Məhkəmə qərarları › İş №2(039)-295/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-295/2025

25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-295/2025 25.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X10 19 fevral 2012-ci ildə, X11 26 aprel 2013-cü ildə, X12 11 may 2014cü ildə və X13 04 iyul 2015-ci ildə doğulmaları faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclsında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, X25 ilə faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişdirlər. Birgə həyatlarından 2012-ci ildə Südabə, 2013-cü ildə Bəsti, 2014-cü ildə Günel, 2015-ci ildə Aygün və 2019cu ildə Həsən adlı uşaqları doğulmuşdur. Həmin uşaqlardan Südabə, Bəsti, Günel və Aygün adlı uşaqları Yevlax şəhərində ev şəraitində doğulmuşdur. Buna görə həmin uşaqlara doğum haqqında şəhadətnamə ala bilməmişdir. Faktın müəyyən edilməsi uşaqlarına doğum haqqında şəhadətnamə alınması üçün zəruridir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs əri əilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X15 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur və onu uzun müddətdir ki, tanıyır. Ərizəçi ilə Hüseyn adlı şəxs faktiki evlənmişlər. Hüseynlə Ərizəçi faktiki nikahlarından beş uşaqları doğulmuşdur. Həmin uşaqlardan Südabə 2012-ci ildə, Bəsti 2013-cü ildə, Günel 2014-cü ildə və Aygün 2015-ci ildə Yevlax şəhərində ev şəraitində doğulmuşdur. Həmin uşaqlara doğum haqqında şəhadətnamə alınmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X16 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur və onu uzun müddətdir ki, tanıyır. Ərizəçi ilə Hüseyn adlı şəxs faktiki evlənmişlər. Hüseynlə Ərizəçi faktiki nikahlarından beş uşaqları doğulmuşdur. Həmin uşaqlardan Südabə 2012-ci ildə, Bəsti 2013-cü ildə, Günel 2014-cü ildə və Aygün 2015-ci ildə Yevlax şəhərində ev şəraitində doğulmuşdur. Həmin uşaqlara doğum haqqında şəhadətnamə alınmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X5 şəhəri Ü.Hacıbəyov küçəsi 148 saylı ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X6 şəhəri Ü.Hacıbəyov küçəsi 148 saylı ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X7 şəhəri Ü.Hacıbəyov küçəsi 148 saylı ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X8 şəhəri Ü.Hacıbəyov küçəsi 148 saylı ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi 148 ünvanında yaşayan 19 fevral 2012-ci il təvəllüdlü X1. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi 148 ünvanında yaşayan 26 aprel 2013-cü il təvəllüdlü X2. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi 148 ünvanında yaşayan 11 may 2014-cü il təvəllüdlü X3. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi 148 ünvanında yaşayan 04 iyul 2015-ci il təvəllüdlü X4. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2012-ci ildə anadan olmuş X14, xx.xx.2013-cü ildə anadan olmuş X11, xx.xx.2014-cü ildə anadan olmuş X12 və xx.xx.2015-ci ildə anadan olmuş X13 doğumunu təsdiq edən sənədlər olmadığından həmin şöbədə doğumun qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu ona izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi Yevlax şəhərində ev şəraitində 2012-ci ildə bir qız uşağı, 2013-cü ildə bir qız uşağı, 2014-cü ildə bir qız uşağı və 2015-ci ildə bir qız uşağı doğmuşdur. Həmin uşaqlar ev şəraitində doğulduğundan onların barəsində doğum akt qeydi aparılmamış və həmin uşaqlara doğum haqqında şəhadətnamə verilməmişdir. Doğum haqqında şəhadətnamənin verilməsi üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin doğumu təsdiq edən sənədlər olmadığından həmin şöbə tərəfindən doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə uşaqlarına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Yevlax şəhərində ev şəraitində 2012-ci ildə bir qız uşağı, 2013-cü ildə bir qız uşağı, 2014-cü ildə bir qız uşağı və 2015-ci ildə bir qız uşağı doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar