Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-29/2025 17.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən cavabdehin çıxarılması və məhkəmə xərclərinin cavabdehdən tutulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən zəbt edilən, onun mülkiyyətində olan Yevlax rayonu, Balçılı kəndində yerləşən 1,7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.30 ha hissəsindən sonuncunun çıxarılması və iddia ərizəsi üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumunun, 300 manat vəkil xidmətinə görə ödənilmiş pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu Balçılı kəndində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.7401 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxildir. Ailə üzvləri - həyat yoldaşı X2, qızı X7, oğlu X4r. Ümumi birgə mülkiyyətçi olaraq Yevlax rayonu Balçılı kəndində yerləşən 1.7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi, **********71 reyestr nömrəsi olan çıxarışa əsasən təsbit edilmişdir. Qeyd edir ki, bundan öncə də tərəfindən Cavabdeh qarşı 0.44 ha torpaq sahəsindən çıxarılması tələbinə dair iddia qaldırmış və Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-1002/2023 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Belə ki, məhkəmə qətnaməsinin ikinci səhifəsinin beşinci abzasında yazılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu Balçılı kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsi Cavabdeh tərəfindən naturada istifadə edilmir. İddiaçıya məxsus olan torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilmədiyindən sual üzrə tədqiqat aparılmamışdır. Onun hazırkı iddia tələbi mülkiyyət hüququ münasibətlərindən irəli gəldiyindən o cümlədən cavabdehin, onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə daxil olan torpaq sahəsindən qanunsuz istifadə etmə halının sonradan həyata keçirilməsinin mümkün olduğundan hazırkı iddia tələbi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə tələb kimi qiymətləndirilə bilməzdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi, **********71 reyestr nömrəsi olan çıxarışa əsasən mülkiyyət hüquqları təsbit edildiyi Yevlax rayonu Balçılı kəndində yerləşən 1.7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin elektron baza məlumatlarına əsasən yerində faktiki olaraq ölçülərək ona təhfil verilməsini xahiş etdir. xx.xx.2024-cü il tarixdə (artıq ikinci dəfə) həmin İdarənin əməkdaşları, vəkilim Vəkil iştirakı ilə sözügedən 1.7401 ha torpaq sahəsini elektron baza məlumatları əsasında ölçdülər. 1.7101 ha torpaq sahəsinin onun istifadəndə olan ərazinin əslində 0.30 ha ölçüdə əskik olduğu müəyyən edildir. (torpağın baş tərəfindən eni 5.70 sm, uzunluğu 701 m, torpağın ayaq tərəfi eni 3.10 sm, uzunluğu 800 m əskik idi). Ölçnə işləri həyata keçirilərkən Cavabdeh da orada idi. Əskik gələn 0.30 ha hissədə əkilmiş pambıq məhsulunu həqiqətən də atası Cavabdeh əkdiyini bildirdi. Qeyd edim ki, Cavabdeh ona qonşuluğumda təkcə 0.30 ha pambıq məhsulu əkməyib. Cavabdeh onun qonşuluğumda kifayət qədər böyük əraziyə pambıq məhsulu əkib, lakin həmin ərazinin 0.30 ha hissəsi ona məxsusdur, digər hissəsi isə Bələdiyyə mülkiyyətidir. Çünki, onun sol tərəfdən qonşuluğundakı ərazi Bələdiyyə mülkiyyətidir və Cavabdeh oğlu (ölçmə işləri aparılarkən iştirak edən şəxs, yuxarıda qeyd edilən cavabdehin oğlu) imtiyazlı şəxs, yəni ikinci Vətən Müharibəsinin qazisi olduğu üçün Bələdiyyə mülkiyyətindən razılıq əsasında istifadə edirlər. Cavabdehin özünün və ailə üzvlərinin onun təsərrüfatı üzrə sol tərəfdən qonşuluğunda olan Bələdiyyə mülkiyyətindən istifadə etməsinə, təbii ki, onun heç bir etirazı ola bilməz. Lakin, Cavabdeh ona məxsus 1.7401 ha torpaq sahəsinin 0.30 ha hissəsini də bələdiyyə mülkiyyəti hesab edərək istifadə edirlər. Xüsusi olaraq onu da Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları ölçmə işlərini artıq ikinci dəfə idi ki, həyata keçirirdir. Hər dəfə də ona məxsus 0.30 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edildiyi, pambıq məhsulu əkdiyi müəyyən edilmişdir. Lakin, cavabdeh reallıqla barışmaq istəmir, onun tələblərini qəbul etmir və bildirir ki, ona məxsus torpaq sahəsindən istifadə etmirlər. Uyğunsuzluqların aradan qaldırılması məqsədilə “ Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında “ Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016- cı il tarixli 818 nömrəli Fərmanı ilə təstiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasoya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” ilə bağlı elektron baza məlumatlarında dəyişiklik edildikdən sonra, onun sağ qonşusu da ona qarşı Yevlax Rayon Məhkəməsində iddia qaldırmışdır və istifadəndə olan hansı ərazinin elektron baza məlumatlarına əsasən sağ qonşuma məxsus olduğunu bilən kimi həmin hissəni ona təhfil verdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsindən xahiş etmiş, iki dəfə ölçnə işləri aparılmışdır. Ona 0.30 ha torpaq sahəmin cavabdeh tərəfindən istifadə olunduğuna dəqiq əmin olduqdan sonra (Bələdiyyə torpağı hesab edərək istifadə edir) hazırkı iddia tələbini irəli sürür. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyi ilə razı olmadığını, heç kimin torpağını zəbt etmədiyini bildirərək və məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia tələbini qəbul etmri, ona qarşı qaldırılmış iddia əsassızdır. Mübahisələndirlən torpaq sahəsi qardaşı İlkin Musayevə məxsusdur. Onların istifadəsində bələdiyyə torpağı yoxdur. İddiaçı ilə qonşu deyildir. Onların iştirakları olmadan torpaq sahəsini ölçmüşlər. X11 pay torpağını bələdiyyə torpağı kimi göstərib koordinatlarını onun yerinə vurdurmuşlar. Belə olan halda qardaşı İlkin Müsayevə düşən pay torpağının 0,30 ha hissəsini iddiaçıya verməlidir. Buna razı deyildir. Bələdiyyə tərəfindən onun oğlu Fuad İlyaslıya istifadə üçün torpaq sahəsi verilməmişdir. Son elektron xəritə tərtib edilərkən qardaşı İlkin Musayevə məxsus 0.99 ha torpaq sahəsi xəritədə qeyd olunmamışdır. Həmin torpaq sahəsinin torpaq vergisini o ödəyır. İddiaçı ona qarşı torpaq sahəsindən çıxarılma və məhkəmə xərclərinin tutulması tələbinə dair iddiasına qarşı etirazını qəbul edib həmin iddianın təmin edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********71 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 1,7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı Şubay oğlunun, X1, X5 və X3 adlarına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********47 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,9949 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Yevlax rayon Balçılı Bələdiyyəsi tərəfindən verilmiş 09 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, həqiqətən Balçılı kənd sakini X9 məxsus Dövlət Reyestr Xidmətindən çıxarış seriya RX № 06668794 reyestr nömrəsi **********47 əsasən 0.99 ha torpağı var. Lakin son elektron xəritə tərtib edilərkən səhvən 0.99 ha torpaq sahəsi xəritədə qeyd olunmamışdır. Bunu təsdiqləyən faktiki sənədlər var. Hal-hazırda 0.99 ha torpaq sahəsinin torpaq vergisi Cavabdeh tərəfindən ödənilir. Yevlax rayon Balçılı Bələdiyyəsi tərəfindən verilmiş 10 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh məxsus bələdiyyə torpağı yoxdur. Bələdiyyə torpağı göstərilən 0.99 ha torpaq sahəsi qardaşı X9 məxsusudur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Balçılı kəndi ərazisində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətində **********17 reyestr nömrəli çıxarışla verilmiş 1.7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmiş, Yevlax rayonu, Balçılı kəndi ərazisində İddiaçı və ailə üzvlərinin mülkiyyətində **********71 reyestr nömrəli çıxarışla verilmiş 1.7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.30 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilmiş, iddiaçının və ailə üzvlərinin mülkiyyətinə **********71 reyestr nömrəli çıxarışla verilmiş 1.7401 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0.30 ha torpaq sahəsi tərtib edilmiş yerquruluşu planıda göstərmiş, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə **********71 reyestr nömrəli çıxarışla Yevlax rayonu, Balçılı kənd ərzisində verilmiş 1.7401 ha kənd təsrrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8400 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-3332/2024 saylı mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir. Yevlax rayonu, Balçılı kəndində ərazisində yerləşən İddiaçı ailə üzvlərinin mülkiyyətində **********71 reyestr nömrəli çıxarışla Yevlax rayonu, Balçılı kəndi ərazisində verilmiş 1.7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Yevlax rayonu, Balçılı kəndində ərazisində yerləşən İddiaçı ailə üzvlərinin mülkiyyətində **********71 reyestr nömrəli çıxarışla verilmiş 1.7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.30 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. İddiaçının və ailə üzvlərinin mülkiyyətində **********71 reyestr nömrəli çıxarışla verilmiş 1.7401 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0.30 ha torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı ailə üzvlərinin mülkiyyətində **********71 reyestr nömrəli çıxarışla Yevlax rayonu, Balçılı kəndi ərazisində verilmiş 1.7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən cavabdehin çıxarılması və məhkəmə xərclərinin cavabdehdən tutulması tələbinə dair mülki iş üzrə Cavabdeh məhkəmə məsrəflərinin tutulması tələbinə dair hissədə xitam verilməsi qərara alınmışdır. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, iddiaçıya məxsus Yevlax rayonu, Balçılı kəndi ərazisində yerləşən 1.7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.30 ha ölçüdə olan hissəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 76-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan Yevlax rayonu, Balçılı kəndi ərazisində yerləşən 1.7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.30 ha hissəsi hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçının tələbi haqlıdır və cavabdeh iddiaçının mülkiyyətində olan Yevlax rayonu Balçılı kəndində yerləşən kənd 1.7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.30 ha ölçüdə olan hissəsindən çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Balçılı kəndində yerləşən kənd 1.7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.30 ha ölçüdə olan hissəsindən çıxarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-29/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-29/2025
17.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver