Məhkəmə qərarları › İş №2(039)-298/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-298/2025

28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-298/2025 28.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Yevlax Rayon Qeydiyat Şöbəsinin rəisi vəzifəsini icra edən X3 iştirakları ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladları xx.xx.2016-cı il tarixdə X10, xx.xx.2017-ci il tarixdə X11, xx.xx.2018-ci il tarixdə X7 və xx.xx.2022-ci il tarixdə X8 Yevlax şəhərində doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, X20 ilə birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X17, xx.xx.2017-ci il tarixdə X18, xx.xx.2018-ci il tarixdə X13 və xx.xx.2022-ci il tarixdə X14 ev şəraitində anadan olmuşdur. Buna görə də, hazırkı tarixdək onların adına doğum haqqında şəhadətnamə alınmamışdır. Övladlarının doğumunu təsdiq etmək üçün Maraqlı şəxsndə aparılması mümkün deyildir. Uşaqların anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. X1, X2 Rəfiqə Bayram qızı və X14 ev şəraitində anadan olmuşdur. Övladlarının ev şəraitində doğulmasını şahidlər də, təstiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Yevlax Rayon Qeydiyat Şöbəsinin rəisi vəzifəsini icra edən X9 qanunamüvafiq məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 1419 №-li, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə anadan olmuş X10, xx.xx.2017-ci il tarixdə anadan olmuş X11, xx.xx.2018-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X8 doğumlarını təsdiq edən sənədlərin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizələrinin təmin edilməsi mümkün deyildir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2352 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Esmira Səfərova, Nataşa Kərimova, Raisə Mahmudova, Nazxanım Mahmudova və Ofeliya Nadirovanın iştirakları ilə akt tərtib edilərək X17 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X6 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il tarixdə X17 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2351 xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Esmira Səfərova, Nataşa Kərimova, Raisə Mahmudova, Nazxanım Mahmudova və Ofeliya Nadirovanın iştirakları ilə akt tərtib edilərək X18 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X6 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il tarixdə X18 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2350 xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Esmira Səfərova, Nataşa Kərimova, Raisə Mahmudova, Nazxanım Mahmudova və Ofeliya Nadirovanın iştirakları ilə akt tərtib edilərək X13 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X6 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə X13 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2349 xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Esmira Səfərova, Nataşa Kərimova, Raisə Mahmudova, Nazxanım Mahmudova və Ofeliya Nadirovanın iştirakları ilə akt tərtib edilərək X14 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X6 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə X14 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X23 və xx.xx.2021-ci il təvəllüdlü X21 adlı uşaqları vardır. Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 18-1- 82/2-78/2025 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi X1, X2 Rəfiqə Bayram qızı və X14 xx.xx.2024-cü il tarixdə “Təhsil müəssisələrinə daxil olma ilə bağlı müayinə” üçün Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli arayışlar Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən tərtib edilmişdir. Yevlax şəhər icra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-9-1/2-36/2025 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktını müəyyən edilməsi barədə 1 saylı inzibati ərazi dairəsinə müraciət etmişdir X17, X2 Rəfiqə Bayram qızı və X14 barələrində məlumatlar 1 saylı nümayəndəlik tərəfindən tərtib edilmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X4 və X5 ifadələrində bildirmişdirmişlər ki, ərizəçi onların qonşusudur. Ərizəçinin altı uşağı olduğunun onlardan dördünün Bəsti, İradə, Rəfiqə və Sevinc adlı qız uşaqlarının ev şəraitində doğulduğunu və uşaqların atalarının Bayram olduğunu bildirmişlər. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2016-cı il tarixdə bir qız uşağı, xx.xx.2017-ci il tarixdə bir qız uşağı, xx.xx.2018-ci il tarixdə bir qız uşağı və xx.xx.2022-ci il tarixdə bir qız uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşaqlarını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2016-cı il tarixdə bir qız uşağını, xx.xx.2017-ci il tarixdə bir qız uşağını, xx.xx.2018-ci il tarixdə bir qız uşağını və xx.xx.2022-ci il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar