Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-287/2020 30.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X10 İstismarı İdarəsinin vəkili X5, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X8 Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Yuxarı X1rşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, göstərmişdir ki, Ağdam rayonundan məcburi köçkündür, Yevlaxda məskunlaşmışdır, xx.xx.1993-cü ildən cavabdeh təşkilatda 2-ci dərəcəli işəmuzd fəhlə kimi işə başlamış, xx.xx.1994-cü ildə müşahidəçi vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildən isə elektrik montyoru vəzifəsində işləyir. İşlədiyi müddətdə daima kollektiv arasında hörmət qazanmış, işini layiqincə yerinə yetirmişdir. xx.xx.2019-cu ildə əsassız və qanunsuz olaraq işdən azad edilmişdir. Əmr verilməmişdən əvvəl ona hər hansı xəbərdarlıq edilməmiş, töhmət və ya şiddətli töhmət verilməmişdir. Həmkarların iclasında iştirak etməmiş, bu barədə ona ümumiyyətlə məlumat verilməmişdir. Göstərilənlərə əsasən işdən azad edilməsinə dair cavabdehin xx.xx.2019-cu il tarixli, 46 saylı əmrinin ləğv edilməsi, onun elektrik montyoru vəzifəsinə bərpa edilməsi və işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun işdən çıxarılmasına səbəb rəhbərliyin ona qarşı qərəzi olmuşdur. Belə ki, əvvəllər ona yazılan mükafatları rəhbərlik almış, o, isə bununla razılaşmışdır, lakin son dövrlər artıq mükafatının özünə verilməsini tələb etmiş, bundan başqa, əmək haqqı kartının verilməsində də problem olduğundan rəhbərlikdən Mehriban xanım Əliyevaya şikayət etmişdir. Məhz bundan sonra ona qarşı qərəzli davranışlar başlanılmış və işdən çıxarılma ilə nəticələnmişdir. O, hər gün işə getmiş, iş buraxdığı bir gün belə olmamışdır. O, işdə ola-ola qanunsuz və əsassız əmr verilmiş, xeyli vaxt əmr ondan gizlədilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X8 Şöbəsinin nümayəndəsi qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarından müəyyən olunur ki, iddiaçı 1993-cü ildən cavabdeh təşkilatda 2-ci dərəcəli işəmuzd fəhlə kimi işə başlamış, xx.xx.1994-cü ildə müşahidəçi vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildən isə elektrik montyoru vəzifəsində işləmiş, cavabdehin xx.xx.2019-cu il tarixli, 46 saylı əmri ilə onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. X10 İstismarı İdarəsinin rəisinin HİT-nin sədrinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək üzrsüz səbəbdən işə çıxmaması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılması xahiş olunmuşdur. 09 saylı Protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə X10 X2 iclası keçirilmiş və iddiaçının işdən azad edilməsi qərarlaşdırılmışdır. xx.xx.2019-cu il tarixdə tərtib olunmuş aktda qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə X6 Təşkilatının iclası keçirilmişdir. İddiaçının işə çıxmamasına görə onun işdən azad olunması barədə qərar qəbul olunmuşdur. İddiaçıya iclasda iştirak etməsi barədə məlumat verilsə də, o, iclasda iştirak etməmişdir. Cavabdeh təşkilatda baş mexanik işləyən T.Cabbarov tərəfindən İdarənin rəisinə ünvanlanmış məlumatlarda göstərilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixə kimi, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi üzrsüz səbəbdən işə çıxmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçını işdən azad etmək üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" -bəndində nəzərdə tutulan əsaslar mövcud olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən, həmçinin, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Cavabdeh tərəf məhz bu əsasla iddiaçı ilə əmək müqaviləsinə xitam versə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddiaçının həqiqətən də xx.xx.2019-cu il tarixdən xx.xx.2019 tarixə kimi işdə olmamasının yeganə sübutu kimi baş mexanik işləyən T.Cabbarov tərəfindən İdarənin rəisinə ünvanlanmış məlumatları təqdim etmişdir ki, məhkəmə bu sübutu mötəbər sübut hesab etmir. Məhkəmə həmçinin həmin məlumatları təqdim edən eyni şəxs-T.Cabbarovun iddiaçının iş yoldaşı-iddiaçı ilə təxminən eyni statusda olan işçi olmasını, onun cavabdeh təşkilatdan maddi cəhətdən asılı olmasını nəzərə alır. Bundan başqa, Əmək Məcəlləsinin 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Mülki işin materiallarından müəyyən olunur ki, həqiqətən də işəgötürən tərəfindən iddiaçıdan izahat alınmamışdır. Ümumiyyətlə, məhkəmə qeyd edir ki, qanunda nəzərdə tutulmuş əsaslar olduqda, intizam tənbehlərini vermək işəgötürənin hüququ olsa da, işəgötürən bu zaman Məcəllənin 186-cı maddəsinin üçüncü hissəsinin göstərişlərini nəzərə almalıdır. Belə ki, həmin normaya görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, işçi tərəfindən həqiqətən də əmək vəzifələrinin yerinə yetirilməsində pozuntulara yol verilmiş olsaydı belə, işəgötürən tərəfindən işçiyə ən ağır intizam tənbehi verilməmişdən qabaq, 1993-cü ildən cavabdeh təşkilatda işləyən işçi kimi iddiaçının izahatı alınmalı, məsələ hərtərəfli araşdırılmalı idi. Daha sonra cavabdeh tərəfindən həqiqətən də xx.xx.2019-cu il tarixdə həmkarlar ittifaqı komitəsinin iclasının keçirilməsi mötəbər qaydada sübuta yetirilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinə görə əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla ləğv edilərkən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Cavabdeh tərəfindən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən həmkarlar ittifaqı təşkilatına müraciətlə bağlı məhkəməyə sadəcə xx.xx.2019-cu il tarixli “məktub” təqdim edilmişdir ki, həmin məktubda da iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək üzrsüz səbəbdən işə çıxmaması göstərilmişdir. Halbuki yuxarıda istinad olunan cavabdeh təşkilatda baş mexanik işləyən T.Cabbarov tərəfindən İdarənin rəisinə ünvanlanmış məlumatlarda da, həmçinin həmkarlar ittifaqı təşkilatının xx.xx.2019-cu il tarixli protokolunda da iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019 tarixə kimi işə çıxmaması göstərilmişdir. Həmkarlar ittifaqı təşkilatının xx.xx.2019-cu il tarixli protokolunun özü də natamam olmaqla, əsaslandırılmamış, həmin iclas barədə həqiqətən də iddiaçıya məlumat verilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmənin araşdırmaları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmaqla iddiaçı işdən azad edilmişdir. Buna görə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmədiyindən cavabdehin xx.xx.2019-cu il tarixli, 46 saylı əmri ləğv olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X10 İstismarı İdarəsinin xx.xx.2019-cu il tarixli, 46 saylı əmri ləğv olunmaqla, İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-287/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-287/2020
30.01.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver