Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-275/2022 16.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili X2 Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «ümumi birgə mülkiyyətdə olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə müəyyən edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «ümumi birgə mülkiyyətdə olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 15 iyul 2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan ******* nömrəli çıxarışa əsasən Yevlax rayonu Salahlı kəndində yerləşən 0.1749 ha ölşüdə yaşayış məntəqələrinin torpaqlarının onun, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və vəfat etmiş digər üç nəfər şəxsin – X11, X5 və X6 münasibətdə hər birinin paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdiriılməsi barədə ərizə ünvanlayaraq, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 15 iyul 2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan ******* nömrəli çıxarışa əsasən Yevlax rayonu Salahlı kəndində yerləşən 0.1749 ha ölşüdə yaşayış məntəqələrinin torpaqlarının onun payının 1/7 hissədə müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax rayonu, Salahlı kəndində onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi var. Lakin həmin torpaq sahəsindən istifadə edə bilmir. Hazırda həmin 0.1749 ha torpaq sahəsindən payının müəyyən edilməsini istəyir. Lakin məhkəmədən kənar məsələnin həll edilməsinə cavabdehlər razı olmamışlar. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X8 iddia tələbini müdafiə edərək izah etdi ki, tərəflərin Yevlax rayonu, Salahlı kəndində 0.1749 ha ölşüdə yaşayış məntəqələri təyinatlı birgə mülkiyyətinə verilmiş torpaq sahəsi var. Hazırda iddiaçı həmin 0.1749 ha torpaq sahəsindən iddiaçının payının müəyyən edilməsini istəyir. İddiaçı vəkili X8 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul edərək izah etdi ki, onların birgə mülkiyyəli torpaq sahəsi var. Həmin torpaq sahəsinin çıxarışı da var. Həmin torpaqda payının müəyyən edilməsinə etiraz etmir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 15 iyul 2015-ci il tarixli çıxarışın surətindən məlum olur ki, İddiaçı, X7, X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 ümumi birgə paylı 0.1749 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 19 may 2015-ci il tarixli AZ-l 734990 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X11 16 noyabr 2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 19 may 2015-ci il tarixli AZ-l 734991 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 29 fevral 2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 mart 2016-cı il tarixli AZ-l 770766 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, Xəlilov Nihad Tofiq oğlu 29 yanvar 2010-cu il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmədə aydın oldu ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 15 iyul 2015-ci il tarixli çıxarışa əsasən İddiaçı, X7, X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 ümumi birgə paylı 0.1749 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı həmin çıxarışda onun paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Cavabdeh1 iddianı etiraf edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi olduğundan və digər mülkiyyətçilərə qarşı öz payının müəyyən edilməsini tələb etmək hüququ olduğundan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 15 iyul 2015-ci il tarixli çıxarışa əsasən verilmiş torpaq sahəsində İddiaçı 1/7 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci mad. əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 15 iyul 2015ci il tarixli çıxarışa əsasən verilmiş torpaq sahəsində İddiaçı, X9, X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 yaşayış məntəqələrinin təyinatı üçün verilmiş 0.1749 hektar ölçüdə torpaq sahəsindən İddiaçı 1/7 hissədə payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-275/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-275/2022
16.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver