Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-279/2023 01.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onların Yevlax rayonu, Xanabad kəndində yerləşən mərhum X1 və Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırır ki, İddiaçı1 cavabdehlə 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan 1998-ci il təvəllüdlü İddiaçı2 və 2002-ci il təvəllüdlü İddiaçı3 adlı uşaqları anadan olmuşdur. Uşaqlar hər ikisi İddiaçı1 ilə birlikdədir. Cavabdeh ilə İddiaçı1 arasında olan nikah qeydi 2022-ci ilin avqust ayında Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Onlar öz yaşadıqları evə daxil ola bilmirlər. İddiaçı1 1996-cı ildə Yevlax rayonu, Xanabad kəndinə hazırki cavabdehin yaşadığı fərdi yaşayış evinə gəlin köçmüş, uzun bir müddət həmin fərdi yaşayış evində yaşamış, cavabdehlə aralarında ciddi münaqişə yarandığından onlar məcburən evdən qovulmuş və onlar 25 il yaşadıqları evə 2020-ci ilin avqust ayından daxil ola bilmirlər. Bundan sonra dəfələrlə evlərinə daxil olsalar da, cavabdeh onları bıçaqla, ölümlə, tüfənglə, dəyənəklə hər dəfə evdən qovub çıxarmışdır. On sonuncu dəfə isə uşaqları ilə yenidən yaşadığı evə gələrək evin yaşamağa başlamaq istəyərkən bu dəfə 2022-ci ilin iyul ayında həm onun və uşaqlarını vuraraq onları yenidən evdən qovmuşdur. Tərəflərindən 102 xidmətinə şikayət edilmişdir. Onlar bu dəfə də tir tüfənglə, balta ilə evdən çıxarılmış, onların bütün əşyaları, pal-paltarı bu insan tərəfindən yandırılmışdır. Cer-cehiz əşyaları dağıdılmışdır. Bu şəxsin xüsusi amiranəliyi səbəbindən onlar evlərinə daxil ola bilmir. Onlar öz eviminə girmək və yaşamaq istəyirlər. O, 1996-cı ildə həmin evdə yaşamaqla həmin evə istifadə hüququ əldə etmişdir. Digər iddiaçılar İddiaçı2 və İddiaçı3 bu evdə doğulub bu ailənin üzvüləridir. O, İddiaçı3 döyüşlərdə, vətən müharibəsində iştirak etmişdir. Vətən müharibəsi veteranıdır. Bundan başqa onların bu evdə yaşamaq və istifadə hüquqları var. Hər üçünün bu evdə qeydiyyatdadır. O, 1996-cı ildə Xanabad kəndinə cavabdehin yaşadığı evə gəlin gəlmiş, 1997-ci ildə rəsmi nihah dayanmışdır. Yaşadığı ev cavabdehin mərhum anasının adınadır. Ona görə də onlar Yevlax rayonu, Xanabad kəndində yerləşən mərhum X2 və Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə köçürülməyini məhkəmə qətnaməsinin çıxarılmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında iddiaçının tələbi ilə razı olmadığını, cavabdehlə 1997-ci il tarixdə rəsmi nikaha daxil olsalar da, sonuncu ona xəyanət etdiyindən ondan ayrıldığını, Vəfanın idda etdiyi evin mərhum anası tərəfindən tikildiyini və həmin evə dair heç bir sənədinin olmadığını bildirmiş, gələcəkdə övladlarına ev tikib verəcəyini, lakin Vəfaya heçnə verilməyəcəyini bildirərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, mübahisəli 1,07 ha kənd təsərrüfatlı torpaq sahəsi Yevlax rayon Aqrar İslahat Komissiyasının 21 aprel 2001-ci il tarixli qərarı ilə X8, X3 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. (torpağın mülkiyyətə verilməsinə dair JN-281 saylı şəhadətnamə). Yevlax rayonu Ərəbbəsərə kənd inzibati ərazi dairəsi üzrə nümauəndəliyi tərəfindən verilmiş 438 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 həqiqətən də Yevlax rayonu, Xanabad kəndində qeydiyyatdadır və yaşayır oğlu xx.xx.1998-ci il təvəllüdllü İddiaçı2 (işləmir) və oğlu xx.xx.2002-ci il təvəllüdlü İddiaçı3 (işləmir) adlı ailə üzvləri vardır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasındakı nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə səbəb olan münasibətlər 1997-ci ildə yarandığından, hazırki mübahisəyə xx.xx.2000-ci il tarixinə kimi qüvvədə olmuş Mülki Məcəllə tətbiq olunmalıdır. xx.xx.2000-ci il tarixinə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 105-ci maddəsinə əsasən (Özbaşına ev tikməyin nəticələri) Müəyyən icazə və ya lazımi şəkildə təsdiq edilmiş layihə olmadan, yaxud əsas inşaat normaları və qaydalarını kobudcasına pozmaqla ev və ya onun bir hissəsini (evin yanında əlavə bina) tikən vətəndaş, bu evdən və ya yandan tikilmiş əlavə bina üzərində sərəncam verməyə (satmağa, bağışlamağa, kirayəyə verməyə və s.) haqlı deyildir (Bu Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanununa görə qüvvədən düşmüşdür). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 1996-cı ildə Xanabad kəndinə Cavabdeh yaşadığı yaşadığı özbaşına tikiliyə gəlin gəlmiş, onunla cavabdeh arasındakı nikah 25 iyul 1997-ci il tarixdə rəsmiləşdirilmiş, onların birgə nikahlarından 1998-ci il təvəllüdlü İddiaçı2 və 2002-ci il təvəllüdlü İddiaçı3 adlı övladları anadan olmuşdur. Sonradan cavabdeh ilə aralarında yaranan mübahisə səbəbindən iddiaçı və onun övladları həmin evdən cavabdeh tərəfindən çıxarılmışdır. İddiaçılar sonradan bir neçə dəfə uzun illər yaşadıqları evə qayıtmaq istəməklərinə baxmayaraq onlar, cavabdehin təsiri nəticəsində həmin evə daxil olub yaşaya bilmir. Məhkəmə belə qənaətə gəlir ki, mövcud sübutlar əsasında xx.xx.2000-ci il tarixinə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 105-ci maddəsini, həmçinin Konstitusiyanın 125, 43, 25-ci maddələrini rəhbər tutaraq əsaslı olaraq belə qənaətə gəlmişdir ki, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində mübahisəli evdən yararlanmaq hüququ vardır, bu yanaşmanın əksi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. İddia ilə bağlı qeyd olunmalıdır ki, istinad edilən tikilinin özbaşına tikili olması cavabdehin bu tikiliyə iddiaçıya münasibətdə daha üstün hüquqa malik olmasına dəlalət etmir. Belə ki, iddiaçı tərəf cavabdeh tərəfin razılığı ilə həmin evə köçmüş və orada cavabdehlə birgə təsərrüfat aparmışdır. Cavabdeh həmin tikilinin anası tərəfindən inşa edildiyini bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Göstərilənləri və qanunvericiliyin sadalanan normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıların mübahiəli evə istifadə hüququ olmadığından iddia həmin hissədə rədd edilməli, digər hissədə isə iddiaçılar həmin mübahisəli yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. İddiaçıar İddiaçı1, X4 və X5 ilə birlikdə Yevlax rayonu, Xanabad kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-279/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-279/2023
01.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver