Məhkəmə qərarları › İş №2(039)-2781/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2781/2024

07.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2781/2024 07.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarış fərdi yaşayış evindən cavabdehlərə məxsus əşyaların çıxarılması, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsinə və əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarış fərdi yaşayış evindən cavabdehlərə məxsus əşyaların çıxarılması, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqdan hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ərizə verildiyinə göə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarış fərdi yaşayış evindən cavabdehlərə məxsus əşyaların çıxarılması, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə iddiaçılara (ödəyici İddiaçı3) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar