Məhkəmə qərarları › İş №2(039)-29/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-29/2024

15.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-29/2024 15.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X17 iştirakı ilə, Ərizəçi2 maraqlı şəxslər X26 Xidmət Mərkəzində Notariat Ofisinə və Yevlax Rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın faktiki qəbul olunması və vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi2 maraqlı şəxslər X26 Xidmət Mərkəzində Notariat Ofisinə və Yevlax Rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın faktiki qəbul olunması və vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, miras qoyan yaxın qohumu X8 qalan miras əmlakı üzrə adına verilmiş Yevlax rayonu, Xanabad kəndində 0.06 hektar həyatyanı torpaq sahəsində yerləşən xx.xx.2008-ci il tarixində vəsiyyətnamə əsasında miras əmlak olan iki otaqlı fərdi yaşayış evini faktiki qəbul olunmasını, həmin miras əmlakı üzrə tam hissədə vərəsəlik hüququnun tanınmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizəsində həmin iddia üzrə mirasın faktiki qəbul edilməsi faktına dair qətnamə qəbul edilməsinin xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, onun yaxın qohumu X9 övladı olmadığı üçün onu öz evladı kimi sevmiş, özünə doğma ana kimi baxmışdır. X9 həyat yoldaşı X24 16 avqust 2002-ci il tarixində ürək çatışmamazlığından vəfat etmişdir. Bir övlad kimi X7 mənzilə yola salmışdır. Məmmədov Məmmədin ölümündən sonra X12 tək qalmamağı üçün qeydiyyatda olduğu ünvan 1 ünvanına gətirərək ona baxmışdır. Bir müddət onlarla yaşadıqdan sonra X19 onu yenidən Yevlax rayonu Xanabad kəndinə qaytarmağını ondan xahiş etmiş, o, də hər dəfə ona baş çəkmək üçün onun yanına gedib, bir neçə gün orada qaldıqdan sonra yenidən Bakıya qayıtmışdır. X19 ilə tez-tez telefonla əlaqə saxlayıb, nəyəsə ehtiyacı olan kimi dərhal gedib bir oğul kimi qulluğunda durmuşdur. Bir gün X19 onu Yevlax rayonu Xanabad kəndinə çağıraraq həmin kəndə yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsini, mişar daşından tikilmiş iki otaqlı fərdi yaşayış evini ona vəsiyyət edərək, vəsiyyətnamə əsasında ona verəcəyini bildirmişdir. Çünki mərhum ona öz anası kimi qayğı göstərdiyini, onu öz doğma oğlu kimi sevdiyini hər dəfə deyirdi. X19 20 dekabr 1997-ci il tarixində 26 saylı qərar ilə 49 nömrəli kitabda qeydiyyatda olan 0.06 hektar fərdi yaşayış evinin şəhadətnaməsini ona göstərərək onun mülkiyyətində olduğunu göstərmişdir. Yaxın qohumu X19 xx.xx.2022-ci il tarixində dəqiqləşdirilməmiş ürək çatışmamazlığdan vəfat etmişdir. O, bir oğul kimi öz borcunu yerinə yetirərək anası kimi sevdiyi X2 mənzilə yola saldıqdan sonra onun üçün yas mərasimi də təşkil etmişdir. X9 vəfatı ona çox təsir etmiş, hər dəfə ona qarşı işlətdiyi şirin sözlər onun yadından çıxmamışdır. X9 40 mərasimini verdikdən sonra, 07 mart 2008-ci il tarixində ona vəsiyyətnamə əsasında verilmiş həyətyanı yaşayış yerinə vərəsəlik şəhadətnaməsi almaq qərarına gəlmişdir. Lakin balaca övladının qəfləti ilə xəstələnməsi bu işə bir müddət ara verməyinə səbəb olmuşdur. Sonradan Yevlax rayonuna gedərək X8 qalan onun adına verilmiş vəsiyyətnaməni götürərək Yevlax rayonu Xanabat kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinə, mişar daşından tikilmiş iki otaqlı fərdi yaşayış evinə vərəsəlik haqqında şəhadətnaməsini necə ala biləcəyini soruşduqda ona “ASAN Xidmət” in notariusuna rəsmi müraciət etməsi bildirilmşdir. 23 dekabr 2022-ci il tarixdə Mingəçevir regional "ASAN Xidmət"inə gedərək xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 qalmış miras əmlaka, mirasın qəbulu faktı vaxtında rəsmiləşdirilmiş vərəsəlik haqqında şəhadətnamə verməsini xahiş etmiş, 24 dekabr 2022-ci il tarixində sözügedən mirasın qəbulu faktının müddətinin bərpası və vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur Ərizəçinin nümayəndəsi və vəkili X28 məhkəmə baxışı zamanı ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər, Mingəçevir Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinin və Yevlax Rayon 1 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakları təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə, notariat kontorunun nümayəndəsinin iştirakları olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Notariat kontorunun xüsusi notariusu Ramin Muradov tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 2605 saylı məktubda qeyd edilir ki, ərizəçinin xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 qalmış miras əmlaka mirasın qəbulu faktı vaxtında rəsmiləşdirilməsinə baxmayaraq, adına vərəsəlik haqqında şəhadətnamə verməyi xahiş etməyi barədə ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edilməmişdir. Mirasın qəbul faktının və ya müddətinin bərpası ilə bağlı aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. xx.xx.2023-cü il tarixli vəsiyyətnamədən görünür ki, X19 özünə məxsus olan Yevlax rayonu, Xanabad kəndində yerləşən həyətyanı torpaq sahəsini, mişar daşından tikilmiş iki otaqlı fərdi yaşayış evini, həyətindəki hamam, su hovuzu və toyuq damını bacısı nəvəsi Ərizəçi2 vəsiyyət edir. Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ 271754 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 89/1 №-li, nikah akt qeydindən görünür ki, X24 ilə X5 arasında bağlanmış nikah 1959-cu ilin avqust ayının 21-ci günündə Yevlax rayon İcra Hakmiyyəti Başçısının Bucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. JN-049F KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X4 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 26 saylı qərarı ilə Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı 0,06 ha torpaq sahəsi verilmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 89/2 №-li, ölüm akt şəhadətnamədən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09/İS/004629-24 №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2003-cü ilədək daxil edilmiş bütün xx.xx.1925-ci il təvəllüdlü X24 və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; həyat yoldaşı xx.xx.1941-cı il təvəllüdlü X19 (vəfat etmiş), oğlu xx.xx.1961-ci il təvəllüdlü X14, oğlu xx.xx.1963-cü il təvəllüdlü X10, qızı xx.xx.1968-ci il təvəllüdlü X20 (vəfat etmiş) və qızı xx.xx.1970-ci il təvəllüdlü X11r. Yevlax rayonu, Ərəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-9-20/2-07/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1992-ci ilə kimi Ərəş kəndində yaşayan X15 hal-hazırda Ərəş kənd nümayəndəliyinin ərazisində yaşayan övladları xx.xx.1952-ci il təvəllüdlü X13, xx.xx.1957-ci il təvəllüdlü X21, xx.xx.1959-cu il təvəllüdlü X25, xx.xx.1961-ci il təvəllüdlü X14 və xx.xx.1963-cü il təvəllüdlü X6r. Yevlax rayonu, Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 42 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X19 ölən günə qədər Yevlax rayon Xanabad kəndində tək tənha yaşamışdır və öləndən sonra onun yaşamış olduğu Xanabad kəndində yerləşən fərdi yaşayış evində heç kimi yaşamır, mərhum yaxın qohumu Ərizəçi2 xx.xx.2008-ci il tarixli vəsiyyətnamə vermişdir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı:

10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla təsdiq olunur ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsindən JN-049F KOD 90102068 №-li dövlət aktına əsasən Yevlax rayonu, Xanabad kəndində yerləşən 0.7482 ha yerləşən fərdi yaşayış evinin həyətyanı 0,06 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Ərizəçi2 qohumu X9 vərəsəsi olmuş və sonuncu, xx.xx.2022-ci il tarixdə öldükdən sonra ondan miras qalmış əmlakı vəsiyyətnamə üzrə vərəsə kimi faktiki olaraq qəbul etmişdir. Yerli İcra Nümayəndəliyi də müvafiq arayışında miras qalmış sözügedən evdə miras faktiki açıldıqdan sonra heç kimin yaşamadığını və mirasın 2008-ci ildə ərizəçiyə vəsiyyət olunduğunu bildirmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, dinləyib, iş üzrə sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə sübutları təkzib edən, onların mötəbərliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən həmin izahat mötəbər sübut kimi qəbul edilməlidir. Ərizədə qeyd edilən faktın təsdiq edilməsi ərizəçiyə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün gərəkdir, miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət də keçdiyindən və bu müddətin uzadılması imkanı da itirildiyindən ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. X1 miras qalmış Yevlax rayonu, Xanabad kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evinin bacısı nəvəsi, Ərizəçi2 tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar