Məhkəmə qərarları › İş №2(039)-255/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-255/2024

22.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-255/2024 22.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 Kooperativə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və həmin faktın təsdiqlənməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM : Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 Kooperativə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinəqarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun 18 aprel 1991-ci il tarixli iclas protokolu ilə Maraqlı şəxs2 Kooperativinin sərdi olduğu faktın təsdiqlənməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddiaya uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ərizə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən Məhkəmə şəxslərin qohumluq münasibətlərinin, şəxsin öhdədə olması faktının, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının, ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının, bədbəxt hadisə faktının, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin, atalığın etiraf olunması faktının, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi, ərizəçinin məhkəməyə müraciət etdiyi tələb qanunvericiliyin yuxarıda göstərilən normasında qeyd olunmamış, habelə sözügedən Kooperativin müvafiq sənədləri, möhürü və ştampı ərizəçinin özündə olmasına baxmayaraq müvafiq qeydiyyatın aparılması ilə bağlı aidiyyəti üzrə vergi orqanına müraciət etməmiş, yalnız 2021-ci ildə Maraqlı şəxs2 Kooperativinin üzvləri və rəhbərliyi barədə məlumat almaqla kifayətlənilmişdir. Qeyd olunan hallar və MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi xitam verdikdə xx.xx.2023-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-269cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 Kooperativə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və həmin faktın təsdiqlənməsi tələbinə dair 2(039)-255/2024 saylı mülki işin icraatına xitam verilsin. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə izah edilsin ki, maraqlı şəxslər Maraqlı şəxs2 Kooperativə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı müvafiq tələblə iddiа ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə mürаciət edə bilər. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar