Məhkəmə qərarları › İş №2(039)-284/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-284/2020

16.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-284/2020 16.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi, maraqlışəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2016-ci il təvəllüdlü X1, xx.xx.2016-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) Ərizə onunla əsaslandırılmışdır ki, o, X8 ilə faktiki nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-ci il təvəllüdlü X3, xx.xx.2016-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 ev şəraitində doğmuşdur. Övladlarının doğum şəhadətnaməsinin olmaması, doğum faktının müəyyən olmamasına görə övladlarıyla bağlı bəzi mülki hüqauqlarını həyata keçirə bilmir. Bu səbəbdən ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamənin verilməsindən ərizəçiyə imina edilmişdir. Ərizəçi də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə baxışı zamanıərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlışəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işüzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Yevlax rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 207, 208, 209 və 210 №-li, xx xxxxxx 2020-cu il tarixli arayışlarından görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Bahar, xx.xx.2016-ci il təvəllüdlü Ceyhun, xx.xx.2016-ci il təvəllüdlüƏsəd və xx.xx.2018-ci il təvəllüdlü Sima həmin xəstəxanada müayinədən keçmişlər və sağlamdırlar. Maraqlı şəxs ərizəçiyəünvanladığı 3906 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə anadan olmuş qız, xx.xx.2016-ci il tarixdə anadan olmuş oğlan, xx.xx.2016-ci il tarixdə anadan olmuş oğlan və xx.xx.2018-ci il tarixdə anadan olmuş qız övladları doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçinin qaynanasıdır. Ərizəçi xx.xx.2014-cü il təvəllüdlü Bahar, xx.xx.2016-ci il təvəllüdlü Ceyhun, xx.xx.2016-ci il təvəllüdlü Əsəd və xx.xx.2018-ci il təvəllüdlü Simanıöz evində doğmuşdur. Beləliklə də, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçinin Yevlax şəhərində xx.xx.2014-cü il tarixdə bir qız uşağı, xx.xx.2016-ci il tarixdə bir oğlan uşağı, xx.xx.2016-ci il tarixdə bir oğlan uşağı və xx.xx.2018-ci il tarixdə bir qız uşağı doğması, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqlarının adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağın yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğulması faktı iş materialları vəşahid ifadəsi ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2014-cü il tarixdə bir qız uşağı, xx.xx.2016-ci il tarixdə bir oğlan uşağı, xx.xx.2016-ci il tarixdə bir oğlan uşağı və xx.xx.2018-ci il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum aktı qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar