Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-259/2021 01.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, cavabdeh Yevlax şəhəri 1 saylı Mənzil Təmir İstismar Sahəsinin rəisi Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Yevlax şəhəri 1 saylı Mənzil Təmir İstismar Sahəsinə qarşı “məcburi proqul müddəti üçün əmək haqqının ödənilməsi, ödənilməmiş əmək haqqı borcunun və son haqq-hesab pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yevlax şəhəri 1 saylı Mənzil Təmir İstismar Sahəsinə qarşı “məcburi proqul müddəti üçün əmək haqqının ödənilməsi, ödənilməmiş əmək haqqı borcunun və son haqq-hesab pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 5 ay 15 günü əhatə edən məcburi iş buraxma müddəti üçün ödənilməli olan 1162,37 manat əmək haqqının, istifadə etmədiyi 19 illik məzuniyyət pulu olaraq 3910 manat pulun və ödənilməmiş 4335 manat əmək haqqının Yevlax şəhəri 1 saylı Mənzil Təmir İstismar Sahəsindən onun xeyrinə tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbinin həcmi azadılmışdır.) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2001-ci il Yevlax şəhəri 1 saylı Mənzil Təmir İstismar Sahəsində qeydiyyatçı, 31 oktyabr 2008-ci ildən isə mühasib işləmişdir. İşlədiyi müddətdə üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmiş və heç bir töhmət və xəbərdarlıq almamışdır. xx.xx.2020-ci il tarixdə çalışdığı 1 saylı Mənzil Təmir İstismar Sahəsinin rəisi Cavabdeh onu idarəyə çağırıb bildirmişdir ki, sənədləri ona təhvil-təslim etsin. Eyni zamanda ona bildirmişdir ki, pensiya yaşına çatdığı üçün işdən çıxmalıdır. Onun 65 yaşı xx.xx.2020-ci il tarixdə tamam olurdu və onun pensiya yaşına çatmasına 5 ay qalmışdır. Buna baxmayaraq o, ərizə yazaraq işdən azad edilməsini xahiş etmişdir. Lakin o, hesab edir ki, onun işdən çıxarılması qanuni olmamışdır. O, yenidən işə bərpa olunmasını istəməsə də, işdən çıxarıldığı müddətdən pensiya yaşı tamam olan müddətək ona məcburi iş buraxmaya görə haqq ödənilməlidir. Eyni zamanda o, işlədiyi müddət ərzində əmək məzuniyyətinə buraxılmamışdır. Bu səbəbdən işəgötürən tərəfindən ona 3910 manat haqq ödənilməlidir. İşlədiyi müddət ərzində əmək haqqısı ona tam olaraq ödənilməmiş və 2012-2018-ci illərdə ona 4335 manat məbləğində ödənilməmiş əmək haqqı borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Yevlax şəhəri 1 saylı Mənzil Təmir İstismar Sahəsinin rəisi Cavabdeh iddia tələbini qəbul etdiyini, iddiaçıya ödənilməyən məzuniyyət pulunu və əmək haqqını müəssisənin imkanı olduqca ödəyəcəyini bildirərək, məhkəmədən qanuni qərar qəbul etməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 Xidməti Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, işəgötürən- 1 saylı Mənzil Təmir İstismar Sahəsinin rəisi Cavabdeh tərəfindən İddiaçı işdən çıxırılması zamanı işəgötürən tərəfindən müəyyən qanun pozuntularına yol verilmiş və cavabdehin şikayəti əsasında araşdırılma apararkən bu pozuntular müəyyən edilərək işəgötürən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə protokol tərtib olunmuş və işəgötürən Cavabdeh 700 manat cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Yevlax şəhəri 1 saylı Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 48 saylı əmrinin surətindən görünür ki, İddiaçı öz ərizəsi əsasən işdən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsinə əsas Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndi olmuşdur. Yevlax şəhəri 1 saylı Mənzil Təmir İstismar Sahəsinin məktubdan görünür ki, İddiaçı İmran qızı xx.xx.2001-ci ildə əmək müqaviləsi bağlanaraq işə qəbul olunmuş, xx.xx.2020ci ildə öz ərizəsi əsasında işdən azad edilmişdir. Əmək məzuniyyətindən işlədiyi müddətdə istifadə etməmişdir. Müəssisənin İddiaçı İmran qızına, mühasibatlıq sənədlərin əsasında olan borcu 4335,91 manatdır. 2001-2010-cu ilə qədər idarəyə aid olan sənədlər arxivə verilmişdir. 2017-ci il avqust ayından 2020-ci ilin aprel ayına qədər əmək haqqı ilə təmin olunmuşdur. 2010-2018-ci ilə qədər almadığı əmək haqqı məbləği 3754,85 manatdır. 581,06 manat əmək haqqı isə 2010-cu ilə qədər arxivə verilmiş sənədlərdə göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Mülki işin materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı xx.xx.2011-ci ildən xx.xx.2020-ci ilədək Yevlax şəhəri 1 saylı Mənzil Təmir İstismar Sahəsində müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi müddət ərzində iddiaçı əmək məzuniyyətinə buraxılmamış, bununla bağlı işçiyə hər hansı kompensasiya ödənilməmişdir. Eyni zamanda iddiaçının 2012-2018-ci illər üçün ödənilməmiş əmək haqqı borcu yaranmışdır. Müəyyən edilmiş hallar cavabdeh tərəfindən mübahisələndirilməmiş və cavabdeh ödənilməmiş əmək haqqının və istifadə olunmayan əmək məzuniyyətinə görə ödənilməli olan pulun tutulması hissəsi ilə bağlı iddia tələbini qəbul etdiyini bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “ödənilməmiş 19 illik məzuniyyət pulu olaraq 3910 manat pulun və ödənilməmiş 4335 manat əmək haqqının tutulması” hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin “məcburi iş buraxma müddəti üçün ödənilməli olan 1162,37 manat əmək haqqının” ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. İşin hallarında görünür ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş xx.xx.2020-ci il tarixli əmri mübahisələndirilmir və işə bərpa olunmasını istəmir. Qeyd olunan normanın tələbinə görə isə məcburi iş buraxma müddəti üçün əmək haqqı işçi vəzifəsinə bərpa edildiyi halda mümkündür. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddia tələbi əsassızdır və təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3910 manat məzuniyyət pulu və 4335 manat əmək haqqı cavabdeh Yevlax şəhəri 1 saylı Mənzil Təmir İstismar Sahəsindən İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-259/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-259/2021
01.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver