Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2887/2024 27.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladları xx.xx.2017-ci il tarixdə X3, xx.xx.2019-cu il tarixdə X1, xx.xx.2021-ci il tarixdə X7 və xx.xx.2023-cü il tarixdə X4 Yevlax şəhərində doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X20 ilə birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X14, xx.xx.2019-cu il tarixdə X10, xx.xx.2021-ci il tarixdə X18 və xx.xx.2023-cü il tarixdə X15 ev şərairtinidə anadan olmuşdur. Buna görə də hazırki tarixədək onların adına doğum haqqında şəhadətnamə alınmamışdır. Övladları doğum haqqında şəhadətnaməsinin olmaması onların gələcəkdə vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təshil alınmasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədəcəkdir. Övladlarının doğum faktının tanınması zərurəti yaranmışdır və onlara müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Maraqlı şəxsnə müraciət etsə də, onun övladının tibbi sənədi olmadan ona doğum haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olduğunu və ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 2261 №-li, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə anadan olmuş X8, xx.xx.2019-cu il tarixdə anadan olmuş X5, xx.xx.2021-ci il tarixdə anadan olmuş X11 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X9 doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4710 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zeynəb Mahmudova, Nübar Mahmudova, Aysel Mahmudova, Turanə Mahmudova və Cəmilə Hüseynovanın iştirakları ilə akt tərtib edilərək X14 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X2 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il tarixdə X14 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4711 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zeynəb Mahmudova, Nübar Mahmudova, Aysel Mahmudova, Turanə Mahmudova və Cəmilə Hüseynovanın iştirakları ilə akt tərtib edilərək X10 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X2 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə X10 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4709 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zeynəb Mahmudova, Nübar Mahmudova, Aysel Mahmudova, Turanə Mahmudova və Cəmilə Hüseynovanın iştirakları ilə akt tərtib edilərək X18 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X2 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə X18 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4708 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zeynəb Mahmudova, Nübar Mahmudova, Aysel Mahmudova, Turanə Mahmudova və Cəmilə Hüseynovanın iştirakları ilə akt tərtib edilərək X15 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X2 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə X15 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. AZ-İV seriyalı 658122 №li, AZ-İV seriyalı 658119 №li və AZ-İV seriyalı 975174 №li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X16, xx.xx.2020-ci il təvəllüdlü X17 və xx.xx.2024-cü il təvəllüdlü X6 atası X19 anası Ərizəçidır. Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1- 82/2-895/2024 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi övladları X14, X10, X18 və X15 xx.xx.2024-cü il tarixdə “Təhsil müəssisələrinə daxil olma ilə bağlı müayinə” üçün Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli arayışlar Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən tərtib edilmişdir. Yevlax şəhər icra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-9-1/2-675/2024 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktını müəyyən edilməsi barədə 1 saylı inzibati ərazi dairəsinə müraciət etmişdir və X14, X10, X18 və X15 barələrində məlumatlar 1 saylı nümayəndəlik tərəfindən tərtib edilmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X12 və X13 ifadələrində bildirmişdir ki, ərizəçi onların qonşusu olduğunu bildirmişdirlər. Ərizəçinin yeddi uşağı olduğunu onlardan dördü xx.xx.2017-ci il tarixdə Nəsibə, xx.xx.2019-cu il tarixdə Təhminə, xx.xx.2021-ci il tarixdə Zəhra və xx.xx.2023-cü il tarixdə Həlimə adlı uşaqları ev şəraitində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2017-ci il tarixdə bir qız uşağı, xx.xx.2019-cu il tarixdə bir qız uşağı, xx.xx.2021-ci il tarixdə bir qız uşağı və xx.xx.2023-cü il tarixdə bir qız uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşaqlarını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2017-ci il tarixdə bir qız uşağını, xx.xx.2019-cu il tarixdə bir qız uşağını, xx.xx.2021-ci il tarixdə bir qız uşağını və xx.xx.2023-cü il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2887/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2887/2024
27.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver