Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2452/2023 25.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1969-cu il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonu Qayabaşı kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, o, xx xxxx 1969-cu il tarixdə Ermənistan Respublikası Basarkeçər (Vardenis) rayonu Qayabaşı kəndində anadan olmuşdur. Hazırda isə müvəqqəti olaraq Yevlax rayonu Aran qəsəbəsində məskunlaşmışdır. O, anadan olan zaman ona doğum haqqında şəhadətnamə verilmişdir. Lakin 1988-ci ildə Ermənistan Respublikasından deportasiya olan zaman ona məxsus olan şəhadətnamə orada qalmışdır. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də, onun doğum akt qeydi aşkar edilməmişdir. Ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X11 ifadələrində ərizəçinin qonşuları olduqlarını, Ərizəçi xx xxxx 1969-cu ildə Ermənistan Respublikasının Basarkeçər rayonu Qayabaşı kəndində doğulmuş və atasının X3 anasının isə X5 olduğunu bildirmişdirlər. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Ərizəçi məxsus AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Süleymanov”, adı “Elxan”, atasının adı “Cəlil”, doğulduğu tarix isə “xx.xx.1969”, göstərilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş Vİİ-ЖГ 344800 №li nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və X2 arasında bağlanmış nikah 1998-ci ilin fevral ayının 25-ci günündə akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada isə Süleymanova soyadı verilmişdir. HЗ seriyalı ******* №-li hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə hərbi xidmətdə olmuşdur. Yevlax rayon 28 aprel qəsəbə sovetliyi tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş İ- ИЕ 417492 №li nikah haqqında şəhadətnamədən görünür ki, X3 və X8 arasında bağlanmış nikah 1964-cü ilin aprel ayının 02-ci günündə akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada isə Süleymanova soyadı verilmişdir. X.Süleymanova məxsus xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 04535078 №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Süleymanova”, adı “Xave”, atasının adı “Həsən”, doğulduğu yer “Ermənistan Abovyan rayonu”, doğulduğu tarix isə “xx.xx.1943”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Aran qəsəbəsi” göstərilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1329 saylı məktubdan görünür ki, X1 doğumu Ermənistan Respublikası Basarkeçər rayonunda olmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğvi qaydalarının müəyyən edən əsas müddəalarına və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-162-ci maddələrinə əassən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv edilməsi kifayət qədər əsaslar olduqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən qeydə alınır, kifayət qədər əsas olmazsa, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatdı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçinin xx xxxx 1969-cu il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonu Qayabaşı kəndində doğulması faktı qeydiyyat orqanında qeyd edilmiş, ərizəçinin doğum haqqında şəhadətnaməsi əsasında ona şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin, ərizəçinin doğum haqqında şəhadətnaməsi 1988-ci ildə Ermənistan Respublikasından deportasiya olan zaman orada qalmış və “vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat informasiya sistemində ərizəçinin doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəçi yeni “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq edilən sübutlarin məcmusu təsdiq edir ki, ərizəçinin, atasının X3 və anasının X5 olmaqla xx xxxx 1969-cu il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonu Qayabaşı kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi, atasının X3 və anasının X5 olmaqla xx xxxx 1969-cu il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonu Qayabaşı kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Bu qətnamə yenidən doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2452/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2452/2023
25.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver