Məhkəmə qərarları › İş №2(039)-276/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-276/2022

16.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-276/2022 16.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «xüsusi mülkiyyətində olan 2.0907 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «xüsusi mülkiyyətində olan 2.0907 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu, Malbinəsi kəndində yerləşməklə ona məxsus 2.0907 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq, iddia tələbinin tamailə əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, onun Yevlax rayonu, Malbinəsi kəndində 2.0907 ha torpaq sahəsi vardır. Bu barədə adına müvafiq çıxarış işlənmişdir. Cavabdeh onun torpağını zəbt edərək istifadə edir. Cavabdehə torpağından çıxmasını bildirsə də, cavabdeh onun torpağından çıxmayaraq onun həmin torpağa dair olan sənədlərini məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə işlərinin yekunu olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh iddiası rədd edilmişdir. Həmçinin həmin məhkəmə qərarlarında cavabdehin onun torpağından istifadə etməsi öz əksini tapmışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçının Yevlax rayonu, Malbinəsi kəndində 2.0907 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavabdeh iddiaçının həmin torpağa dair olan sənədlərini məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə işlərinin yekunu olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh iddiası rədd edilmişdir. Həmçinin həmin məhkəmə qərarlarında cavabdehin onun torpağından istifadə etməsi öz əksini tapmışdır. İddiaçı vəkili Vəkil məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, torpağın zəbtindən söbbət gedə bilməz. O həmin torpağı notariat ofisində aparılmış alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpağı 2018-ci ildən əkib becərir. İddiaçı isə torpağı vərəsəlik əsasında əldə etmişdir. Torpağın sənədinin verilməsində texniki səhvə yol verilmişdir. Belə ki, 510A əvəzinə 511A yazılmışdır. Lakin iddiaçı torpaq sənədini 2018-ci ilin noyabr ayında, o isə dekabr ayında əldə etdiyindən onun Şəki İnzibati Məhkəməsində qaldırdığı iddiası təmin edilməmişdir. Torpağı o qanuni istifadə edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2-1(102)-1564/2021 saylı qərarında qeyd edilmişdir ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, JN 0510 kod 90108018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, 3.27 ha torpaq sahəsi Ə.Q.Həsənova, T.B.Həsənovaya, İ.Ə.Həsənova, M.Ə.Həsənova və E.Ə.Həsənova Yevlax rayon Aqrar İslahat Komissiyasının 24.08.1998-ci il tarixli 424 nömrəli qərarı ilə verilmişdir. Dövlət aktında adları çəkilən şəxslər qeyd olunan torpaq sahəsini 11.01.2015-ci il tarixdə AN-İN ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X1. RX seriyalı ******* nömrəli (2.0907 ha sahəyə dair) və RX seriyalı ******* (1.802 ha sahəyə dair) saylı çıxarışlarla H.N.Allahverdiyevanın qeyd olunan torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır. H.N.Allahverdiyevanın adına 23.01.2015-ci il tarixdə 1.1802 ha sahəyə dair “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Bundan sonra H.N.Allahverdiyeva ona məxsus sahələri 09.12.2018-ci il tarixli AN-İ N ******* nömrəli və AN-İ N ******* nömrəli alqısatqı müqavilələri bağlamaqla iddiaçıya satmışdır. Digər tərəfdən, JN 0511 kod 90108018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, 2.75 ha torpaq sahəsi X13 Yevlax rayon Aqrar İslahat Komissiyasının 24.08.1998ci il tarixli 424 nömrəli qərarı ilə verilmişdir. X10 14.02.2014-cü il tarixdə vəfat etmiş, onun vərəsəsi İddiaçı mərhum anasına JN 0511 kod 90108018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə almaq üçün cavabdehə müraciəti əsasında 15.11.2018-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarış verilmiş, daha sonra vərəsə kimi İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ 11.03.2019-cu il tarixdə RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Hazırkı iş üzrə iddiaçının 09.12.2018-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi ilə əldə etdiyi torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasından imtina edilməsinin əsasını bunlar təşkil edir: - iddiaçıya satılan torpaq sahəsinin JN-511 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 15.11.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2.0907 ha torpaq sahəsi ilə üst-üstə düşməsi; - iddiaçının əldə etdiyi torpaq sahəsinin elektron baza xəritəsində əks olunmaması. İddiaçı isə ona məxsus torpaq sahəsinin X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2.0907 ha torpaq sahəsi ilə üst-üstə düşməsi əsası ilə sonuncuya məxsus çıxarışın həmin hissədə ləğvini tələb edir. İşə baxan apellyasiya məhkəməsi üçüncü şəxsə məxsus sənədlərin mötəbərliliyinin şübhə altında olmasına (X8 aid olan JN-511 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın birinci səhifəsinin doldurulmamasına, sonuncu səhifəsində isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon şöbəsinin möhürünün olmamasına və rəhbər şəxsin imzasının icra edilməməsinə), o cümlədən X8 2.75 ha ölçüdə torpaq payının verilməsinin əsaslı olmamasına (Yevlax rayon Malbinəsi kəndində hər bir subyektin mülkiyyətinə verilmiş torpaq sahəsi 0.60 ha – 0.81 ha arasında olmuşdur. Belə olan halda, mərhum X8 2.75 ha ölçüdə torpaq payının verilməsi torpaq payı normasından qat-qat artıq olduğuna görə onun mülkiyyətinə verilə bilməzdi. Eyni zamanda, JN-510 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akt"ında göstərilən 3.27 ha torpaq sahəsini mülkiyyətçilərin sayına (5 nəfər) böldükdə hər birinə 0.654 ha düşür ki, bu da yuxarıda göstərilən arayışlarla müəyyən edilən normaya uyğundur) istinad edərək hesab etmişdir ki, iddiaçı JN-511 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın onun torpağı ilə üstüstə düşən hissədə ləğvini tələb etməkdə haqlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən ehtimallara əsaslanmışdır. Nəzərə alınmalıdır ki, məhkəmə qərarı şübhələrə görə deyil, dəqiq müəyyən olunmuş hallara və onları təsdiq edən sübutlara əsaslanmaqla çıxarılmalıdır. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üçün iddiaçı ləğvini tələb etdiyi dövlət aktında əks olunmuş torpaq sahəsinin qanuni əsaslarla ona məxsus olmasını sübut etməlidir. İddiaçı bununla bağlı alqı-satqı müqaviləsini, alqı-satqı müqaviləsinin əsasında duran və H.N.Allahverdiyevaya (satıcı) məxsus RX seriyalı ******* nömrəli (2.0907 ha sahəyə dair) çıxarışı təqdim etsə də nəzərə alınmalıdır ki, RX seriyalı ******* nömrəli (2.0907 ha sahəyə dair) çıxarış JN 0510 kod 90108018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən verilmişdir və cavabdeh hal-hazırda həmin aktın mötəbərliliyini mübahisələndirir. JN 0510 kod 90108018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” isə Aqrar İslahat Komissiyasının 24.08.1998-ci il tarixli 424 nömrəli qərarı əsasında verilmişdir. Həmin qərarı isə məhkəmə araşdırması zamanı müvafiq sorğular verilsə də belə, əldə etmək mümkün olmamışdır (arxivdə aşkar edilməmişdir). Bundan əlavə, H.N.Allahverdiyevaya məxsus RX seriyalı ******* nömrəli (2.0907 ha sahəyə dair) çıxarışa uyğun olaraq, ona torpaq sahəsinin “Plan və ölçüsü” də verilməmişdir. Həmçinin, cavabdeh iddiaçının əldə etdiyi torpaq sahəsinin elektron baza xəritəsində əks olunmadığını bildirir. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 iyul 2020-ci il tarixli 2(107)-31/2020 nömrəli qərardadı ilə keçirilmiş məhkəmə tikintitexniki ekspertizası zamanı da ekspert tərəfindən müəyyən edilmişdir ki, JN-510 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın plan hissəsində qeyd edilən 510 A nömrəli, sahəsi 20906.62 kv.m. göstərilən torpaq sahəsinin X9 bazasında, X5 qeydiyyatı aparılmamışdır. Lakin JN-511 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın plan hissəsində qeyd edilən 511 A nömrəli, sahəsi 20906.62 kv.m. göstərilən torpaq sahəsinin X9 bazasında və eləcə də, X3 qeydiyyatı aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən, torpaq sahələrini özbaşına tutmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X6 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.02.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərini tanıyır və bütün mülkiyyət növlərinin bərabərhüquqlu olmasını və dövlət tərəfindən qorunmasını təsbit edir. Qeyd olunan maddənin 3-cü bəndində qeyd edilir ki, torpaq sahələri üzərində mülkiyyət hüqüqu mülkiyyətçisinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax rayonu, Malbinəsi kəndi ərazisində mülkiyyətində 2.0907 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Cavabdeh faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Məhkəmə qeyd edir ki, cavabdeh torpaqdan istifadə etməsini məhkəmə iclasında etiraf etmiş və torpağın cavabdeh tərəfindən istifadə etməsi qanuni qüvvəsini almış məhkəmə qətnamələrində də öz əksini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan 2.0907 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. İnsan hüquqlarinin və əsas azadlıqlarinin müdafiəsi haqqinda Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 2.0907 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar