Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-254/2021 02.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məməmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Yevlax şəhər 1 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilmə faktının müəyyən edilmə tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və 1 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0, 17 ha həyətyanı torpaq sahəsində yerləşən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla atam X6 mülkiyyətində olma fərdi yaşayış evinə onun tərəfindən mirasın qəbul edilmə faktının müəyyən edilməsinə dair qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, o, Yevlax rayon, Qoyunbinəsi kəndində X5 və atası X6 birgə mülkiyyətində olan fərdi yaşayış evində 1958-ci ildə doğulmuşdur. Evlərinin, 0.17 ha torpaq sahəsi üzərində tikilməklə hər cür şəraiti vardır. Atasının və anasının birgə nikahından o, və bir qardaşı dünyaya gəlmişdir. Qardaşı vəfat etmiş, valideynlərinin yeganə sağ qalan vərəsəsidir. Yevlax rayonu, Qoyunbinəsi kəndində 0.17 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi anası Tavat Əliyevanın və X15in mülkiyyətində olmaqla, yaşayış evi tam mülkiyyət hüququ üzrə X15in olmaqla xx.xx.2019cu il tarixində ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Eləcə də anasının adında torpağın mülkiyyət hüququna dair JN 531 saylı dövlət aktı ilə 0.55 ha torpaq sahəsi mövcuddur. X15 xx.xx.1990-cı ildə vəfat etmişdir. Həmin vaxt anası ilə birlikdə yaşayırdı. Atasını dəfn edəndən sonra uzun bir müddət evlərində anası ilə birlikdə yaşamaqla atasından qalmış mirası idarə etmişdir. Digər vərəsələrin, yəni qardaşının özünün yaşayış evi və ailəsi vardır. Bir müddət, yəni təxminən 5 il atasının ölümündən sonra evlərində yaşamışdır. Sonra isə Yevlax şəhərində bir müddət yaşamışdır. Mütəmadi olaraq anası onun yanına gəlir, ya da o, anası ilə birlikdə kəndə gedərək yaşamışdır. Ümumiyyətlə atasından qalan mirası orada yaşamaqla idarə etmişdir. Anası öldüyü günədək o, mütəmadi olaraq öz evlərinə gedib-gəlmişdir. Anası 1998-ci ilin oktyabr ayında vəfat etmişdir. Anasının vəfatından sonra həmin evdə 4 ay yaşaya bilmişdir. Qardaşı və övladları tərəfindən öz ana-ata yurdundan qovulmuşdur. Bundan sonra isə bir necə dəfə döyülməyə məruz qalmışdır. Bu barədə uzun bir müddət sarsıntı keçirmişdir. Çünki, yaxın ailə üzvlərinin aqressiyasına məruz qalmışdır. Maraqlı hal odur ki, yaşadığı evə buraxılmamışdır. Qardaşı və uşaqları ev onların olmuş kimi həmin evə onu buraxmamışlar. Halbuki, bu ev onun ata və anasının olmaqla evdə yaşamış və mirası qəbul etmişdir. Yəni 1990-cı il tarixində atası vəfat edəndən sonra, 1998-ci ilin anası rəhmətə gedəndən sonra, 1999-cu ilin marı ayına qədər ata-ana mirasında yaşamaqla, həmin əmlakı idarə etmişdir. Onu yaşadığı evə buraxmırlar, səbəbini isə anlaya bilmir. Təqdim etdiyi sənədlərdən də görünür ki atasının adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlak üzrə yaşayış evi dövlət reyestrində qeydiyyata alınıb. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun bibisidir. İddiaçının qeyd etdiyi babasına məxsus olan fərdi yaşayış evini nənəsi Tavat Əliyeva ona vəsiyyət etmişdir. İddiaçı 1976-cı ildə ailə qurduqdan sonra həmin evi tərk etmiş və bir daha o evdə daimi yaşamamışdır. Həmin evdə babası Hüseynin xx xxxxxx 1990-cı il tarixdə və nənəsi Tavatın xx xxxxxx 1998-ci il tarixdə ölümündən sonra yalnız atası Rəfail Əsədov yaşaymış, atası isə xx xxxx 2019-cu il tarixdə ölmüşdür. Hazırda orada özü ailəsi ilə birlikdə yaşayır. İdiaçının həmin evə heç bir hüququ olmadığından iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh 1 saylı Notariat Kontorunun nümayəndəsi iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 bildirmişdir ki, İddiaçı onun anasıdır. Anası atası ilə boşandıqdan sonra 1990-cı ildən Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən, nənəsi Tavata məxsus olan evdə yaşamışlar və anası Nüşabə nənəsi Tavata qulluq etmişdir. Babası Hüseyn və nənəsi Tavat öləndə həmin evdə yaşamışlar. Lakin nənəsi Tavat 1998-ci ildə öldükdən sonra dayısı Rəfail və onun oğlu Pərviz onları evdən çıxmaa məcbur etmişlər. X3 bildirmişdir ki, Cavabdeh1 onun bibisi oğludur. Tavat Əliyeva öldükdən sonra həmin evdə heç kim yaşamayıb. Qohum olduqları üçün ona təklif etmişlər ki, köçüb həmin evdə yaşasın. 1998-ci ildən 14 il ərzində ailəsi ilə həmin evdə yaşamışdır. Bu zaman İddiaçı orada yaşamamışdır. Yalnız bir dəfə qonaq gəlmiş, bir gecə qaldıqdan sonra çıxıb getmişdir. X1 bildirmişdir ki, Cavabdeh1 onun bacısı oğludur. Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən, Tavat Əliyevaya məxsus evdə 1992-ci ilin mart ayında Ağdərə rayonundan məcburi köçkün düşdüyü vaxtdan ailəsi ilə birlikdə yaşamışdır 1997-ci ilin oktyabr ayına qədər. Orada yaşadığı müddətdə İddiaçı həmin evdə yaşamamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx xxxxxxx 2020-ci tarixli məktubunda qeyd olunur ki, Yevlax rayonu Qoyunbinəsi kəndində 0,17 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 Rafael oğlunun, X5 (yalnız torpaq sahəsi ümumbirgə) və X6 (yaşayış evi tam) mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlak dövlət reyestrində qeydiyyatda alınmışdır. Yevlax şəhər 1 saylı Mənzil-Təmir-İstismar Sahəsinin xx xxxxxxxx 2020-ci il tarixli arayışında qeyd olunur ki, İddiaçı ünvan 1 A, mənzil 162 ünvanında yaşayır. AZ-İİ 099577 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1990-cı il tarixdə ölmüşdür. xx xxxx 1998-ci il tarixli vəsiyyətnamənin surəti ilə müəyyən olunur ki, Tavat Əliyeva özünə məxsus Yevlax rayonu, Qoyunbinəsi kəndinə yerləşən yaşayış evini nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. V-JQ 344765 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx xxxxxx 1998-ci il tarixdə ölmüşdür. AZ-İİ 018523 nömrəli ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X11 xx xxxx 2019-cu il tarixdə ölmüşdür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Qoyunbinəsi kəndində 0,17 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 Rafael oğlunun, X5 (yalnız torpaq sahəsi ümumbirgə) və X6 (yaşayış evi tam) mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlak dövlət reyestrində qeydiyyatda alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-110/19 nömrəli qərarının surətindən müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Rəfail Əsədova qarşı Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən Tavat Əliyevanın mülkiyyətində olmuş torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış, son məhkəmə qərarından verilmiş kassasiya şikayəti də təmin edilməmişdir. Həmin qərarda qeyd edilmişdir ki, tərəflərin izahatları və iş materialları ilə təsdiqolunmuşdur ki, Tavat Əliyevanın adına mülkiyyət hüququ üzrə qeydə alınmış torpaq sahəsində tikili mövcuddur. Həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla Tavat Əliyevaya və yaxud hər hansı digər şəxsə xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına və ya bu tikilinin dövlət mənzil fonduna aid olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. İş üzrə həmin tikiliyə dair hər hansı hüquqlarının mövcudluğu müəyyən edilməmiş, bundan başqa, iddiaçının özünün etirafı ilə də təsdiq olunmuşdur ki, o, 1985-ci ildə nikaha daxil olduqdan sonra həmin evi tərk etmiş və orada həmin vaxtdan yaşamamışdır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllə: Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti olan Yevlax rayonu Qoyunbinəsi kəndində 0,17 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 Rafael oğlunun, X5 (yalnız torpaq sahəsi ümumi birgə) və X6 (yaşayış evi tam) mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlak dövlət reyestrində qeydiyyatda alınmışdır. İddiaçı, həmin evin onun anası Tavat Əliyevaya məxsus olduğunu və sonuncu 1998ci ildə öləndən sonra həmin evdə yaşamaqla miras əmlakı qəbul etdiyini iddia edir və iddiasının təsdiqi olaraq yalnız qızı Vəfa Yusifovanın şahid ifadəsinə istinad etmişdir. Lakin, şahid Vəfa Yusifovanın ifadəsi iş üzrə digər sübutlarla təsdiqini tapmamışdır. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Rəfail Əsədova qarşı Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən Tavat Əliyevanın mülkiyyətində olmuş torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası ilə məhkəməyə müraciət etmişdir. Həmin iddiaya baxılarkən qeyd edilən zaman mübahisə predmeti olan tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, İddiaçı tikiliyə dair hər hansı hüquqlarının mövcudluğu müəyyən edilməmiş, iddiaçının özünün etirafı ilə də onun 1985ci ildə nikaha daxil olduqdan sonra həmin evdə yaşamadığı təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə baxışı zamanı ifadə vermiş şahidlərin ifadələri ilə də iddiaçının qeyd edilən dövrdə həmin evdə yaşamadığı təsdiq olunur. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçının dəlilləri mötəbər sübutlarla təsdiqini tapmır və bu səbəbdən iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh1 və Yevlax şəhər 1 saylı Notariat Kontoruna qarşı Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0, 17 ha həyətyanı torpaq sahəsində yerləşən xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla atam X6 mülkiyyətində olma fərdi yaşayış evinə onun tərəfindən mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-254/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-254/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver