Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2694/2021 28.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2nın iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,, müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək onun Yevlax rayonu Tanrıqulular kəndində yerləşən cavabdehlərin yaşadığı fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh1 və Cavabdeh2 iclas zamanı iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən, müəyyən edilmişdir ki, ərizəçi Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna riayət etmədən məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Məhkəmə hesab edir ki, hazırkı iddia ailə münasibətlərindən irəli gəldiyindən və iddiaçı, Mülki Prosessual Məcəllənin 149.2.4-1 maddəsinin tələblərinə riayət etmədən məhkəməyə müraciət etsə də, bu müddətdə qeyd edilən nöqsanı aradan qaldırmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçı izah edilməlidir ki, Mülki Prosessual Məcəllənin 149 maddəsinin tələblərinə riayət etməklə iddia ərizəsi ilə cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları var. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.12, 264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2694/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2694/2021
28.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver