Məhkəmə qərarları › İş №2(039)-299/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-299/2020

21.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-299/2020 21.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçinın “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi, maraqlışəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 Yevlax şəhərində anadan olması, anasının Ərizəçi olması faktının müəyyən edilməklə xx.xx.2010-cu il təvəllüdlü X2 doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X3 ilə faktiki nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 ev şəraitində anadan olmuşdur. Övladının doğum şəhadətnaməsinin olmamasına görə övladı ilə bağlı bəzi mülki hüquqlarını həyata keçirə bilmir. Bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edildiyinə görə, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Ərizəçi məhkəmə baxışı zamanıərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlışəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işüzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, işdə olan “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışlardan görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş oğlan uşağı hal-hazırda sağlamdır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Yevlax rayonu Malbinəsi kəndi ərazi nümayəndəsinin müavini vəzifəsində işləyir, ərizəçi Yevlax rayonu Malbinəsi sakinidir. Ərizəçi övladı Zahiri xx.xx.2010-cu il tarixdə ev şəraitində doğmuşdur. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş İbrahimova Aybəniz Göygöz qızı ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusdur. Ərizəçi övladı Zahiri xx.xx.2010-cu il tarixdə ev şəraitində doğmuşdur. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 4023 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə anadan olmuş oğlan övladına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Beləliklə də, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçinin X3 ilə faktiki nikah münasibətlərindən Yevlax xx.xx.2010-cu il tarixdə Zahir adlıövladı anadan olmuşdur. Lakin Zahirin doğulması ilə bağlı tibbi şəhadətnamə olmadığından ərizəçi uşağın adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağının yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğulması faktı iş materialları vəşahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. MPM-nin 307.2.11-ci maddəsinəəsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-nin 308-ci maddəsinəəsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən Məhkəmə hesab edir ki, ərizəçinin tələbi qismən, yəni Zahirin xx.xx.2010-cu il tarixdə Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsi hissəsindəəsaslıdır və təmin edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, xx.xx.2010-cu il təvəllüdlü Zahirin anasının Ərizəçi olması faktının müəyyən edilməsi hissəsində ərizə əsassızdır və təmin edilməməlidir. Çünki, yuxarıda qeyd edildiyi kimi, məhkəmə qaydasında hüquqi əhəmiyyəti olan faktlar yalnız o zaman müəyyən edilə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx xxxxxx 2010-cu il tarixdə bir oğlan uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılmasıüçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsiləŞəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar