Məhkəmə qərarları › İş №2(039)-285/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-285/2024

13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-285/2024 13.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladları xx.xx.2016-cı il tarixdə anadan olmuş X8, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3, xx.xx.2019-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X4 Yevlax şəhərində doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, ilə hər ikisi ər-arvad olmaqla, Yevlax rayonu, Nemətabad kəndində yaşayırlar. Lakin nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahdan xx.xx.2016-cı il tarixdə anadan olmuş X17, xx.xx.2017-ci il tarixdə anadan olmuş X12, xx.xx.2019-cu il tarixdə anadan olmuş X15 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X13 adlı dörd uşaqları anadan olmuşdur. Övladları ev şəraitində dünyaya gəldiyindən heç bir sənədlərini qeydiyyat şöbəsində ala bilmir. Övladlarının anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. X1, X12, X15 və X13 ev şəraitində anadan olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 3027 №-li, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə anadan olmuş X14, xx.xx.2017-ci il tarixdə anadan olmuş X6, xx.xx.2019-cu il tarixdə anadan olmuş X9 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X7 doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçının Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş aktdan görünür ki, adları göstərilən küçə sakinləri Leyla Bəkirova, Roman Bəkirov, Rəsul Olemedze, Arzu Əliyeva və Arif Məmmədovanın iştirakları ilə akt tərtib edilərək X17 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X2 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X17 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçının Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş aktdan görünür ki, adları göstərilən küçə sakinləri Leyla Bəkirova, Roman Bəkirov, Rəsul Olemedze, Arzu Əliyeva və Arif Məmmədovanın iştirakları ilə akt tərtib edilərək X12 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X2 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X12 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçının Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş aktdan görünür ki, adları göstərilən küçə sakinləri Leyla Bəkirova, Roman Bəkirov, Rəsul Olemedze, Arzu Əliyeva və Arif Məmmədovanın iştirakları ilə akt tərtib edilərək X15 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X2 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X15 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçının Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş aktdan görünür ki, adları göstərilən küçə sakinləri Leyla Bəkirova, Roman Bəkirov, Rəsul Olemedze, Arzu Əliyeva və Arif Məmmədovanın iştirakları ilə akt tərtib edilərək X13 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X2 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X13 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X10 və X11 ifadələrində bildirmişdir ki, ərizəçinin onların qonşusu olduğunu bildirmişdir. Ərizəçinin dörd uşağı olduğunun onlardan xx.xx.2016-cı il tarixdə bir qız, xx.xx.2017-ci il tarixdə bir qız, xx.xx.2019-cu il tarixdə bir qız və xx.xx.2023-cü il tarixdə bir qız uşaqları ev şəraitində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2016-cı il tarixdə bir qız uşağı, xx.xx.2017-ci il tarixdə bir qız uşağı, xx.xx.2019-cu il tarixdə bir qız uşağı və xx.xx.2023-cü il tarixdə bir qız uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşaqlarını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2016-cı il tarixdə bir qız uşağını, xx.xx.2017-ci il tarixdə bir qız uşağını, xx.xx.2019-cu il tarixdə bir qız uşağını və xx.xx.2023-cü il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar