Məhkəmə qərarları › İş №2(039)-2650/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2650/2023

15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2650/2023 15.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, övladları X8 08 yanvar 2016-cı il tarixdə, X9 11 fevral 2017ci il tarixdə, X6 19 iyul 2017-ci il tarixdə, X10 04 dekabr 2020-ci il tarixdə və X7 28 iyun 2022-ci il tarixdə Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, o, Rəşad adlı şəxslə faktiki ailə qurmuşdur. Birgə nikahlarından 08 yanvar 2016-cı il tarixdə X13, 11 fevral 2017-ci il tarixdə X14, 19 iyul 2017-ci il tarixdə X11, 04 dekabr 2020-ci il tarixdə X15 və 28 iyun 2022-ci il tarixdə X12 adlı ev şəraitində uşaqları olmuşdur. Lakin onlara doğum haqqında şəhadətnamə alınmamışdır. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçi Rəşadla el adəti ilə ailə qurmuşdur. Onların birgə yaşayışlarından beş uşaqları olmuşdur. Uşaqlar ev şəraitində olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin Rəşadlə birgə yaşayışlarından ev şəraitində beş uşaqları olmuşdur. Məhkəmə ərizəçinin və şahidin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli 2919 saylı məktubdan məlum olur ki, Ərizəçi övladlarının doğumu haqqında tibbi şəhadətnaməsi təqdim edildikdən sonra doğum haqqında şəhadətnamə verilə bilər. Əks halda məhkəməyə müraciət edə bilər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan məlum olur ki, X15 həkim müayinəsində olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər icra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə İnzibati dairəsi üzrə nümayəndəliyinin 03 noyabr 2023-cü il tarixli 6718 saylı aktından məlum olur ki, X3 şəhəri, C.Kərimov küçəsi ev 134 saylı ünvanda yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan məlum olur ki, X14 həkim müayinəsində olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər icra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə İnzibati dairəsi üzrə nümayəndəliyinin 03 noyabr 2023-cü il tarixli 6716 saylı aktından məlum olur ki, X4 şəhəri, C.Kərimov küçəsi ev 134 saylı ünvanda yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan məlum olur ki, X13 həkim müayinəsində olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər icra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə İnzibati dairəsi üzrə nümayəndəliyinin 03 noyabr 2023-cü il tarixli 6715 saylı aktından məlum olur ki, X5 şəhəri, C.Kərimov küçəsi ev 134 saylı ünvanda yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan məlum olur ki, X11 həkim müayinəsində olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər icra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə İnzibati dairəsi üzrə nümayəndəliyinin 03 noyabr 2023-cü il tarixli 6717 saylı aktından məlum olur ki, X1 şəhəri, C.Kərimov küçəsi ev 134 saylı ünvanda yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan məlum olur ki, X12 həkim müayinəsində olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər icra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə İnzibati dairəsi üzrə nümayəndəliyinin 03 noyabr 2023-cü il tarixli 6714 saylı aktından məlum olur ki, X2 şəhəri, C.Kərimov küçəsi ev 134 saylı ünvanda yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Beləliklə, məhkəmədə aydın olur ki, Ərizəçi qeyri rəsmi olaraq ailə qurmuşdur. Birgə yaşayışlarından olmuş uşaqları ev şəraitində olmuşlar. Müvafiq Dövlət orqanına müraciət olunaraq lazımi sənədlər alınmamışdır. Bu səbəbdən ərizəçi qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi 08 yanvar 2016cı il tarixdə bir qız, 11 fevral 2017-ci il tarixdə bir qız, 19 iyul 2017-ci il tarixdə bir qız, 04 dekabr 2020-ci il tarixdə bir qız və 28 iyun 2022-ci il tarixdə bir qız uşağının doğması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 08 yanvar 2016-cı il tarixdə bir qız, 11 fevral 2017-ci il tarixdə bir qız, 19 iyul 2017-ci il tarixdə bir , 04 dekabr 2020-ci il tarixdə bir qız və 28 iyun 2022-ci il tarixdə bir qız uşağının doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar