Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-26/2024 06.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X1, X3, X2 və Cavabdeh4 qızına qarşı “mülkiyyəti altında olan 0.18 ha yaşayış məntəqələrinin torpaqlarından məhdud (piyada gediş–gəliş yolu) istifadə hüququ (servitit hüququ) saxlanılmaqla digər torpaq sahələrindən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən mülkiyyət hüquqlarının təsbit edildiyi, Yevlax rayonu, Hacıselli kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsindən yaşayış məntəqələrinin torpaqlarından cavabdehlərə məhdud piyada gediş-gəliş yolu üçün istifadə hüququ (servitit hüququ) saxlanılmaqla digər torpaq sahələrindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək, iddia tələbinin baxılmamış saxlamaqla iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamş saxlanılmalı və bu səbəbdən xx.xx.2023-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; İddia ərizəsi baxılmamış saxlanlanıldığından ödənilmiş dövlət rüsumu olaraq iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 114.1.5, 259.0.6, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X1, X3, X2 və Cavabdeh4 qızına qarşı “mülkiyyəti altında olan 0.18 ha yaşayış məntəqələrinin torpaqlarından məhdud (piyada gediş–gəliş yolu) istifadə hüququ (servitit hüququ) saxlanılmaqla digər torpaq sahələrindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-26/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-26/2024
06.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver