Məhkəmə qərarları › İş №2(039)-289/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-289/2024

13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-289/2024 13.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Misirxanova (Qurbanova) Esmira Elşən qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli nikah qeydinin pozulması və cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün 220 manat sabit pul məbləğində alimentin və eyni zamanda mediasiya prosesləri üçün ödədiyi cəmi 110 manat mediasiya xərcinin və iddia ərizəsi üçün banka ödədiyi 51 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2012-ci il tarixdə ailə qurub evlənməklə nikahlarını xx.xx.2013-cü il tarixdə rəsmiləşdirmişlər. Bu nikahdan xx.xx.2013-cü il təvəllüdlü X2 adlı övladı dünyaya gəlmişdir. Uşaq hal-hazırda onun himayəsindədir. Cavabdehlə xasiyyətlərinin uyğun gəlmədiyi üçün onunla faktiki olaraq uzun müddətdir ki, ayrı yaşayırlar. O, uşaqlarının tək saxlanmasında çətinlik çəkir, tələb etdiyi 220 manat alimenti ödəməyə cavabdehin isə maddi imkanları vardır. Ona görə də, o, hazır ki, iddia ilə məhkəməyə müraciət edərək aralarında olan nikah qeydinin pozulmasını istəyir. İddia ərizəsi icraata qəbul edilərək mülki iş üzrə məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixinə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nikahın pozulmasına razı olmadığını nəzərə alaraq məhkəmə tərəflərin (ər-arvadın) barışması üçün 3 ay müddət müəyyən etməklə işin baxılmasını xx.xx.2024-cü il tarixədək təxirə salmışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixdə iddiaçı müvəqqəti alimentin tutulması barədə tələb irəli sürmüşdür. İddiaçının ərizəsi qismən təmin edilərək xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 180 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah 2013cü ilin noyabr ayının 05-ci günündə akt qeydləri kitabında 515 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Misirxanov, arvada isə Misirxanova soyadı verilmişdir. AZE 12647835 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü Sübhan adlı uşaqları var. xx.xx.2023-cü il tarixli, MŞY/MT034/2023-00275 saylı arayışdan məlum olur ki, İddiaçı nikahın pozulması və aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-289/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə qətnamə qəbul edilənədək xx.xx.2013-cü il təvəllüdlü X4 saxlanması üçün xx.xx.2024-cü il tarixdən Cavabdeh hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində İddiaçı xeyrinə müvəqqəti aliment tutulması qət edilmişdir. 0056193 saylı və FJ**********112 saylı xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı Yevlax 1 saylı Mediasiya Təşkilatının hesabına müvafiq olaraq 10 manat və 50 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Hazırda məhkəmə iddiaçının nikahın pozulmasında israrlı olduğunu və ailənin faktiki olaraq dağıldığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. İddiaçı və Cavabdeh tərəfindən məhkəməyə belə bir saziş təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X1 valideynlərindən hansının yanında qalması məsələsini həll edərkən onun yaşını, ananın boşanmadan sonra uşağın onun yanında qalmasını tələb etdiyini, atanın isə buna münasibət bildirmədiyini nəzərə alaraq hesab edir ki, boşanmadan sonra uşaq anasının yanında qalmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanun vericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatıödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün “X5” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hazırki halda xx.xx.2013-cü il təvəllüdlü X1 yaşını, qida və digər zəruri xərclərə tələbatını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqların saxlamağa borclu olduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi təmin olunmaqla, hər ay hər uşağa 170 manat məbləğində aliment ödənilməli, habelə qətnamənin icrası zamanı müvəqqəti aliment tutulması barədə Yevlax Rayon Məhkəməsinin 2(039)-289/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulma vaxtı, Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəməyə müraciət olunduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün və saitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1–ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019–cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqdan 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə bağlı iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Yevlax Rayon Qeydiyyat Şöbəsində 2013-cü ilin noyabr ayının 05-ci günündə akt qeydləri kitabında 515 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulmasından sonra xx.xx.2013-cü il təvəllüdlü X2 İddiaçı yanında qalsın. xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 51 manat ödənilmiş dövlət rüsumunun və 60 manat mediasiya üçün ödənilmiş vəsaitin əvəzi, cəmi 111 (bir yüz on bir) manat İddiaçı xeyrinə tutulsun. Qətnamənin icrası zamanı müvəqqəti aliment tutulması barədə Yevlax Rayon Məhkəməsinin 2(039)-289/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınsın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar