Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-275/2020 14.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının” müəyyən edilməsinə tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, onun xx xxxxx 1994-cü il tarixdə Yevlax rayonu Xanabad kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (ərizə dəqiqləşdirilmişdir). Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, xx xxxxx 1994-cü il tarixdə Yevlax rayonu Xaldan kəndində anadan olmuşdur, soyadı Elmiyeva, adı Günel, atasının adı Əfəndidir. X1, anası X2r. xx xxxx 2017-ci il tarixdə Məmmədov Röyal Zeynalabdin oğlu ilə nikah bağlamaqla ailə qurub evlənmiş və Məmmədova soyadını qəbul etmişdir. O, anadan olduqdan sonra Yevlax rayonu Aşağı Bucaq kənd İcra nümayəndəliyi tərəfindən ona doğum haqqında şəhadətnamə yazılmış, lakin doğum haqqında şəhadətnaməni itirmişdir. Hazırda hamilə olduğuna görə yeni uşağının dünyaya gəlməsi ilə əlaqədar olaraq xəstəxana tərəfindən doğum haqqında şəhadətnamə tələb olunur. Bu səbəbdən ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamənin verilməsindən ərizəçiyə imtina edilmişdir. Ərizəçi də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3089 saylı, xx.xx.2018-cu il tarixli məktubda qeyd edilir ki, doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan AZE seriyalı 16408573 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxxxx 1994-cü ildə Yevlax rayonu Xanabad kəndində anadan olub. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2017 -ci il tarixdə verilmiş AZ-İİ seriyalı 175935 №li nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Məmmədov Röyal Zeynalabdin oğlu ilə X7 arasında bağlanmış nikah Maraqlı şəxsndə 2017-ci ilin fevral ayının 14-cü günündə akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxx 1994-cü ildə anadan olub. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı 474886 №li nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 ilə X4 arasında bağlanmış nikah Yevlax rayonu Bucaq kənd sovetliyində 1988-ci ilin dekabr ayının 14-cü günündə akt qeydləri kitabında 56 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Elmiyev, arvada isə Elmiyeva soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 və X5 ifadələrində göstərmişlər ki, ərizəçi onların qızıdır. Ərizəçi xx xxxxx 1994-cü il tarixdə Yevlax rayonu Xanabad kəndində anadan olmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçinin xx xxxxx 1994-cü il tarixdə Yevlax rayonu Xanabad kəndində doğulması faktı qeydiyyat orqanında qeyd edilmiş, ərizəçinin doğum haqqında şəhadətnaməsi əsasında ona şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin, ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və “vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat informasiya sistemində ərizəçinin doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəçi yeni “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq edilən sübutlarin məcmusu təsdiq edir ki, ərizəçinin, atasının X3 və anasının X5 olmaqla xx xxxxx 1994-cü il tarixdə Yevlax rayonu Xanabad kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi, atasının X3 və anasının X5 olmaqla xx xxxxx 1994-cü il tarixdə Yevlax rayonu Xanabad kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Bu qətnamə yenidən doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-275/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-275/2020
14.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver