Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2849/2021 24.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu İddiaçı cavabdeh Yevlax rayon İcra Hakimiyyətinin Başçısı X1 qarşı «Yevlax rayon «Aran qəsəbə 2 saylı Körpələr evi - uşaq bağcası»nın müdiri vəzifəsindən azad edilməyinə dair Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin 28 sentyabr 2021ci il tarixli 132 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməyi və məcburi iş buraxma günləri üçün əmək haqqı» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Yevlax rayon İcra Hakimiyyətinin Başçısı X1 qarşı «Yevlax rayon «Aran qəsəbə 2 saylı Körpələr evi - uşaq bağcası»nın müdiri vəzifəsindən azad edilməyinə dair Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin 28 sentyabr 2021ci il tarixli 132 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməyi və məcburi iş buraxma günləri üçün əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, sözügedən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmri iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır İddiaçıya izah edilməlidir ki, o, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra, təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.1, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Yevlax rayon İcra Hakimiyyətinin Başçısı X1 qarşı «Yevlax rayon «Aran qəsəbə 2 saylı Körpələr evi - uşaq bağcası»nın müdiri vəzifəsindən azad edilməyinə dair Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin 28 sentyabr 2021ci il tarixli 132 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməyi və məcburi iş buraxma günləri üçün əmək haqqı» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra, təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2849/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2849/2021
24.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver