Məhkəmə qərarları › İş №2(039)-2489/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2489/2025

06.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2489/2025 06.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X40 X30 İstismarı İdarəsinin rəisi X6 və həmin idarənin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X40 X30 İstismarı İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X40 X30 İstismarı İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1992-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. Ali təhsillidir. 13 iyun 2014-cü il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının “Tarix və Coğrafiya müəllimliyi” ixtisası üzrə bakalavr ali peşə -ixtisas dərəcəsi almışdır. O, əmək fəaliyyətinə xx.xx.2012-ci il tarixdə (əmr № 19) X24 İdarəsində fəhlə kimi işə başlamış və xx.xx.2014-cü il tarixədək həmin idarədə fəhlə işləmişdir. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahı qüvvələrinin sırasına həqiqi hərbi xidmətə çağrılmış və 2016-cı ilin dekabr ayında hərbi xidmətini başa vurmuşdur. Bundan sonra, xx.xx.2016-cı tarixdə (əmr № 8) Şirvan Melorasiya İdarəsində fəhlə işləyib, xx.xx.2016-cı il tarixdə (əmr № 31) isə həmin idarəyə nəzarətçi vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixdə (əmr № 35) şöbə müdiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2021-ci il tarixədək həmin idarədə 8-ci dərəcə Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə Suvarma Sistemləri idarəsinə 9-cu dərəcə hidrotexnik vəzifəsinə təyin olunmuşdur və xx.xx.2023-cü il tarixdək həmin vəzifədə işləmişdir. Bundan sonra, Yuxarı X17 İdarəsində xx.xx.2023-cü il tarixdə 7- ci dərəcəli mühasib vəzifəsinə təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə isə 27 saylı əmrlə həmin X30 İstismarı İdarəsinə 13-cü dərəcə ilə sahə rəisi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi bu müddət ərzində bir dəfə də olsun üzürsüz səbəbdən iş buraxma hallarına yol verməmiş və üzrərinə düşən əmək funksiyasını və vəzifəsini layiqincə yerinə yetirmişdir. “X17 İdarəsinin” idarə rəisi X9 xx.xx.2025-ci il tarixdə 44 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsaslanaraq və qanunsuzluq edərək onun əmək müqaviləsinə xitam verilmişdir. “X17 İdarəsinin” idarə rəisi X9 xx.xx.2025-ci il tarixdə 44 nömrəli qanunsuz əmri imzalamaqla AR Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozmuşdur. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45, 46, 68, 70, 73-cü maddələrinə istinad edərək, onun barəsində cavabdeh Azərbaycan Dövlət X12 “X16 Xidməti X40i X30 İstismarı İdarəsinin rəisi X6 xx.xx.2025-ci il tarixli, 44 nömrəli qanunsuz əmrinin ləğv edilməsinə, onun (İddiaçı) işə bərpa olunmasna və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X40 X30 İstismarı İdarəsi iddia ərizəsinə etiraz verərək, göstərmişdir ki, İddiaçı X13 İstismar İdarəsinə qarşı iddia qaldıraraq, qanunsuz əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb etmişdir. İddiaçı iddia tələbi əsassızdır. Çünki, onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun şəkildə xitam verilmişdir. Belə ki, İddiaçı 11 yanvar 2023-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən X33 İstismar İdarəsinə mühasib vəzifəsinə işə qəbul edilmişdir. Həmin vaxt onun əmək haqqı 383 manat olmuş, sonradan ölkə üzrə minimum əmək haqqı artırıldıqda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı əsasında əmək haqqısı müəyyən edilən vəzifələr sırasına daxil edildiyindən, onun da əmək haqqı müvafiq şəkildə artırılmışdır. X33 İstismar İdarəsi tabeliyində olduğu “X16 Xidməti” X36 26 avqust 2024-cü il tarixli qərarı (əmri) ilə yenidən təşkil edilmiş və X13 İstismar İdarəsi adlandırılmışdır. Bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli “Azərbaycan Dövlət X12nin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanının icrası çərçivəsində edilmişdir. Azərbaycan Dövlət X12nin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X16 Xidməti” X36 strukturu təsdiq edilmişdir. Bunun davamı olaraq X33 İstismar İdarəsində mövcud olan ştat vahidləri də ixtisara düşmüş, İdarənin daha səmərəli fəaliyyət göstərməsi üçün yeni strukrur ştat cədvəlinin hazırlanması məqsədə müvafiq hesab edilmişdir. Bu barədə X33 İstismar İdarəsinin bütün işçiləri məlumatlandırılmış və onlara tutduqları ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Eləcə də idarədə mühasib vəzifəsində işləyən İddiaçı xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq təqdim edilərək, onunla bağlanmış əmək müqaviləsinə 4 təqvim həftəsindən sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi diqqətinə çatdırılmış, bu müddətdə o, əmək haqqı saxlanılmaqla hər həftə bir iş günü işdən azad edilmişdir. Xəbərdarlıq məktubunda bu müddətdə ixtisasına uyğun iş yeri müəyyən ediləcəyi halda ona məlumat veriləcəyi göstərilmişdir. İddiaçı edilmiş xəbərdarlıq müddətində yeni ştat cədvəlinə uyğun olaraq, idarədə əlavə sahə rəisi vəzifəsi təsis edilmişdir. Həmin vəzifə İddiaçı təklif edilmiş, həmin vəzifəyə keçməsi ilə bağlı onunla razılıq əldə edilmiş, daha sonra o, ərizə təqdim edərək həmin vəzifəyə keçirilməsini xahiş etmişdir. Həmin ərəfədə X33 İstismar İdarəsində 218 işçi çalışmışdır. Yeni ştat cədvəlində isə 174 ştat nəzərdə tutulduğundan, 44 işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. İşçilərin bəziləri onlara təklif edilmiş yeni vəzifədə çalışmaqdan imtina etmişlər. Yuxarı təşkilat tərəfindən yeni ştat cədvəlində müəyyən edilmiş vəzifələrin hər birinə işçilərin müddətli əmək müqaviləsi əsasında qəbulu məqsədəuyğun hesab edilmişdir. Buna görə də, özü də daxil olmaqla, bütün şəxslərə yeni ştat cədvəlində nəzərdə tutulmuş yeni vəzifələr müddətli əmək müqaviləsi əsasında təklif edilmişdir. Bu şərtlərlə razılaşan şəxsərlə ya yeni əmək müqaviləsi bağlanmış, ya da mövcud əmək müqaviləsində müvafiq dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdə işçilərin xeyrinə müsbət şərtlər mövcud olmuş, əmək haqqı əvvəlki ilə münasibətdə təxminən iki dəfə artıq müəyyən edilmişdir. Hal-hazırda da idarədə işləyən şəxslərlə bağlanmış bütün əmək müqavilələri müddətlidir. Əmək müqavilələrində dəyişiklik edilərkən hər hansı işçiyə, o cümlədən İddiaçı qarşı ayrı seçkilik edilməmiş, hər kəsə bərabər yanaşılmışdır. İddiaçı təklif edilən yeni vəzifənin əmək haqqında müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişiklik olduğunu nəzərə alıb, onunla bağlanmış əmək müqaviləsində dəyişiklik edilməklə, sahə rəisi vəzifəsinə keçirilməsinə razılıq vermişdir. 10 oktyabr 2024-cü il tarixdə tərəflərin qarşılıqlı razılığı əsasında dəyişikliklər edilmiş əmək müqaviləsi 3 ay müddətinə olmaqla müddətli hesab edilmişdir. Bu dəyişikliklər elektron qaydada bağlanmış, müqavilə İddiaçı tərəfindən SİMA proqramı vasitəsilə, heç bir təzyiq olmadan imzalanmışdır. Bundan sonra işlədiyi müddətdə İddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi ilə bağlı şifahi və ya yazılı narazılığını bildirməmişdir. Cari ilin 23 iyun tarixindən İddiaçı heç bir səbəb göstərmədən işə gəlməmişdir. İddiaçı ilk öncə idarənin Baş-mühəndisi Şəhruz Rəsulov vasitəsilə şifahi xəbərdarlıq edilmişdir. Şəhruz Rəsulov İddiaçı Bakı şəhərinə getdiyini, qayıdacağı vaxtın məlum olmadığını bildirmişdir. İddiaçı heç bir üzrlü səbəb olmadan işə çıxmadığından və idarədə həmin vəzifənin icrası vacib olduğundan, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və həmin vəzifəyə başqa işçi qəbul edilməsi zərurəti yaranmışdır. 10 iyul 2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından və əmək qanunvericiliyinə əsasən işçiylə bağlanmış əmək müqaviləsinə yalnız bir əsas üzrə xitam verilə biləcəyindən, əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozsa da, onunla bağlanmış əmək müqaviləsinə məhz müddətin bitməsinə görə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bu məqsədlə qanunvericiliyin tələblərinə uyğun olaraq, xx.xx.2025-ci il tarixdə İddiaçı poçt vasitəsilə bildiriş göndərilməklə, xx.xx.2025-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə verilmiş müvafiq əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə riayət edilmişdir. Bu barədə əmrin ləğv edilməsi üçün heç bir əsas yoxdur. İddia ərizəsi yazılarkən məlumatlar qəsdən təhrif edilmiş, İddiaçı 2023-cü ildən etibarən X33 İstismar İdarəsində işləməsinə baxmayaraq, onun 5 ildən çox fasiləsiz olaraq bu idarədə işləməsi təəssüratının yaradılmasına çalışılmışdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X40 X30 İstismarı İdarəsinin rəisi X9 iddianı etiraf etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X40 X30 İstismarı İdarəsinin nümayəndəsi (hüquq və insan resursları şöbəsinin mütəxəsisi) X15 iddianı etiraf etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, o, Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X40 X30 İstismarı İdarəsinin insan resursları şöbəsinin rəisi vəzifəsində işləyir. İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinə əsasən xitam verilmişdir. Belə ki, İddiaçı heç bir üzrlü səbəb olmadan işə çıxmamışdır. 10 iyul 2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından və əmək qanunvericiliyinə əsasən işçiylə bağlanmış əmək müqaviləsinə yalnız bir əsas üzrə xitam verilə biləcəyindən, əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozsa da, onunla bağlanmış əmək müqaviləsinə məhz müddətin bitməsinə görə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli “Azərbaycan Dövlət X12nin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanının icrası çərçivəsində Azərbaycan Dövlət X12nin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X16 Xidməti” X36 strukturu təsdiq edilmişdir. Bunun davamı olaraq X33 İstismar İdarəsində mövcud olan ştat vahidləri də ixtisara düşmüş, İdarənin daha səmərəli fəaliyyət göstərməsi üçün yeni strukrur ştat cədvəlinin hazırlanması məqsədə müvafiq hesab edilmişdir. Bu barədə X33 İstismar İdarəsinin mühasibi İddiaçı da daxil olmaqla bütün işçiləri məlumatlandırılmış və onlara, tutduqları ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. 10 oktyabr 2024-cü il tarixdə tərəflərin qarşılıqlı razılığı əsasında İddiaçı sahə rəisi vəzifəsinə keçirilməsinə dəyişikliklər edilmiş əmək müqaviləsi 3 ay müddətinə olmaqla müddətli hesab edilmişdir. Yeni əmək müqaviləsində əmək müqaviləsinin iki il müddətinə bağlanması idarədə ümumi stajı göstərir. Əmək müqaviləsi hər dəfə üç ay müddətinə bağlanır. İşdə olan İddiaçı məxsus 123739 saylı əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, o, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək X19 İdarəsində fəhlə vəzifəsində, xx.xx.2016-cı tarixdən xx.xx.2016-cı il tarixədək Şivan Melorasiya İdarəsində fəhlə vəzifəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixdək həmin idarədə nəzarətçi vəzifəsinə, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək həmin idarədə şöbə müdiri vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin idarədə Təsərrüfat şöbəsinin müdiri vəzifəsində, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdək Suvarma Sistemləri idarəsində hidrotexnik vəzifəsində, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin idarədə mühasib vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə isə X31 İstismarı İdarəsinə sahə rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2025-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşdə olan A №029674 saylı bakalavr diplomunun surətindən görünür ki, İddiaçı Azərbaycan Müəllimlər İnstitutunun Şəki fılalınnın Dövlət Attestasiya Komissiyasının 13 iyun 2014-cü il tarixli qərarı ilə “Tarix və Coğrafiya müəllimliyi” ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Yuxarı X17 İdarəsinə müraciət edərək, münasib işlə təmin olunmasını xahiş etmişdir. İşdə olan Azərbaycan Dövlət X12nin tabeliyində X16 Xidməti X36 xx.xx.2024-cü il tarixli, 13-4/3-1-71-Ü/2024 saylı X16 Xidmətinin fəaliyyətinin təmin edilməsi barədə əmrinin surətindən görünür ki, X16 Xidmətinin təsdiq edilmiş strukturuna keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin strukturunda olmayan yeni, Ağdərə, Daşkəsən, Gədəbəy, Qarabağ, Qobustan, Lerik, Naftalan və X20 X1 daxil edildiyi, eyni zamanda əvvəllər strukturda olan X25 İstismarı İdarəsinin yeni struktura daxil edilmədiyi (bu idarənin əmlakı Xidmətin aidiyyəti tabeli istismar idarələrinin istifadəsinə veriləcək), X26 İdarəsinin - Ağdam Su X2 İdarəsi, X3 İstismarı İdarəsinin - Lənkəran Su X2 İdarəsi, X32 İstismarı İdarəsinin - Masallı Su X2 İdarəsi, X27 və Magistral kanalının İstismar İdarəsinin - X28 İstismarı İdarəsi, Texnoloji- fetehsaraı Komplektləşdirmə İdarəsinin - Anbar Təsərrüfatı İdarəsi kimi müəyyən edildiyi və yeni Təmir Tikinti İdarəsinin (Bəhrəmtəpə Melioservis İdarəsi daxil olmaqla) yaradıldığının nəzərə alınması, Agentliyin 27 may 2024-cü il tarixli 001/f nömrəli əmrinin 3-cü bəndini, Xidmətin İdarə Heyətinin 16 iyul 2024-cü il tarixində keçirilmiş iclasının qərarını və X16 Xidmətinin Nizamnaməsinin müvafiq bəndini rəhbər tutaraq Xidmətin tabeliyindəki idarələrin, ştat vahidlərinin sayı bu əmrə 1№- li əlavəyə uyğun təsdiq edilməsi, Xidmətin Nizamnaməsinin 4.3-cü Xidmətin tabeliyindəki qurumların rəhbərləri, onların müavinləri, baş mühəndisləri və baş mühasibləri Agentliyin sədri ilə razılaşdırılmaqla Xidmət sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunmaları, İdarənin mühəndis texniki heyyəti (fəhlə heyyəti istisna olmaqla) Xidmətin sədri ilə razılaşdırılmaqla vəzifəyə təyin etməsi, başqa işə keçirməsi və vəzifədən azad etməsinin müəyyən edilməsi, X16 Xidmətinin İdarə Heyəti sədrinin müavinləri İlham Quliyevə, Elçin Məmmədova, Elşən Həsənzadəyə, X14 və İnsan Resursları şöbəsinin müdiri Zaur Cəlilova tapşırılması: -Xidmətə tabeli idarələrin rəhbərlərinin, onların müavinlərinin, baş mühəndisləri və baş mühasiblərinin Agentliyin sədri ilə razılaşdırılmaqla vəzifəyə təyin və vəzifədən azad olunmaları üçün təkliflərin hazırlanaraq Xidmətin İdarə Heyətinin sədrinə təqdim edilməsinin: -Xidmətə tabeli idarələrdə müvafiq inventarlaşma işlərinin aparılmasını təşkil etməklə onların normal fəaliyyət göstərmələri üçün tələb olunan tədbirlərin həyata keçirilməsinin: - Xidmətə tabeli idarələrinə ştat cədvəlinə uyğun olaraq əməkdaşların yerləşdirilməsi, eyni zamanda yerləşdirilməsi mümkün olmayan işçilər barədə Əmək Məcəlləsinə uyğun tədbirlərin görülməsi məqsədi ilə lazımi köməkliyin göstərilməsinin: -bu əmrdən irəli gələn digər məsələlərin həllini təmin etmələri. X16 Xidmətinin tabeli qurumların Əsasnamələrinin hazırlanaraq təsdiq üçün idarə heyətin sədrinə təqdim olunmasının təmin edilməsinin Hüquq və İnsan Resursları şöbəsinin müdiri Zaur Cəlilova tapşırılması, Xidmətin strukturuna daxil olan qurumlara (İdarələrə) əmrin çatdırılmasının təmin etməsinin ümumi şöbənin müdiri Vüsal Xudaverdiyevə tapşırılması əmr edilmişdır. İşdə olan Yuxarı X17 İdarəsinin xx.xx.2024-cü il tarixli, 01/45 saylı Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət X12nin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X16 Xidməti" X40 yaradılması, Azərbaycan Dövlət X12nin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X16 Xidməti” X36 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 4 təqvim həftəsindən sonra ləğv ediləcəyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqınız saxlanılmaqla özünüzə iş yeri axtarmaq üçün ona bir iş günü işdən azad edilməsi, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat verilməsi. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 0,9 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə biləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşdə olan X30 İstismar İdarəsinin xx.xx.2024-cü il tarixli, 27 saylı əmrinin surətindən görünür ki, X16 Xidmətinin Struktur bölmələrinin (İdarələrinin) adlarının struktura uyğunlaşdırılması barədə “Azərbaycan Dövlət X12nin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2023- çü il 17 Noyabr tarixli 2356 nömrəli fərmanı ilə Azərbaycan Dövlət X12nin tabeliyində X16 Xidməti X40i yaradılmışdır. Azərbayca Respublikası Nazirlər Kabinetinin 2024-çü il 26 Aprel tarixli 232 nömrəli Qərarı ilə X16 xidmətinin nizamnaməsi təsdiq edilmişdir. “Azərbaycan Dövlət X12nin tabeliyindəki X22 fəaliyyətinin təşkili ilə bagh tədbirlər haqqında“ Azərbaycan Dövlət X12nin 27 May 2024-cü il tarixli 001/f nömrəli Əmri ilə X16 xidməti X36 strukturu təsdiq edilmişdir. Azərbaycan Dövlət X12nin 27 May 2024-cü il tarixli 001/f nömrəli Əmrinin və X16 Xidməti X36 13 Avqust 2024-çü il tarixli 13-4/3-1-71-ü nömrəli Əmrinin icrası ilə əlaqədar Yuxarı X17 İdarəsi adı, X30 İstismar İdarəsi kimi müəyyən edilmişdir. İşdə olan İddiaçı tərəfindən Azərbaycan Dövlət X12nin tabeliyində X16 Xidməti X36 X30 İstismar İdarəsinin rəisinin adına yazılmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı həmin ərizəsində X30 İstismarı İdarəsində “sahə rəisi” vəzifəsinə keçirilməsini xahiş etmişdir. İşdə olan X13 İstismar İdarəsi ilə İddiaçı arasından bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin 2.3-cü bəndindən görünür ki, həmin əmək müqaviləsi «47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az.Resp.Əmək Məcəlləsi)» bəndində qeyd olunan səbəbə görə xx.xx.2025-ci il tarixinədək, 2 il müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.4-cü bəndindən görünür ki, işçi xx.xx.2023-ci il tarixindən, həmin tarixədək müqavilə imzalanmadıqda isə imzalandığı gündən işə başlayır. İşdə olan X30 İstismar İdarəsinin xx.xx.2025-ci il tarixli bildirişinin surətindən görünür ki, X30 İstismarı İdarəsində “sahə rəisi” vəzifəsində işləyən İddiaçı onunla xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qutarması) xx.xx.2025-ci il tarixdən xitam veriləcəyi barədə məlumat verilmişdir. İşdə olan Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X40 X30 İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli, 44 saylı əmrindən görünür ki, X30 İstismarı İdarəsi bölməsində “sahə rəisi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qutarması) 10 təqvim məzuniyyət günləri son haqq hesab ödənilməklə, xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 11 yanvar 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən X39 İstismar İdarəsinə sahə rəisi vəzifəsinə işə qəbul edilmişdir. X33 İstismar İdarəsi tabeliyində olduğu “X16 Xidməti” X36 26 avqust 2024-cü il tarixli qərarı (əmri) ilə yenidən təşkil edilmiş və X13 İstismar İdarəsi adlandırılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatlan Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X16 Xidməti” X36 strukturu təsdiq edilmişdir. Bunun davamı olaraq X39 İstismar İdarəsində mövcud olan ştat vahidləri də ixtisara düşmüş, idarənin daha səmərəli fəaliyyət göstərməsi üçün yeni ştat cədvəlinin hazırlanması məqsədəmüvafiq hesab edilmişdir. Bu barədə X33 İstismar İdarəsinin bütün işçiləri məlumatlandırılmış və onlara, tutduqları ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Eləcə də idarədə texnik hidrotexnik vəzifəsində işləyən İddiaçı xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq təqdim edilərək, onunla bağlanmış əmək müqaviləsinə 4 təqvim həftəsindən sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi diqqətinə çatdırılmış, bu müddətdə o, əmək haqqı saxlanılmaqla hər həftə bir iş günü işdən azad edilmişdir. Xəbərdarlıq məktubunda bu müddətdə ixtisasına uyğun iş yeri müəyyən ediləcəyi halda ona məlumat veriləcəyi göstərilmişdir. İddiaçı edilmiş xəbərdarlıq müddətində yeni ştat cədvəlinə uyğun olaraq, idarədə əvvəllər nəzərdə tutulmayan “sahə rəisi” vəzifəsi təsis edilmişdir. İxtisasına uyğun olduğundan həmin vəzifə İddiaçı təklif edilmiş, o, həmin vəzifəyə keçməyə razılığını bildirərək bu barədə ərizə təqdim etmişdir. Yeni ştat cədvəlində müəyyən edilmiş vəzifələrin hər birinə işçilərin müddətli əmək müqaviləsi əsasında qəbulu məqsədəuyğun hesab edilmişdir. Buna görə də, yeni ştat cədvəlində nəzərdə tutulmuş yeni vəzifələr müddətli əmək müqaviləsi əsasında təklif edilmişdir. İddiaçı ona təklif edilən yeni vəzifənin ixtisasına uyğunluğunu və əmək haqqında müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişiklik olduğunu nəzərə alıb, onunla bağlanmış əmək müqaviləsində dəyişiklik edilməklə, sahə rəisi vəzifəsinə keçirilməsinə razılıq vermişdir. 10 oktyabr 2024-cü il tarixdə tərəflərin qarşılıqlı razılığı əsasında dəyişikliklər edilmiş, əmək müqaviləsi 3 ay müddətinə olmaqla müddətli hesab edilmişdir. Bu dəyişikliklər elektron qaydada bağlanmış, müqavilə İddiaçı tərəfindən SİMA proqramı vasitəsilə imzalanmışdır. İddiaçı heç bir səbəb göstərmədən işə gəlməmişdir. İddiaçı heç bir üzrlü səbəb olmadan işə çıxmadığından və idarədə həmin vəzifənin icrası vacib olduğundan, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və həmin vəzifəyə başqa işçi qəbul edilməsi zərurəti yaranmışdır. 10 iyul 2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından və əmək qanunvericiliyinə əsasən işçiylə bağlanmış əmək müqaviləsinə yalnız bir əsas üzrə xitam verilə biləcəyindən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bu məqsədlə qanunvericiliyin tələblərinə uyğun olaraq, xx.xx.2025-ci il tarixdə İddiaçı bildiriş göndərilməklə, xx.xx.2025ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə verilmiş müvafiq əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə qanuni əsaslar olmadan xitam verildiyini, işdən azad olunması barədə əmrin əsassız və qanunsuz olduğunu iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinə əsasən mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi aşağıdakı kimidir.

1. Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər.

2. Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin “ç” bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər.

3. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 73-cü maddəsinini 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. İşdə olan X30 İstismar İdarəsinin xx.xx.2025-ci il tarixli bildirişinin surətindən müəyyən edilir ki, informasiya texnologiyaları üzrə mühəndis vəzifəsində işləyən İddiaçı onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qutarması) xx.xx.2025-ci il tarixdən xitam veriləcəyi barədə məlumat verilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə iş materiallarını hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:

İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X40 X30 İstismarı İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar