Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-271/2021 09.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxsn qeyd etməklə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxx 2013-cü il tarixdə bir qız, xx xxxx 2014-cü il tarixdə bir oğlan, xx xxxxxx 2015-ci il tarixdə bir qız, xx xxxxx 2016-cı il tarixdə bir qız, xx xxxx 2017-ci il tarixdə bir qız və xx xxxx 2018-ci il tarixdə bir oğlan uşaqlarının Yevlax şəhərində anadan olmaları, atalarının X1 və analarının Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Mülki Prossesual Məcəllə: Maddə 259.0.6. işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflər iclasa gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-271/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-271/2021
09.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver