Məhkəmə qərarları › İş №2(039)-258/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-258/2025

06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-258/2025 06.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X14, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X17 23 mart 2016-cı ildə, X12 12 may 2017-ci ildə, X13 04 avqust 2018ci ildə, X11 21 oktyabr 2019-cu ildə və X15 11 aprel 2021-ci ildə Yevlax şəhərində doğulmaları faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclsında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, X25 ilə faktiki evlənmişlər, nikahlarını sonra rəsmiləşdirmişlər. Birgə həyatlarından yeddi uşaqları uşaqları doğulmuşdur. Uşaqlarından Sara 2016-cı ildə, Surayə 2017-ci ildə, Kamalə 2018-ci ildə, Rəsmiyyə 2019-cu ildə və Sevda 2021-ci ildə Yevlax şəhərində ev şəraitində doğulmuşdur. Buna görə həmin uşaqlara doğum haqqında şəhadətnamə ala bilməmişdir. Faktın müəyyən edilməsi uşaqlarına doğum haqqında şəhadətnamə alınması üçün zəruridir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X18 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qohumudur və onu uzun müddətdir ki, tanıyır. Ərizəçi ilə Ramazan Bəkirov faktiki evlənmiş və birgə həyatlarından yeddi uşaqları doğulmuşdur. Həmin uşaqlardan Sara, Surayə, Kamalə, Rəsmiyyə və Sevda adlı uşaqlar ev şəraitində doğulmuşdur. Həmin uşaqlara doğum haqqında şəhadətnamə alınmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X29 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur və onu uzun müddətdir ki, tanıyır. Ərizəçi ilə Ramazan Bəkirov faktiki evlənmiş və birgə həyatlarından yeddi uşaqları doğulmuşdur. Həmin uşaqlardan Sara, Surayə, Kamalə, Rəsmiyyə və Sevda adlı uşaqlar ev şəraitində doğulmuşdur. Həmin uşaqlara doğum haqqında şəhadətnamə alınmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X10 şəhəri Ü.Hacıbəyov küçəsi 144 saylı ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X7 şəhəri Ü.Hacıbəyov küçəsi 144 saylı ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X8 şəhəri Ü.Hacıbəyov küçəsi 144 saylı ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X5 şəhəri Ü.Hacıbəyov küçəsi 144 saylı ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X9 şəhəri Ü.Hacıbəyov küçəsi 144 saylı ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan 23 mart 2016-cı il təvəllüdlü X6. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan 12 may 2017-ci il təvəllüdlü X2. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan 04 avqust 2018-ci il təvəllüdlü X3. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan 21 oktyabr 2019-cu il təvəllüdlü X1. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan 11 aprel 2021-ci il təvəllüdlü X4. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2016-ci ildə doğulmuş X17, xx.xx.2017-ci ildə doğulmuş X12, xx.xx.2018-ci ildə doğulmuş X13, xx.xx.2019-cu ildə doğulmuş X11 və xx.xx.2021-ci ildə doğulmuş X15 doğumunu təsdiq edən sənədlər olmadığından həmin şöbədə doğumun qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu ona izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi Yevlax şəhərində ev şəraitində 2016-cı ildə bir qız uşağı, 2017-ci ildə bir qız uşağı, 2018-ci ildə bir qız uşağı, 2019-cu ildə bir qız uşağı və 2021-ci ildə bir qız uşağı doğmuşdur. Həmin uşaqlar ev şəraitində doğulduğundan onların barəsində doğum akt qeydi aparılmamış və həmin uşaqlara doğum haqqında şəhadətnamə verilməmişdir. Doğum haqqında şəhadətnamənin verilməsi üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin doğumu təsdiq edən sənədlər olmadığından həmin şöbə tərəfindən doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə uşaqlarına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Yevlax şəhərində ev şəraitində 2016-cı ildə bir qız uşağı, 2017-ci ildə bir qız uşağı, 2018-ci ildə bir qız uşağı, 2019-cu ildə bir qız uşağı və 2021-ci idə bir qız uşağı doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar