Məhkəmə qərarları › İş №2(039)-2758/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2758/2023

06.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2758/2023 06.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 vəkili X7, X4, X5 və X8 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Yevlax şəhər 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsində dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yevlax şəhər 1 saylı Notariat Ofisinə ərizə ilə məhkəməyə müraciət edərək Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən babası X6 miras qalmış yaşayış evinin və torpaq sahəsinin onun tərəfindən miras əmlakı olaraq qəbul edildiyini nəzərə alaraq həmin mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Müraciətləri əsasında X9, X10, X11 və X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında məhkəməyə cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən ərizəçinin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X10, X11 və X13 işin baxılmamış saxlanılmasına etiraz etməmişdirlər. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbinə riayət etməyərək ərizəsində qeyd etdiyi hal ilə bağlı ilk öncə müvafiq notariat qurumuna müraciət etmədən, habelə məsələ ilə bağlı həmin qurumun rəsmi münasibətini öyrənmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Yevlax şəhər 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsində dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, iddia ərizəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar