Məhkəmə qərarları › İş №2(039)-290/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-290/2024

27.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-290/2024 27.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qurbanov Nurlan Asif oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh4 və Cavabdeh3, Cavabdeh5 Habil oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Habil oğluna, Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə və Ağdaş rayon Notariat ofisinə qarşı «etibarnamənin, alqı-satqı müqaviləsinin və Cavabdeh4 mülkiyyət hüququnu təsdiq edən, onun adına verilmiş Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** və ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə və Ağdaş rayon Notariat ofisinə qarşı «etibarnamənin, alqı-satqı müqaviləsinin və Cavabdeh4 mülkiyyət hüququnu təsdiq edən, onun adına verilmiş Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** və ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərindən Cavabdeh3 verilmiş, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional Asan xidmət mərkəzində Notariat ofisinin xüsusi (hazırda Yevlax rayon 1 saylı notariat ofisinin xüsusi notariusudur) X9 tərəfindən təsdiq edilmiş 12 noyabr 2019-cu il tarixli 11974 nömrəli etibarnamənin etibarsız hesab edilməsi (xüsusi notarius E.Hüseynovla cavabdehlər Cavabdeh3 və Cavabdeh4 yaxın qohum olmaları səsəbilə); cavabdeh Ağdaş rayon Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş, yəni ********** nömrəli ərizə əsasında qeydiyyata alınmış, 12 noyabr 2019-cu il tarixli 1174 nömrəli etibarnamənə əsasında nümayəndə - Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmş 30 avqust 2023-cü il tarixli 4Ə-722 nömrəli alqı-satqı müqaviləsinin (Yevlax rayon Balçlı kəndində yerləşən 4.95 ha kınd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6.96 ha hissəsinə dair) etibarsız hesab edilməsi; cavabdeh Ağdaş rayon Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş, yəni ********** nömrəli ərizə əsasında qeydiyyata alınmış, 12 noyabr 2019-cu il tarixli 1174 nömrəli etibarnamənə əsasında nümayəndə - Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmş 30 avqust 2023-cü il tarixli 4Ə-721 nömrəli alqı-satqı müqaviləsinin (Yevlax rayon Balçlı kəndində yerləşən 0.70 ha kınd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.56 ha hissəsinə dair) etibarsız hesab edilməsi; ünvan 2ində yerləşən 3.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 01 sentyabr 2023-cü il tarixli ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 mülkiyyət hüququnun təsdiq edən qeydiyyatın etibarsız hesab edilməsi; ünvan 2ində yerləşən 0.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 01 sentyabr 2023-cü il tarixli ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 mülkiyyət hüququnun təsdiq edən qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh5 Habil oğlu iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Nümayəndə və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, əvvəl məhkəməyə təqdim edilmiş iddia tələbləri nəzərə alınması; mübahisə predmeti olan hər iki daşınmaz əmlakın ünvan 2ində yerləşən 4.95 ha və 0.70 ha ölçüdə kənd təsərrüfarı təyinatlı torpaq sahəsinə dair Cavabdeh4 ilə Cavabdeh5 oğu arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; ünvan 2ində yerləşən 4.95 ha kənd təsərrüfarı təyinatlı torpaq sahəsinə dair 23 oktyabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydin ləğv edilməsi; ünvan 2ində yerləşən 0.70 ha kənd təsərrüfarı təyinatlı torpaq sahəsinə dair 23 oktyabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, etibarnamə cavabdehə subsidiya alınması məqsədi ilə verilmişdir. İddiaçılar savadsız olduğundan etibarnamənin hüquqi nəticəsi onlara bəlli olmamışdır. Cavabdehlər həmin etibarnamədən istifadə edərə alqı-satqı müqaviləsi bağlamışlar. Etibarnamə olsa da həmin müqavilə onların iradəsini ifadə etmir. Həçinin torpağın qiyməti də real deyil. Torpaq ucuz satılsa da, torpağın pulu iddiaçılara çatmamışdır. Cavabdeh5 Habil oğlu torpağın mübahisəli olduğunu bildiyindən vicdanlı alıcı sayıla bilməz. Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, vaxtında pulu verib torpaq almışlar. Cavabdehlərin pulu vaxtında ödənilmişdir. Ona görə depozitə qoyulan pulu özləri qoyub, özləri də götürmüşlər. Cavabdeh3 və Cavabdeh5 Habil oğlunun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı tərəf iddia tələbini verilmiş etibarnamədə verilmiş səlahiyyətlərdən kənara çıxma ilə əsaslandırılmışdır. Etibarnamənin subsidiya alınması üçün verildiyi qeyd edirllər. Lakin etibarnamədə subsidiya ilə bağlı qeyd yoxdur. Etibarnamə verilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçıların torpağın satılmasından xəbəri olmuşdur. İddia əsassızdır. Cavabdeh Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini üzrlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə və Ağdaş rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdehlər Cavabdeh3, Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinin və Ağdaş rayon Notariat ofisinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 12 dekabr 2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı1, İddiaçı3, X1, İddiaçı2 və X2 Yevlax rayonu, Balçılı kəndində 4.95 ha ümumi birgə torpaq sahəsi vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 12 dekabr 2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı1, İddiaçı3, X1, İddiaçı2 və X2 Yevlax rayonu, Balçılı kəndində 0.70 ha ümumi birgə torpaq sahəsi vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 04 oktyabr 2023-cü il tarixli 3-21-3-35/2-3914/2023 saylı məktubundan görünür ki, ********** nömrəli ərizə əsasında qeydiyyata alınmış Yevlax rayonu, Balçılı kəndində yerləşən 4.95 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin 3.96 ha hissəsi İddiaçı1, X4, İddiaçı2 və X5 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 11974 nömrəli etibarnamə əsasında nümayəndələri Cavabdeh3 tərəfindən xx.xx.2023-cü il tarixində Ağdaş rayon notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş 4Ə-722 alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satılmış və onun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə daınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ********** nömrəli ərizə əsasında qeydiyyata alınmış Yevlax rayonu, Balçılı kəndində yerləşən 0.70 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin 3.96 ha hissəsi İddiaçı1, X4, İddiaçı2 və X5 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 11974 nömrəli etibarnamə əsasında nümayəndələri Cavabdeh3 tərəfindən xx.xx.2023-cü il tarixində Ağdaş rayon notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş 4Ə-721 alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satılmış və onun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə daınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 12 noyabr 2019-cu il tarixli AR-l 878632 saylı etibarnamədən görünür ki, İddiaçı1, İddiaçı3, X7 və İddiaçı2 ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 5.65 ha olan torpaq sahəsindən onlara düşən hissəsinin üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, ocümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər zrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün dövlət orqanlarında, idarələrdə, notariat ofislərində, asan xidmət mərkəzlərində,kooperativ və ictimai təşkilatlarda o cümlədən DƏDRX-də onları təmsil etməyi, adlarından ərizə verməyi, izma etməyi, işləri aparmağı, onlara çatası sənədləri, arayışları, çıxarışları almağı, alqı-satqı ilə əlaqədar bank əməliyyatlarını aparmağı, alqı-satqı ilə bağlı notariusun depozit hesabından pulu almağı, vergi pulunu ödəməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan digər hərəkətləri etməyi Cavabdeh3 etibar etmişlər. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 30 avqust 2023-cü il tarixli AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı3, X7 və İddiaçı2 0.56 ha torpaq sahəsini Cavabdeh4 satmışlar. Alqı-satqı zamanı İddiaçı1, İddiaçı3, X6i və İddiaçı2 etibarnamə üzrə nümayəndə Cavabdeh3 təmsil etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 30 avqust 2023-cü il tarixli AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı3, X7 və İddiaçı2 3.96 ha torpaq sahəsini Cavabdeh4 satmışlar. Alqı-satqı zamanı İddiaçı1, İddiaçı3, X6i və İddiaçı2 etibarnamə üzrə nümayəndə Cavabdeh3 təmsil etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 01 sentyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh4 Yevlax rayonu, Balçılı kəndində 0.56 ha ümumi birgə torpaq sahəsi vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 01 sentyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh4 Yevlax rayonu, Balçılı kəndində 3.96 ha ümumi birgə torpaq sahəsi vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 19 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh4 özünə məxsus 3.96 ha torpaq sahəsini Cavabdeh5 bağışlamışlar. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 19 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh4 özünə məxsus 0.56 ha torpaq sahəsini Cavabdeh5 bağışlamışlar. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 oktyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh5 Yevlax rayonu, Balçılı kəndində 3.96 ha ümumi birgə torpaq sahəsi vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 oktyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh5 Yevlax rayonu, Balçılı kəndində 0.56 ha ümumi birgə torpaq sahəsi vardır. Beləliklə məhkəmədə müəyyən olundu ki, iddiaçıların Yevlax rayonu, Balçılı kəndində kəndində ümumi birgə torpaq sahələri olmuşdur. İddiaçı1, İddiaçı3, X7 və İddiaçı2 ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 5.65 ha olan torpaq sahəsindən onlara düşən hissəsinin üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, ocümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər zrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün dövlət orqanlarında, idarələrdə, notariat ofislərində, asan xidmət mərkəzlərində,kooperativ və ictimai təşkilatlarda o cümlədən DƏDRX-də onları təmsil etməyi, adlarından ərizə verməyi, izma etməyi, işləri aparmağı, onlara çatası sənədləri, arayışları, çıxarışları almağı, alqı-satqı ilə əlaqədar bank əməliyyatlarını aparmağı, alqı-satqı ilə bağlı notariusun depozit hesabından pulu almağı, vergi pulunu ödəməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan digər hərəkətləri etməyi Cavabdeh3 12 noyabr 2019-cu il tarixli AR-l 878632 saylı etibarnaməyə əsasən etibar etmişlər. Cavabdeh3 həmin torpaq sahələrini 30 avqust 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri əsasında Cavabdeh4 satmışdır. Cavabdeh4 isə 19 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri əsasında həmin torpaq sahələrini Cavabdeh5 bağışlamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə və Ağdaş rayon Notariat ofisinə qarşı «etibarnamənin, alqı-satqı müqaviləsinin və Cavabdeh4 mülkiyyət hüququnu təsdiq edən, onun adına verilmiş Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** və ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərindən Cavabdeh3 verilmiş, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional Asan xidmət mərkəzində Notariat ofisinin xüsusi (hazırda Yevlax rayon 1 saylı notariat ofisinin xüsusi notariusudur) X9 tərəfindən təsdiq edilmiş 12 noyabr 2019-cu il tarixli 11974 nömrəli etibarnamənin etibarsız hesab edilməsi (xüsusi notarius E.Hüseynovla cavabdehlər Cavabdeh3 və Cavabdeh4 yaxın qohum olmaları səsəbilə); cavabdeh Ağdaş rayon Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş, yəni ********** nömrəli ərizə əsasında qeydiyyata alınmış, 12 noyabr 2019-cu il tarixli 1174 nömrəli etibarnamənə əsasında nümayəndə - Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmş 30 avqust 2023-cü il tarixli 4Ə-722 nömrəli alqı-satqı müqaviləsinin (Yevlax rayon Balçlı kəndində yerləşən 4.95 ha kınd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6.96 ha hissəsinə dair) etibarsız hesab edilməsi; cavabdeh Ağdaş rayon Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş, yəni ********** nömrəli ərizə əsasında qeydiyyata alınmış, 12 noyabr 2019-cu il tarixli 1174 nömrəli etibarnamənə əsasında nümayəndə - Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmş 30 avqust 2023-cü il tarixli 4Ə-721 nömrəli alqı-satqı müqaviləsinin (Yevlax rayon Balçlı kəndində yerləşən 0.70 ha kınd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.56 ha hissəsinə dair) etibarsız hesab edilməsi; ünvan 2ində yerləşən 3.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 01 sentyabr 2023-cü il tarixli ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 mülkiyyət hüququnun təsdiq edən qeydiyyatın etibarsız hesab edilməsi; ünvan 2ində yerləşən 0.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 01 sentyabr 2023-cü il tarixli ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 mülkiyyət hüququnun təsdiq edən qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, əvvəl məhkəməyə təqdim edilmiş iddia tələbləri nəzərə alınması; mübahisə predmeti olan hər iki daşınmaz əmlakın ünvan 2ində yerləşən 4.95 ha və 0.70 ha ölçüdə kənd təsərrüfarı təyinatlı torpaq sahəsinə dair Cavabdeh4 ilə Cavabdeh5 oğu arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; ünvan 2ində yerləşən 4.95 ha kənd təsərrüfarı təyinatlı torpaq sahəsinə dair 23 oktyabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydin ləğv edilməsi; ünvan 2ində yerləşən 0.70 ha kənd təsərrüfarı təyinatlı torpaq sahəsinə dair 23 oktyabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddianı qəbul etmirlər. Ona görə də məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd edir ki, etibarnamə notariat ofisində qanuni şəkildə verilmişdir. Etibarnamə verilərkən notarius tərəfindən tərəflərə etibarnamənin hansı məqsədlə (etibar edilənə hansı səlahiyyətlərin) verilməsi izah olunmuşdur. Həmçinin etibarnamə ilə tərəflər razılaşaraq imza etmişlər. Həmin etibarnamə əsasında torpaq sahələri satılmışdır. Etibarnamədə qeyd olunan səlahiyyətlərdən kənara çıxılmamışdır. Etibarnamənin, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın bağışlama müqavilələrinin etibarsız saılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 149.2 Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli Qərarı Vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərarı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgünhüquqi qiymət verməlidir. Notariat haqqında Azərbaycan Respublikası qanununun 17.1-ci maddəsinə əsasən, Dövlət notariusu əqdləri və etibarnamələri təsdiq edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə, Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə, Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Habil oğluna, Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə və Ağdaş rayon Notariat ofisinə qarşı «etibarnamənin, alqı-satqı müqaviləsinin və Cavabdeh4 mülkiyyət hüququnu təsdiq edən, onun adına verilmiş Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** və ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar