Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2754/2025 23.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü tarixdə Bərdə rayonunda anadan olmuş X7 doğum faktının, o, cümlədən X6, anası isə Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclsında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə X13 ilə faktiki nikah münsibətlərinə daxil olmaqla ailə qurmuşdur. Faktiki nikahlarından iki uşaqları olmuşdur. Birinci uşağı Yağmur xx.xx.2023-cü tarixdə Bərdə rayonunun Xanərəb kəndində ev şəraitində anadan olmuşdur. Xəstəxanaya gedə bilmədiyindən uşaq ev şəraitində dünyaya gəlmişdir. Ev şəraitində doğulduğundan uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. Faktın müəyyən edilməsi uşağına doğum haqqında şəhadətnamə alınması üçün lazımdır. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Yevlax rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qızıdır. Ərizəçi ilə X13 ilə faktiki evlənmişlər. Əli Məmmədov ilə qızı Ərizəçi rəsmi nikaha daxil olmamışlar. Əli Məmmədov ilə qızı Ərizəçi birgə həyatlarından iki uşaqları doğulmuşdur. Həmin uşaqlardan Yağmur adlı uşaq Bərdə rayonunun Xanərəb kəndində ev şəraitində doğulmuşdur. Həmin uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Ərizəçi ilə xx.xx.2022-ci il tarixdə faktiki evlənmişlər. Nikahlarını rəsmiləşdirməmişlər. Ərizəçi ilə birgə həyatlarından iki uşaqları doğulmuşdur. xx.xx.2023-cü il təvəllüdlü X10 və xx.xx.2024-cü il təvəllüdlü X11. Həmin uşaqlardan X2 rayonunun Xanərəb kəndində ev şəraitində doğulmuşdur. Uşaqlar hal-hazırda onlarla birlikdə yaşayırlar. X10 ev şəraitində doğulduğundan ona doğum haqqında şəhadətnamə alınmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Bərdə rayon İHB-nın Xanərəb kənd İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 rayonunun Xanərəb kəndində yaşayır. Ailə tərkibi Ərizəçi, X5 və X8 ibarətdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il məktubundan görünür ki, Ərizəçi deməsinə görə X13 ilə birgə yaşayış dövründən olan xx.xx.2023-cü il tarixdə anadan olmuş, Məmmədova …….. Əli qızı Bərdə RMX-nın Ailə Sağlamlıq Mərkəzində xx.xx.2025ci il tarixdə qeydiyyata götürülmüşdür. Həkim pediatr tərəfindən müayinə olunmuş praktik sağlam olması təsdiq olunmuşdur. İşdə olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş fotoşəkilli arayışdan görünür ki, Bərdə rayonunun Xanərəb kəndində yaşayan xx.xx.2023-cü il təvəllüdlü X1. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025ci il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü ildə anadan olmuş X7 doğumunu təsdiq edən sənədlər olmadığından həmin şöbədə doğumun qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu ona izah edilmişdir. İşdə olan Bərdə regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2024-cü ildə doğulmuşdur. X6, anası isə Ərizəçidır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi Bərdə rayonunun Xanərəb kəndində ev şəraitində xx.xx.2023-cü tarixdə bir qız üşağı doğmuşdur. Həmin uşaq ev şəraitində doğulduğundan onlun barəsində doğum akt qeydi aparılmamış və həmin uşağa doğum haqqında şəhadətnamə verilməmişdir. Doğum haqqında şəhadətnamənin verilməsi üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin doğumu təsdiq edən sənədlər olmadığından həmin şöbə tərəfindən doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6, anası Ərizəçi olmaqla X7 xx.xx.2023-cü il tarıxdə Bərdə rayonunun Xanərəb kəndində ev şəraitində doğulması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2754/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2754/2025
23.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver