Məhkəmə qərarları › İş №2(039)-259/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-259/2025

28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-259/2025 28.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Yevlax Rayon Qeydiyat Şöbəsinin rəisi vəzifəsini icra edən X3 iştirakları ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladları xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X5 doğum faktının müəyyən edilməsi barədəd qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, ilə hər ikisi ər-arvad olmaqla ünvan 1 ünvanında yaşayır. Rəsmi nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X14 adlı üç övladları dünyaya gəlmişdir. Övladları ev şəraitində dünyaya gəldiyindən heç bir sənədlərini qeydiyyat şöbəsində ala bilmir. Övladlarının anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. X1, X6 və X14 ev şəraitində anadan olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Yevlax Rayon Qeydiyat Şöbəsinin rəisi vəzifəsini icra edən X8 qanunamüvafiq məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 2813 №-li, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə anadan olmuş X10, xx.xx.2020-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X14 doğumlarını təsdiq edən sənədlərin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizələrinin təmin edilməsi mümkün deyildir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5409 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zibeydə Rəşidova, Günel Məmmədova, Nubar Mahmudova, Ərizəçi və Nazilə Əliyevanın iştirakları ilə akt tərtib edilərək X10 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X7 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il tarixdə X10 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5408 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zibeydə Rəşidova, Günel Məmmədova, Nubar Mahmudova, Ərizəçi və Nazilə Əliyevanın iştirakları ilə akt tərtib edilərək X6 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X7 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2010-ci il tarixdə X6 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5407 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zibeydə Rəşidova, Günel Məmmədova, Nubar Mahmudova, Ərizəçi və Nazilə Əliyevanın iştirakları ilə akt tərtib edilərək X14 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X7 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə X14 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Ərizəçi xx.xx.2002-ci il təvəllüdlü X15, xx.xx.2004-cü il təvəllüdlü X16, xx.xx.2007-ci il təvəllüdlü X17, xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X12 adlı uşaqları vardır. Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 18-1- 82/2-75/2025 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi X1, X6 və X14 xx.xx.2024-cü il tarixdə “Təhsil müəssisələrinə daxil olma ilə bağlı müayinə” üçün Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli arayışlar Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən tərtib edilmişdir. Yevlax şəhər icra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-9-1/2-37/2025 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktını müəyyən edilməsi barədə 1 saylı inzibati ərazi dairəsinə müraciət etmişdir X10, X6 və X14 barələrində məlumatlar 1 saylı nümayəndəlik tərəfindən tərtib edilmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X9 və Məmmədova Samirə Vəkil qızı ifadələrində bildirmişdirlər ki, ərizəçi onların qonşusudur. Ərizəçinin ümumilikdə yeddi uşağı olduğunu, onlardan üçünün Sevda, Mətanət və Maya adlı qız uşaqlarının ev şəraitində doğulduğunu və uşaqların atalarının Elçin olduğunu bildirmişlər. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2017-ci il tarixdə bir qız uşağı, xx.xx.2020-ci il tarixdə bir qız uşağı və xx.xx.2022-ci il tarixdə bir qız uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşaqlarını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2017-ci il tarixdə bir qız uşağını, xx.xx.2020-ci il tarixdə bir qız uşağını və xx.xx.2022-ci il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar