Məhkəmə qərarları › İş №2(039)-27/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-27/2024

12.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-27/2024 12.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Hakim köməkçisi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh3 qızının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına və maraqlı şəxs Yevlax rayon Salahlı Bələdiyyəsinə qarşı «cavabdehlərin ona məxsus olan torpaq sahəsindən çıxarılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına və maraqlı şəxs Yevlax rayon Salahlı Bələdiyyəsinə qarşı «cavabdehlərin ona məxsus olan torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 aprel 2022-ci il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun icarəsinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 3.2445 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 29 aprel 2022-ci il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun icarəsinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 2.866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının və digərlərinin çıxarılması, həmin torpaq sahəsindən istifadə etməyinə cavabdehlər və digər şəxslər törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, 27 aprel 2022-ci il tarixli « hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun icarəsinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 3.2445 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 29 aprel 2022-ci il tarixli « hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun icarəsinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 2.866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının və digərlərinin çıxarılması, həmin torpaq sahəsindən istifadə etməyinə cavabdehlər və digər şəxslər törədilən maneələrin aradan qaldırılması, həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızından mütəxəsis rəyinin verilməsi üçün ödənilmiş 380 manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun və vəkilə xidmət haqqı kimi ödənilmiş 400 manat məbləğində pulun, cəmi 880 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax rayonu, Salahlı kəndində yerləşən torpaq sahəsi icarə hüququ əsasında iddiaçıya məxsudur. Cavabdehlər həmin torpağı zəbrt etmişlər və qanunsuz olaraq istifadə edirlər. Bununla bağlı mütəxəssis və ekspert rəyi vardır. Həmçinin iddiaçı ödənilmiş məhkəmə xərcələrinin də cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Cavabdeh3 qızının nümayəndəsi və vəkili Vəkil2 məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Yevlax rayon Salahlı Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Yevlax rayon Salahlı Bələdiyyəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 sentyabr 2021-ci il tarixli icarə müqaviləsindən məlum olur ki, Yevlax rayonu Salahlı Bələdiyyəsi tərəfindən 3.2445 ha torpaq sahəsin İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 sentyabr 2021-ci il tarixli icarə müqaviləsindən məlum olur ki, Yevlax rayonu Salahlı Bələdiyyəsi tərəfindən 2.866 ha torpaq sahəsin İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 27 aprel 2022-ci il tarixli çıxarışdan məlum olur ki, İddiaçı Əblfət qızının Yevlax rayonu, Salhalı kəndi ərazisində icarə hüququ əsasında mülkiyyətində 3.2445 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 29 aprel 2022-ci il tarixli çıxarışdan məlum olur ki, İddiaçı Əblfət qızının Yevlax rayonu, Salhalı kəndi ərazisində icarə hüququ əsasında mülkiyyətində 2.866 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, İddiaçı mütəxəssis rəyinin verilməsi üçün 380 manat ödəniş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 iyun 2023-cü il tarixli 3- 21-3-35/2-2189/2023 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, Yevlax rayonu, Salahlı kəndi ərazisində yerləşən iddiaçıya **********6 reyestr nömrəli çıxarışla və **********55 reyestr nömrəli çıxarışla icarəyə verilmiş 6.1 ha torpaq sahəsi naturada cavabdehlər tərəfindən istifadə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 10/6088 saylı ekspert rəyindən görünür ki, Yevlax rayonu, Salahlı kəndi ərazisində yerləşən iddiaçıya **********6 reyestr nömrəli çıxarışla və **********55 reyestr nömrəli çıxarışla icarəyə verilmiş 6.1 ha torpaq sahəsi naturada cavabdehlər tərəfindən istifadə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 02 fevral 2023-cü il tarixli 26 saylı müqavilədən görünür ki, İddiaçı ilə Yevlax şəhər Vəkil Bürosu arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və Vəkil1 400 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2-1(116)-1054/2024 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh3 qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “üçüncü şəxs İddiaçı verilmiş 27 aprel 2022-ci il tarixli və 29 aprel 2022-ci il tarixli çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********6 reyestr nömrəli və **********55 reyestr nömrəli çıxarışlarla icarəyə verilmiş 6.1 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsini cavabdehlər faktiki olaraq qanuni əsas olmadan istifadə edirlər və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Ona görə də məhkəmə hesab edir ki, **********6 reyestr nömrəli çıxarışla və **********55 reyestr nömrəli çıxarışla icarəyə verilmiş cəmi 6.1 ha torpaq sahəsindən cavabdeh çıxarılmalıdılar. İddiaçıya torpaqdan istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Cavabdehlərdən 100 manat dövlət rüsumu, 380 manat mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş pul və 400 manat vəkil xidməti haqqı tutularaq iddiaçıya ödənilməlidir. İddianın torpaq sahəsindən digər şəxslərin çıxarılması və digər şəxslərə torpaqdan istifadəyə törədilən maneələrin aradan qaldırılması hissəsi həmin şəxslərin kimliyi məlum olmadığından rədd edilməlidir. Cavabdeh3 qızıdan 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Torpaq sahəsi ilə bağlı müqaisəli tədqiqat mövcud deyil. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 27 aprel 2022-ci il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 3.2445 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 29 aprel 2022-ci il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 2.866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızı çıxarılsınlar. 27 aprel 2022-ci il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 3.2445 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 29 aprel 2022-ci il tarixli «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Yevlax rayonu Salahlı kəndində yerləşən 2.866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı istifadə etməyinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızından məhkəmə xərci olan cəmi 880 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh3 qızından 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar