Məhkəmə qərarları › İş №2(039)-257/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-257/2025

07.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-257/2025 07.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladları xx.xx.2012-ci il tarixdə X3, xx.xx.2014-cü il tarixdə X7, xx.xx.2017-ci il tarixdə X4, xx.xx.2018-ci il tarixdə X2 və xx.xx.2019-cu il tarixdə X5 Yevlax şəhərində doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Nadir Bəkirov ilə birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X15, xx.xx.2014-cü il tarixdə X20, xx.xx.2017-ci il tarixdə X16, xx.xx.2018-ci il tarixdə X11 və xx.xx.2019-cu il tarixdə X17 ev şərairtinidə anadan olmuşdur. Buna görə də hazırki tarixədək onların adına doğum haqqında şəhadətnamə alınmamışdır. Övladları doğum haqqında şəhadətnaməsinin olmaması onların gələcəkdə vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təshil alınmasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədəcəkdir. Övladlarının doğum faktının tanınması zərurəti yaranmışdır və onlara müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Maraqlı şəxsnə müraciət etsə də, onun övladının tibbi sənədi olmadan ona doğum haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olduğunu və ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 2421 №-li, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci ildə anadan olmuş X8, xx.xx.2014-cü ildə anadan olmuş X12, xx.xx.2017-ci ildə anadan olmuş X9, xx.xx.2018-ci il də anadan olmuş X6 və xx.xx.2019-cu ildə anadan olmuş X10 doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5032 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zibeydə Rəşidova, Nubar Mahmudova, Xəyalə Dovrişova, Günay Zabitova və Zərifə Hüseynovanın iştirakları ilə akt tərtib edilərək X15 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X1 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, xx.xx.2012-ci il tarixdə X15 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5029 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zibeydə Rəşidova, Nubar Mahmudova, Xəyalə Dovrişova, Günay Zabitova və Zərifə Hüseynovanın iştirakları ilə akt tərtib edilərək X20 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X1 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, xx.xx.2014-cü il tarixdə X20 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5031 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zibeydə Rəşidova, Nubar Mahmudova, Xəyalə Dovrişova, Günay Zabitova və Zərifə Hüseynovanın iştirakları ilə akt tərtib edilərək X16 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X1 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il tarixdə X16 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5028 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zibeydə Rəşidova, Nubar Mahmudova, Xəyalə Dovrişova, Günay Zabitova və Zərifə Hüseynovanın iştirakları ilə akt tərtib edilərək X11 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X1 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə X11 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5030 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zibeydə Rəşidova, Nubar Mahmudova, Xəyalə Dovrişova, Günay Zabitova və Zərifə Hüseynovanın iştirakları ilə akt tərtib edilərək X17 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X1 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə X17 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Ərizəçi xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X18 adlı uşaqları vardır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X14 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 18-1- 82/2-16/2025 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi övladları X15, X20, X16, X11 və X17 xx.xx.2024-cü il tarixdə “Təhsil müəssisələrinə daxil olma ilə bağlı müayinə” üçün Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli arayışlar Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən tərtib edilmişdir. Yevlax şəhər icra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-9-1/2-27/2025 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktını müəyyən edilməsi barədə 1 saylı inzibati ərazi dairəsinə müraciət etmişdir və X15, X20, X16, X11 və X17 barələrində məlumatlar 1 saylı nümayəndəlik tərəfindən tərtib edilmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X21 və X19 ifadələrində bildirmişdirmişlər ki, ərizəçi onların qonşusudur. Ərizəçinin yeddi uşağı olduğunun onlardan beşi Aysel, Aydə, Aysun, Gülsüm və Aygün adlı qız uşaqlarının ev şəraitində doğulduğunu və uşaqların atalarının Nadir olduğunu atalarının öldüyünü bildirmişlər. Ərizəçi xx.xx.2013-cü il təvəllüdlü X13 adlı uşağı olduğu halda onun xx.xx.2014-cü il tarixdə yəni 4 ay 8 gün müddəti olan hamiləlik zamanı X20 adlı uşağıda doğması məsələsinə münasibət bildirməmişlər. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2012-ci il tarixdə bir qız uşağı, xx.xx.2017-ci il tarixdə bir qız uşağı, xx.xx.2018-ci il tarixdə bir qız uşağı və xx.xx.2019-cu il tarixdə bir qız uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin ərizəsində göstərdiyi 4 qız uşağını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Eyni zamanda müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.2013-cü il təvəllüdlü X13 adlı uşağı olduğu halda o, xx.xx.2014-cü ildə anadan olmuş X20 adlı uşağıda doğması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 29 oktyabr 2014-cü il tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Diridoğulma meyarları”:

1. Bu meyarlar Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 550 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın 4.5.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasında diridoğulmanın beynəlxalq meyarlarının tətbiq edilməsi məqsədi ilə hazırlanmışdır və körpənin diri doğulmuş hesab edilməsi üçün meyarları müəyyən edir.

2. Körpənin doğulduğu vaxt dölün doğuş vasitəsilə ananın orqanizmindən ayrıldığı an hesab olunur.

3. Diridoğulma meyarları aşağıdakılardır: 3.1. hamiləlik müddətinin 22 həftə və daha çox olması; 3.2. doğulan zaman körpənin bədən çəkisinin 500 qram və daha çox (çoxdöllü doğuşlarda 500 qramdan az) olması; 3.3. doğulan zaman körpənin bədəninin uzunluğunun 25 sm və daha çox olması (doğulan zaman körpənin bədən çəkisi məlum olmadığı halda).

4. Diridoğulma - hamiləliyin 22 həftə və daha sonrakı müddətində çəkisi 500 qram və daha çox olan (və ya çoxdöllü doğuşlarda 500 qramdan az) və ya doğulan zaman bədən çəkisi məlum olmadıqda, körpənin bədəninin uzunluğu 25 sm və daha çox olan və diridoğulma əlamətlərindən biri (nəfəsalma, ürək döyüntüsü, göbək bağının döyüntüsü və ya göbək bağının kəsilib-kəsilməməsindən və ciftin ayrılıb-ayrılmamasından asılı olmayaraq əzələlərin ixtiyari hərəkəti) müşahidə edilən dölün doğuş vasitəsilə ananın orqanizmindən ayrılmasıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Məhkəmə qeyd edir ki, ərizəçi X20 adlı uşağın xx.xx.2014-cü il tarixdə doğulduğunu iddia etsə də, ərizəçinin xx.xx.2013-cü il təvəllüdlü X13 adlı uşağı olduğundan bu hal tibbi baxımdan, habelə Səhiyyə Nazirliyi Kollegiyasının 29 oktyabr 2014-cü il tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Diridoğulma meyarları”na uyğun gəlmir. Belə ki, sözügedən normativ aktdan da məlum olur ki, 4 ay 8 gün yəni 17 həftə hamiləlik müddətinə uşağın diri doğulması istisna edilir. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi qismən əsaslıdır və qismən təmin olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.2012-ci il tarixdə bir qız uşağını, xx.xx.2017-ci il tarixdə bir qız uşağını, xx.xx.2018-ci il tarixdə bir qız uşağını və xx.xx.2019-cu il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar