Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2504/2024 27.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs MMC-ni qeyd etməklə maraqlı şəxsə borcunun olmaması barədə arayışın verilməsi öhdəliyinin Maraqlı şəxs MMC-yə həvalə edilməsinə dair qərar qəbul edilməsi barədə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, sözügedən ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN), habelə maraqlı şəxsin ünvanı iddia ərizəsində qeyd edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Prossessual qanunvericiliyə əsasən ərizəçinin ərizəsində qeyd etdiyi tələbə iddia icraat qaydasında baxılır, lakin buna baxmaraq hazırki ərizə məhkəməyə xüsusi icraat qaydasında verilmişdir. Bundan başqa, Ərizəçi dövlət rüsumunun ödənilməsi barədə iddia ərizəsinə əlavə etdiyi xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən rüsumun hansı məhkəməyə ödənildiyini müəyyən etmək olmur. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Həmin məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Həmin məcəllənin 305-ci maddəsində xüsusi icraat qaydasında baxdığı işlərin dairəsi konkret olaraq göstərilmişdir. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 305.1.4. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında; 305.1.5. itirilmiş adsız sənədli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı); 305.1.6. şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında; 305.1.9. övladlığa götürmə haqqında ərizələrə. 305.1.10. şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında; 305.1.11. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında; 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında; 305.1.13. şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında; 305.1.15. bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında; 305.1.16. yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında. 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 305.2. Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalı, habelə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılmalıdır. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.1, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı : Ərizəçi Maraqlı şəxs MMC-ni qeyd etməklə maraqlı şəxsə borcunun olmaması barədə arayışın verilməsi öhdəliyinin Maraqlı şəxs MMC-yə həvalə edilməsinə dair qərar qəbul edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2504/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2504/2024
27.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver