Məhkəmə qərarları › İş №2(039)-261/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-261/2024

20.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-261/2024 20.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi “qohumluq münasibəti faktının təstiq edilməsinə” dair ərizəsinə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qeyd etməklə “qohumluq münasibəti faktının edilməsinə” dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1941-ci il tarixdə anadan olmuş bacısı X11 onun doğma bacısı və xx.xx.1946-cı il tarixdə anadan olmuş qardaşı X12 onun doğma qardaşı olması yəni hər iki şəxsin onunla qohumluq münasibəti faktının təstiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, Respublikada torpaq islahatı gedən zaman, onun ailə üzvülərinə X1, bacısı X18, qardaşı X14 Yevlax rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 nömrəli Qərarı ilə 2.26 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair, adları qeyd edilən şəxslərin mülkiyyət hüququ JN 0002 saylı 90107058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən təsbit edilmişdir. X1 24 dekabr 2006-cı il tarixdə, bacısı X18 04 fevral 2001ci il tarixdə, qardaşı X19 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X25 və bacısı Hüseynova Sona heç vaxt ailə həyatı qurmamış, vəfat edərkən subay olmuşlar. Onun bacısı X13 və qardaşı X12 qanun üzrə birinci növbəli vərəsələri yoxdur. Özü onların hər birinin qanun üzrə ikinci növbəli vərəsəsidir və onlardan miras qalmış yuxarıda qeyd edilən-daşınmaz əmlakı, kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, miras əmlakı qəbul etmiş və həmin əmlakı hal- hazıradək faktiki olaraq idarə edir və həmin əmlak onun sahibliyindədir. JN 0002 saylı 90107058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən 2.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüquqları təsbit edilmiş X1, bacısı X18 və qardaşı X8 miras qalmış qeyd edilən daşınmaz əmlaka ona qanun üzrə vərəsəlik işı açılması üçün sənədləri toplayan zaman, bacısı X18 və qardaşı X12 doğum akt qeydləri yoxluğu məlum olmuş, bununla bağlı Maraqlı şəxs 10 fevral 2023-cü il tarixli 05/70.345 №li və 10 fevral 2023-cü il tarixli 05/70-344№li arayışlar vermişdir. O, 01 iyul 1941-ci il tarixdə anadan olmuş bacısı X18 ilə və 01 iyul 1946-cı il tarixdə anadan olmuş qardaşı X19 ilə onunla qohumluq münasibəti faktının yəni Sona Hüseynova ilə doğma bacı-qardaş, Vaqif Hüseynovla doğma qardaş olmağına dair faktın məhkəmə qaydasında təstiq olunmasını istəyir. X21 və X25dan miras qalmış Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vərəsəlik işi açılması ilə bağlıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun vəkili Vəkil ərizədə qeyd olunanlara uyğun eyni məzmunlu izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 345 №-li, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mərhum bacısı X13 doğum haqqında akt qeydinin bərpası üçün müvafiq sənədlər Qeydiyyat şöbəsinə daxil olmadığına görə bacısının doğumunu bərpa etmək Maraqlı şəxs səlahiyyətində daxil deyildir. Məhkəmə müraciət etmək hüququ izah olunmuşdur. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 344 №-li, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mərhum bacısı X9 doğum haqqında akt qeydinin bərpası üçün müvafiq sənədlər Qeydiyyat şöbəsinə daxil olmadığına görə qardaşının doğumunu bərpa etmək Maraqlı şəxs səlahiyyətində daxil deyildir. Məhkəmə müraciət etmək hüququ izah olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, xx.xx.1941-ci il tarixdə anadan olmuş X13 doğumu haqqında məlumatın müəyyən ediləməsi məqsədilə Maraqlı şəxs ilkin və bərpa aktı qeydləri üzrə arxivində habelə “Vətəndaşlıq vəziyyət aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. xx.xx.1941-ci il təvəllüdlü X2 və onun nikah bağlanmasına mane olan hallar mövcud deyildir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, xx.xx.1946-cı il tarixdə anadan olmuş X12 doğumu haqqında məlumatın müəyyən ediləməsi məqsədilə Maraqlı şəxs ilkin və bərpa aktı qeydləri üzrə arxivində habelə “Vətəndaşlıq vəziyyət aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. xx.xx.1946-cı il təvəllüdlü X3 və onun nikah bağlanmasına mane olan hallar mövcud deyildir. AZ-İİ seriyalı 282997 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2022-ci il tarixdə ölmüşdür. AZ-İ seriyalı 227556 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2006-ci il tarixdə ölmüşdür. JN-0002 KOD 90107058 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X4, X15 və X14 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 32 saylı qərarı ilə Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,26 ha torpaq sahəsi verilmişdir. Yevlax rayonu, Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən də Yevlax rayonu Hacımahmudlu kəndində yaşayır. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayon Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin (Hacımahmudlu kəndi üzrə) 2001-2005-ci illərə dair 07 saylı təsərrüfatbaşına kitabının 34-cü səhifəsinin 498 saylı qeydində X12 doğum tarixi xx.xx.1946-cı il yazılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayon Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin (Hacımahmudlu kəndi üzrə) 2001-2005-ci illərə dair 07 saylı təsərrüfatbaşına kitabının 34-cü səhifəsinin 498 saylı qeydində X13 doğum tarixli 1941-ci il yazılmışdır. Yevlax rayonu Qaraməmmədli kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi atası X20 anası X5r. Yevlax Rayon Məhkəməsinin 2(039)-147/2020 saylı, xx.xx.20220-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1946-ci ildə Yevlax rayonu Hacımahmudlu kəndində anadan olmuş, Yevlax rayonu Hacımahmudlu kəndində qeydiyyatda olan və yaşayan X19 fəaliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. JN-044F KOD 90107058 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X6, X15, X14 və Ərizəçi Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 20 saylı qərarı ilə Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı 0,30 ha torpaq sahəsi verilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 59 saylı, xx.xx.2020-ci il tarixli sərəncamından görünür ki, Yevlax rayonu Hacımahmudlu kəndində yaşayan Ərizəçi ərizəsi nəzərə alınsın. O, xəstə, İ-ci qrup əlil Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabliyyəti olmayan hesab edilmiş qardaşı xx.xx.1946-ci ildə anadan olmuş X12 üzərində qəyyum təyin edilmiş, qəyyum təyin edilmiş Ərizəçi qəyyumluğa götürülmüş qardaşı X19 ilə birgə yaşamaqla onun hüquq və mənafeyinin müdafiə edilməsini, hərəkətlərinin nəzərətdə saxlanılmasını təmin edilməsi tapşırılsın. Ona izah edilsin ki, qəyyumluqda ona Vaqif Hüseynovun saxlanılmasına, baxılmasına, müalicəsinin təmin edilməsinə və qayğısına qalmağa, hüquq və mənafelərini qorumağa borcludur. Qəyyumluq və himayəcilik orqanının qabaqcadan icazəsini almadan onun əmlakının özgəninkiləşdirilməsinə, o, cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri bağlaya bilməz, onların bağlanmasına razılıq verə bilməz. Şəhər İcra Hakimiyyəti Başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi sərəncamın nüsxəsini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə göndərilməsini təmin etməsinin qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 və X10 izahatlarında müvafiq olaraq ərizəçinin əmisi oğlu və qonşusu olduqlarını, mərhum Sona Hüseynovanın və Vaqif Hüseynovun ərizəçinin bacı və qardaşı olduqlarını və ölənədək onun himayəsində yaşadıqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları miras qoyanın ikinci növbə vərəsələri sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mərhum X18 və mərhum X19 Ərizəçi müvafiq olaraq bacısı və qardaşıdır. Sona Hüseynovanın və Vaqif Hüseynovun adlarına Yevlax rayonu Hacımahmudlu kəndində həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin mərhum şəxslər ərizəçinin bacı və qardaşdır. Ərizəçi miras qalmış əmlaka vərəsəlik işi açdırmaq istəsə də, qohumluq faktını müəyyən edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi “qohumluq münasibətləri faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi əsaslıdır və mərhum X13 və mərhum X12 Ərizəçi müvafiq olaraq bacısı və qardaşı olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2001-ci il tarixdə ölmüş mərhum X13 və xx.xx.2022-ci il tarixdə ölmüş mərhum X12 Ərizəçi müvafiq olaraq bacısı və qardaşı olması faktı müəyyən müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar