2019-cu il tarixli HK-1/658 nömrəli material üzrə qəbul edilmiş 07 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən qohumluq əlaqələrini itirmiş, o cümlədən X4nın ərizəsi əsasında Yevlax Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2(039)-1551/2024 saylı qətnaməsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilmiş X6 ölmüş elan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-1551/2024 saylı qətnaməsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X15 icraatında olan xx.xx.2019-cu il tarixli HK-1/658 nömrəli material üzrə qəbul edilmiş 07 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən onun müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmaığından cinayət işinin başlanmasının rədd edilməsi, qohumluq əlaqələrini itirmiş X6 barəsində axtarış sorğu tədbirləri keçirilməsi üçün qəbul edilmiş qərarın surətinin aidiyyəti üzrə şöbənin X12 Qrupuna göndərilməsi qərara alınmışdır. Qeyd edilən qərar hal- hazıradək qüvvədədir və həmin qərarın qəbul edilməsindən 5 il ötmüşdür. Lakin, bu günədək atası X13 barəsində heç bir məlumat yoxdur. Odur ki, X2 ölmüş elan elan edilməsinə dair hazırkı ərizə ilə Məhkəməyə müraciət edir. Məhkəməyə müraciət etməmişdən öncə, aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət edərək atası X8 ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, Maraqlı şəxs rəisi vəzifəsini icra edən A. Səmədzadə ərizəsini təmin etməmiş və ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. X2 ölmüş elan edilməsi ona aşağıda göstərilən səbəblərə görə lazımdır. Belə ki,ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi (yaşayış sahəsi) ümumi birgə mülkiyyət hüququ üzrə aşağıda göstərilən şəxslərə məxsusdur: X11 (anam)-torpaq sahəsi ümumi birgə, X13- (atam)- torpaq sahəsi ümumi birgə, X16(nənəm)- torpaq sahəsi ümumi birgə, X17 (qardaşım)- torpaq sahəsi ümumi birgə, X18 (babam) -yaşayış evi (tam). Hazırda o, atasının mərhum valideynlərindən miras qalmış qeyd edilən yaşayış sahəsinə dair vərəsəlik işi açdırmaq niyyətindədir. X2 ölüm akt qeydi olmadığından məsələnin həlli çətinlik törədir. Odur ki, o, hazırkı ərizə ilə məhkəməyə müraciət edir. X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, atası X13 1996-ci ildə Rusiya Federasiyasının Kazan vilayətinə getmişdir və bir daha qayıtmamışdır. 1998-ci ilə kimi onlarla telefon zəngləri vasitəsi əlagə saxlamışdır. 1998-ci ildən atası ilə əlaqələri kəsilmişdir. Sonra atasının Rusiya Federasiyasının Stavropol vilayətində olması barədə məlumat verilmişdir. Lakin orada da tapılmamışdır. Atası Yevlax Rayon Məhkəməsinin qətnaməsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Atasının ölmüş elan edilməsi ona ev sənədlərinin qaydasına salınması üçün lazımdır. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsnə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X22 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atası ilə qonşu olmuşlar. X1 30-35 ildir ki, görməmişdir. Rizvan Məmmədovun həyat yoldaşı sağlığında onu çox axtarmış, çox qrumlara müraciət etmiş, lakin Rizvan Məmmədov tapılmamışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X25 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçinin anası Tənzilə xanımla onlar qonşudurlar. Rizvan Məmmədovu cavanlıqda görmüşdur, lakin 35 ildir onu görmür. O uşaqları körpə olanda Rusiya Federasiyasına getmişdir. Uşaqlarının nəvələri belə vardır, lakin Rizvan Məmmədov hələ də tapılmamışdar. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X13 ilə X14 20 yanvar 1981-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X19 xx xxxxxx 1981-ci ildə doğulmuşdur, atası X13, X4dır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli ölün haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan Yevlax royon Varvara İ.Ə.V nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1998ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X19 xx.xx.1998-ci ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeydiyyat aparılaraq, arvada Quliyeva soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”- nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Vəfat etmiş X6 ölümü haqqında tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq Qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X15 icraatında olan xx.xx.2019- cu il tarixli HK - 1/658 nömrəli material üzrə qəbul edilmiş 07 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Ərizəçi müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmaığından cinayət işinin başlanmasının rədd edilməsi, qohumluq əlaqələrini itirmiş X6 barəsində axtarış sorğu tədbirləri keçirilməsi üçün qəbul edilmiş qərarın surətinin aidiyyəti üzrə şöbənin Qeydiyyat və X21 göndərilməsi qərara alınmışdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-1551/2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin ərizə təmin edilərək, 19 iyul 1952-ci il tarixdə anadan olmuş X6 xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-1551/2024-cü il tarixli qətnaməsi ilə ərizəçinin atası 19 iyul 1952-ci il tarixdə anadan olmuş X13 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Hazrda ərizəsi xəbərsiz itkin düşmüş hesab edilən X2 ölmüş elan edilməsini istəyir. Faktın müəyyən edilməsi ərizəçiyə daşınmaz əmlakla bağlı hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 313-cü maddəsində göstərilmişdir ki, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsində göstərilmişdir ki, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsində göstərilmişdir ki, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək 19 iyul 1952-ci ildə doğulmuş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab edilmiş X6 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 19 iyul 1952-ci ildə doğulmuş və Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab edilmiş X13 ölmüş elan edilsin. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün X6 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar